Ramiz Əzizbəyli xəstəxana palatasında

Ramiz Əzizbəylinin qızı atasının vəziyyətindən danışdı

57
(Yenilənib 20:38 07.03.2019)
"24 saat kürəyi üstdə olmaq, yaxud da oturaq vəziyyətdə qalmaq asan deyil"

BAKI, 7 mart — Sputnik. “Atamın o biri ayağı  əməliyyat olunmayıb. Hələ ki, əməliyyat olunan ayağının sağalmasını gözləyirik. Yəqin ki, bu proses bir neçə ay çəkəcək. Şəkər xəstəsi olduğu üçün əməliyyat yeri tez sağala bilməz. Əsas odur ki, qanqren dayanıb”.

Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Xalq artisti Ramiz Əzizbəylinin qızı Xədicə Əzizbəyli deyib. O atasının digər ayağında vəziyyətin sabit olduğunu bildirib: “Hazırda atam yataqdadır. 24 saat kürəyi üstdə olmaq, yaxud da oturaq vəziyyətdə qalmaq asan deyil. Amma yenə də onu narahat edən bir problem yoxdur”.

Aktyorun qızı atasının tam sağalmamış ayağa qalxa bilməyəcəyini də söyləyib.

57
Əlaqədar
Xalq artisti Ramiz Əzizbəyli: "Qırx adda xəstəliyim var"
"Yanıma gəlmək olmaz" - Ramiz Əzizbəyli