Mədəniyyət naziri Əbülfəs Qarayev

"Mədəniyyət sahəsində dayanmadan islahatlar gedir" - Nazir

25
(Yenilənib 15:26 05.03.2019)
“Artıq vaxt və zaman islahatların həyata keçirməsinə gətirib çıxarıb"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 5 mart - Sputnik. Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bir qrup mədəniyyət və incəsənət xadimləri ilə görüşüb. Sputnik Azərbaycan xəbər verir ki, bu gün M.F.Axundzadə adına Milli Kitabxanada mədəniyyət naziri Əbülfəs Qarayevin həmin görüşdə müzakirə olunan məsələlərə həsr edilmiş mətbuat konfransı keçirib. 

Əbülfəs Qarayev KİV nümayəndələrinə bildirib ki, mədəniyyət sahəsində son illər dayanmadan islahatlar gedir, mədəniyyət sahəsində sistemin qurulması və islahatların aparılmasında İlham Əliyevin və Mehriban Əliyevanın əsas rolu var: “İki il öncədən başlayaraq bütün işlər regional sistemlər vasitəsi ilə idarə edildi. 2018-ci ilin aprel ayında isə sistemin daha da təkmilləşməsi məqsədilə mədəniyyət və turizm bölünərək ayrı-ayrı qurumlar oldu. Bu, bütün yerlərdə mədəniyyət sahəsinin inkişafına səbəb oldu. Həmçinin Mədəniyyət Nazirliyinə mədəniyyət məsələlərinin işlərinə daha ciddi fikir verməyə imkan verdi. Qısa zamanda biz region qurumların köməyi ilə daha çox işlər görə bildik”. 

“Keçən ilin ortalarında Avropa İttifaqi ilə müqavilə imzalanıb. Tviminq layihəsi ilə biz regionlarda mədəniyyətin vəziyyətinə nəzarət edəcəyik. Həmçinin digər inkişaf etmiş ölkələrin tətbiq etdikləri proqramları regionlarda tətbiq edəcəyik. Kiçik addımlar böyük islahatlara səbəb olur. Bir sözlə, sistemli şəkildə işləyirik. Bu işlər zamanla özünü göstərəcək” – deyə nazir əlavə edib .

Ə.Qarayev mədəniyyət xadimlərinin Prezidentlə görüşündən də danışıb: “Kinematoqrafiya ilə bağlı qanun müzakirə olunmaq üçün Milli Məclisə təqdim olunmuşdu. Kinematoqrafiya ilə bağlı sərəncam verildi. Artıq bir neçə layihələrə başlamışıq. Filmlər həmişə çəkilirdi, sadəcə daha da təkmilləşdirmə işləri görüləcək”.

“Artıq vaxt və zaman islahatların həyata keçirməsinə gətirib çıxarıb. Cənab Prezident dünən islahatların davamı kimi teatrlara vəsait ayırıb. Bu da teatrın inkişafına səbəb olacaq. Teatrların çoxu təmir olunub, amma teatrda yenə də inkişaf olmalıdır” – nazir vurğulayıb.

Nazir regionlarda muzeylərlə bağlı görüləcək işlərdən də danışıb: "Bu gün regionlarda yaşayan şəxslərin tələbatları fərqlidir, internet dövrüdür. Biz etiraf etməliyik ki, bəzi regionlarımızda  dağıdılmış mədəniyyət ocaqları, kitabxanalar hələ də var. Bu proseslər regionlarda da davam etdirilir və etdiriləcək. Məsələn, 30-a yaxın muzey təmir edilib, 30-dan çoxunun isə təmirə ehtiyacı var”.

25
Teqlər:
görüş, Əbülfəs Qarayev, nazir, mədəniyyət
Əlaqədar
Prezident məşhur mədəniyyət xadimini təltif edib
Prezidentin mesajından doğan ümid və ya mədəniyyət sahəsində vacib islahatlar
İlham Əliyev tanınmış mədəniyyət xadimini mükafatlandırıb
Məktub, arxiv şəkli

UNESCO-ya müraciət etmiş rusiyalı mədəniyyət xadimlərinə məktub göndərilib

17
(Yenilənib 20:24 02.12.2020)
UNESCO-ya göndərilən müraciət bir sıra tanınmış şəxslər və mədəniyyət xadimləri tərəfindən də birmənalı qarşılanmayıb və çoxsaylı tənqidə məruz qalıb

BAKI, 2 dekabr — Sputnik. Məlum olduğu kimi, Rusiya Federasiyasının bir qrup mədəniyyət xadimi Qarabağda yerləşən xristian irsinin qorunmasına və bu irsin UNESCO-nun Dünya irsi siyahısına salınmasına köməklik göstərilməsi ilə bağlı UNESCO-ya müraciət edib.

