Azərbaycan əsilli norveçli dizayner Şervin Nəcəfpur Türkiyənin Antalya şəhərində özünün I'm a Star (Mən ulduzam) adlı yeni kolleksiyasını təqdim edib

Norveçli dizaynerdən göz yaşardan şüar: "Evimizə - Qarabağa geri qayıtmaq istəyirəm"

9665
(Yenilənib 17:38 13.03.2019)
Norveçin kral ailəsinin dizayneri növbəti kolleksiyasını Azərbaycana həsr edib

BAKI, 13 mart — Sputnik. Ümumdünya şöhrətli, Azərbaycan əsilli norveçli dizayner Şervin Nəcəfpur Türkiyənin Antalya şəhərində özünün "I'm a Star" (Mən ulduzam) adlı yeni kolleksiyasını müxtəlif şüarlar altında təqdim edib.

Azərbaycan əsilli norveçli dizayner Şervin Nəcəfpur Türkiyənin Antalya şəhərində özünün I'm a Star (Mən ulduzam) adlı yeni kolleksiyasını təqdim edib
© Şervin Nəcəfpurun şəxsi arxivindən
Azərbaycan əsilli norveçli dizayner Şervin Nəcəfpur Türkiyənin Antalya şəhərində özünün "I'm a Star" (Mən ulduzam) adlı yeni kolleksiyasını təqdim edib

Kolleksiyanın şüarları arasında "Evimizə - Qarabağa geri qayıtmaq istəyirəm" (I want to go back home to Karabakh), "Xocalıya ədalət" (Justice For Khojaly), "Urmiya gölünü qoru" (Save lake Urmia), "Mən Təbrizin ulduzuyam" (I'm a Star in Tabriz), "Mən Bakının ulduzuyam" (I'm a Star in Baku) kimi ifadələr yer alıb.

Azərbaycan əsilli norveçli dizayner Şervin Nəcəfpur Türkiyənin Antalya şəhərində özünün I'm a Star (Mən ulduzam) adlı yeni kolleksiyasını təqdim edib
© Şervin Nəcəfpurun şəxsi arxivindən
Azərbaycan əsilli norveçli dizayner Şervin Nəcəfpur Türkiyənin Antalya şəhərində özünün "I'm a Star" (Mən ulduzam) adlı yeni kolleksiyasını təqdim edib

Dizaynerin özü Sputnik Azərbaycan-a verdiyi məlumatda deyib ki, onun bu dəfiləsi Türkiyə KİV-lərində böyük rezonans doğurub. Bu reaksiyaya səbəb modellər podiuma çıxarkən ekranda 25 ildən çoxdur Ermənistanın işğalı altında olan Azərbaycan şəhərlərinin adlarının (Xankəndi, Şuşa və s.) nümayiş etdirilməsi olub.

Azərbaycan əsilli norveçli dizayner Şervin Nəcəfpur Türkiyənin Antalya şəhərində özünün I'm a Star (Mən ulduzam) adlı yeni kolleksiyasını təqdim edib
© Şervin Nəcəfpurun şəxsi arxivindən
Azərbaycan əsilli norveçli dizayner Şervin Nəcəfpur Türkiyənin Antalya şəhərində özünün "I'm a Star" (Mən ulduzam) adlı yeni kolleksiyasını təqdim edib

Nümayişin əsas modeli kimi podiuma "Mister Azerbaijan" və "Best Model" müsabiqələrinin qalibi Şakir Əhmədzadə çıxıb.

Azərbaycan əsilli norveçli dizayner Şervin Nəcəfpur Türkiyənin Antalya şəhərində özünün I'm a Star (Mən ulduzam) adlı yeni kolleksiyasını təqdim edib
© Şervin Nəcəfpurun şəxsi arxivindən
Azərbaycan əsilli norveçli dizayner Şervin Nəcəfpur Türkiyənin Antalya şəhərində özünün "I'm a Star" (Mən ulduzam) adlı yeni kolleksiyasını təqdim edib

Şervin Nəcəfpur təkcə məşhurlar üçün deyil, Norveçin kral ailəsinin üzvləri üçün də geyimlər hazırlayır. O, əslən Cənubi Azərbaycandandır və vətəninə, millətinə sadiq olan sənət adamıdır. O, Antalyadakı moda nümayişi əsnasında çəkilən şəkilləri Instagramdakı səhifəsində paylaşıb. Onun bu paylaşımları erməniləri qıcıqlandırıb və onlar dizaynerin səhifəsini şikayət edərək bloklanmasına səbəb olublar.

9665