Dağlıq Qarabağda və ətraf rayonlarda erməni işğalı zamanı çoxsaylı müsəlman irsi abidələrinin dağıdılmasına baxmayaraq, müraciətdə yalnız xristian irsi haqqında bəhs edilməsi, eləcə də Azərbaycan ərazisindəki bütün tarixi, mədəni, dini irsin heç bir ayrı-seçkilik qoyulmadan dövlət tərəfindən qorunması və hökumətin bu məsələyə çox ciddi yanaşması nəzərə alınmayaraq, müraciətin birbaşa UNESCO-ya ünvanlanması onun qərəzli və məqsədli şəkildə hazırlandığını və ölkəmizə qarşı qarayaxma kampaniyasının bir hissəsi olduğunu göstərir.

Sputnik Azərbaycan xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov tərəfindən müraciəti imzalayan mədəniyyət xadimlərinə məktub göndərilib.

Məktubda öncə Ermənistan tərəfindən uzun müddət işğal altında saxlanılmış Azərbaycan ərazilərində mədəni irsimizin dağıdılması, əksər hallarda həm müsəlman, həm də xristian irsinin məhv edilməsi haqqında məlumatlar əks olunub. Eyni zamanda Azərbaycanın müxtəlif şəhərlərində yerləşən həm dini (müsəlman, xristian, yəhudi), həm də mədəni irsin dövlət tərəfindən qorunması ilə bağlı faktlar diqqətə çatdırılıb.

Bundan əlavə, rusiyalı mədəniyyət xadimlərinə qeyd etdikləri narahatçılıqla bağlı Azərbaycan Hökumətinə deyil, birbaşa UNESCO-ya müraciət ünvanlamalarına görə irad bildirilib və onlara erməni təbliğatının qurbanı olmamaq tövsiyə edilib.

Məktubun sonunda müraciəti imzalamış mədəniyyət xadimləri işğaldan azad olunmuş ərazilərdə 30 ilə yaxın davam etmiş dağıdıcılıq və talançılığın nəticələrini, həmçinin ölkəmizdə mədəni irsə necə qayğı göstərildiyini görmək üçün Azərbaycana dəvət olunublar.

Qeyd etmək lazımdır ki, UNESCO-ya göndərilən müraciət bir sıra tanınmış şəxslər və mədəniyyət xadimləri tərəfindən də birmənalı qarşılanmayıb və çoxsaylı tənqidə məruz qalıb.

17
Teqlər:
irs, mədəniyyət xadimləri, Rusiya, Dağlıq Qarabağ, UNESCO
Qərənfil

İranın məşhur aktyoru vəfat edib

15
(Yenilənib 12:54 02.12.2020)
İranlı aktyor 98 yaşında dünyasını dəyişib. Yaxınlarının verdiyi məlumata görə, Əli Əsgər ürək tutmasından həyatını itirib.

BAKI, 2 dekabr — Sputnik. İranlı aktyor Əli Əsgər Şahbazi vəfat edib.

Sputnik Azərbaycan xəbər verir ki, Əli Şahbazi İranın "Oskar" qazanan "Ayrılıq" filmindəki Nadir obrazı ilə tamaşaçıların böyük rəğbətini qazanmışdı.

Ə.Əsgər Şahbazi 1922-ci ildə Tehranda anadan olub. Karyerası boyunca bir çox ekran işində rol alıb. Məşhurlaşdığı "Ayrılıq" filmi orta sinif cütlüyünün ayrılmasından bəhs edir, 2011-ci ildə lentə alınıb. Əsgər Ferhadinin rejissorluğu ilə çəkilən film bütün dünyada səs-küy yaratdı və film festivallarında onlarla mükafat qazandı. Şahbazi 61-ci Berlin Beynəlxalq Film Festivalında "ən yaxşı aktyor" nominantlarına verilən "Gümüş Ayı" mükafatını qazanıb.

15
Teqlər:
Oskar, İran, vəfat, aktyor
COVID-19 virusundan ölən şəxs

Bu aralar QİÇS-dən ölənlərin sayı kəskin arta bilər

0
(Yenilənib 00:13 03.12.2020)
BMT xəbərdarlıq edib ki, COVID-19 pandemiyası ilə əlaqədar olaraq QİÇS-dən ölənlərin sayı 150 minə qədər artıra bilər.

BAKI, 3 dekabr — Sputnik. BMT-nin QİÇS-lə bağlı ortaq proqramı olan UNAİDS-in hesabatına görə, COVID-19 pandemiyası 2022-ci ilədək, yəni təkcə növbəti ildə 300 minə yaxın yeni QİÇS yoluxmasına, eyni zamanda da 150 minədək QİÇS-dən ölümə səbəb olacaq.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, yaranacaq vəziyyətin qarşısının alınması, ölümlərin sayının azalması, eləcə də QİÇS-lə mübarizə məsələsində ölkələr yeni hədəflər müəyyənləşdirməlidirlər.

Qeyd edək ki, hazırda dünyada 38 milyon insan QİÇS-lə yaşayır, onlardan 12 milyonu müalicəsini gözləyir. Statistikaya görə, təkcə ötən il 1,7 milyon şəxsdə ilk dəfə olaraq QİÇS aşkarlanıb.

0
Teqlər:
Koronavirus, epidemiya, COVID-19, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, QİÇS virusu, QİÇS, BMT