Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Dünyanı heyrətləndirən 19 yaşlı azərbaycanlı qız - Onun səsi sərhəd tanımır

Abunə olmaq
"Evdə də hər zaman deyirik ki, İtaliya mətbəxi olmasaydı, Azərbaycan mətbəxi dünyada birinci olardı"

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 1 mart — Sputnik. 19 yaşlı Dinara Mahmudova səsi ilə eşidənləri heyrətləndirir. Rusiyada yaşayan həmsöhbətimiz görmə imkanları məhdud olsa da, yaşadığı cəmiyyət tərəfindən heç bir ayrı-seçkiliyə məruz qalmadığını deyir. Bu yaxınlarda konsert vermiş Dinara, Sputnik Azərbaycan-a müsahibəsində təhsili, gələcək karyerası, Azərbaycanla bağlı təəssüratlarından danışıb.

- Öncə özünüz haqda qısa məlumat verərdiniz.

- Sankt-Peterburqda doğulmuşam, Rusiya vətəndaşıyam. Buna baxmayaraq, özümü azərbaycanlı hesab edirəm. Çünki kök

üm bura bağlıdır, atam azərbaycanlıdır, anam isə rusdur. Nənə-babam Sumqayıtda yaşayır. Böyük və mehriban ailəm var. Özümdən kiçik əkiz bacı və qardaşım var.

Sankt-Peterburqda təhsilimi fərqlənmə diplomu ilə bitirmişəm. Sonra isə elə orada incəsənət təhsilimi də uğurla başa vurub, Çexiyanın paytaxtı Praqa şəhərində yerləşən İncəsənət Konservatoriyasına qəbul olundum. Hazırda universitetin "Klassik vokal" fakültəsinin ikinci kurs tələbəsiyəm.

- Azərbaycana tez-tez gəlirsiz?

- Tez-tez gəlirəm. Hər dəfə Azərbaycana gəldikdə buradakı doğmalardan Azərbaycanla bağlı müxtəlif məlumatlar alır, yerli adət-ənənələr ilə daha yaxından tanış oluram. Azərbaycanla bağlı mənə ən doğma olan isə milli sənətdir. Azərbaycan musiqisinin heyranıyam.

- Sizdə bu istedadı ilk dəfə kim kəşf etdi?

- Təxminən, 2 yaşım olanda dayəm məndə bu istedadı kəşf edib. O deyirdi ki, "biz parkda gəzəndə birdən sən oxumağa başladın". Səsimi çox bəyənmişdi. Buna görə də məni bir neçə müəllimin yanına apararaq səsimi yoxlatdırıb. Sonradan həmin müəllimlərin birindən vokal dərsi aldım, musiqi və fortopiano ilə məşğul olmağa başladım.

© Sputnik / Murad OrujovDinara Mahmudova
Dünyanı heyrətləndirən 19 yaşlı azərbaycanlı qız - Onun səsi sərhəd tanımır - Sputnik Azərbaycan
Dinara Mahmudova

- Ananız sizə necə dəstək olub?

- Bu gün əldə etdiyim hər şeyə görə ilk növbədə anama borcluyam. O, bu yolda çox əziyyətimi çəkib. Müxtəlif festival və müsabiqələrə qoşulmaqda yardımçım olub. Hamını sevirəm, amma etiraf edim ki, bu gün heç kəs anam qədər əlimi tutmur. O, bütün konsert və müsabiqələrdə səhnənin hansısa bir bucağından məni izləyir, hər zaman yanımda olur.

- Azərbaycan dilini bilməsəniz də, milli mahnılarımızı çox gözəl ifa edirsiniz. İstərdim ki, milli musiqimizlə tanışlığınızdan danışasınız.

- Təsadüfən bir dəfə mənə Azərbaycan mahnılarından ibarət disk hədiyyə edildi. Orada Şövkət Ələkbərovanın "Dərələr" mahnısı da var idi. Çox möhtəşəm əsərdir. Bu mahnılar insana böyük emosiyalar, hisslər bəxş edir. Atam, nənə-babam da hər dəfə məni bu mahnılarla tanış edirdi. Beləcə məndə Azərbaycan musiqisinə sevgi yarandı.

- Azərbaycan incəsənətində daha çox kimlərin vurğunusuz?

- Fikrət Əmirov, Qara Qarayev sənətinin, Şövkət Ələkbərova yaradıcılığının vurğunuyam. Şövkət Ələkbərovanın bütün mahnılarını sevirəm.

© Sputnik / Murad OrujovDinara Mahmudova
Dünyanı heyrətləndirən 19 yaşlı azərbaycanlı qız - Onun səsi sərhəd tanımır - Sputnik Azərbaycan
Dinara Mahmudova

- Dediniz ki, Azərbaycan musiqisini sizə nənəniz sevdirib. Onun incəsənət təhsili varmı?

- Nənəm Zemfira Dadaşovanın böyük istedadı olsa da, təəssüflər olsun ki, heç bir musiqi təhsili almayıb. Onun çox gözəl musiqi duyumu var. Yadımdadır, balaca olanda nənəmlə birgə Azərbaycan və rus dilində mahnılar oxuyurduq. O zaman mən az-çox azərbaycanca bilirdim. Lakin sonradan bu dildə danışmağı unutdum. Bəzən nənəmlə, hətta duet də oxuyardıq. Balaca olanda nənəmlə Azərbaycan mahnıları haqda çox danışırdıq.

- Nə zamansa Azərbaycana köçüb burada yaşamaq, öz dilimizdə danışmağı öyrənmək istəyirsizmi?

- Belə bir arzum var. Düşünürəm ki, burada yaşasam, Azərbaycan dilini də çox asanlıqla öyrənə bilərəm. Çünki dil qavrama qabiliyyətim çox yaxşıdır.

© Sputnik / Murad OrujovDinara Mahmudova valideyniləri ilə
Dünyanı heyrətləndirən 19 yaşlı azərbaycanlı qız - Onun səsi sərhəd tanımır - Sputnik Azərbaycan
Dinara Mahmudova valideyniləri ilə

- Maraqlıdır, səhnədə olarkən özünüzü necə təqdim edirsiz?

- Səhnədə olarkən özümü azərbaycanlı kimi təqdim edirəm. Fikirləşirəm ki, belə də olmalıdır.

- Qatıldığınız müsabiqələr haqda da məlumat verərdiniz.

- Sankt-Peterburqda bir çox müsabiqələrə qatılmışam. "Ulduzlar" yarışmasında iştirak etmişəm. Bundan başqa bir sıra beynəlxalq yarışmalara da qatılmışam. Solo konsertim də olub.

- Gələcək planlarınız nədir?

- Praqada təhsilimi yekunlaşdırdıqdan sonra İtaliya, bütün Avropa və dünyanı gəzərək hər kəsi səsimlə valeh etmək istəyirəm.

© Sputnik / Murad OrujovDinara Mahmudova valideyniləri ilə
Dünyanı heyrətləndirən 19 yaşlı azərbaycanlı qız - Onun səsi sərhəd tanımır - Sputnik Azərbaycan
Dinara Mahmudova valideyniləri ilə

- Müsabiqələrdə Azərbaycanı ən çox hansı mahnı ilə təmsil etmisiz?

- Qatıldığım müsabiqələrdə "Bakı sabahın xeyir" və digər yerli ifalarla Azərbaycanı təmsil etmişəm. Müsabiqələrdə əsas hədəfim birinci olmaq, mahnıları tanıtmaqdır. Buna görə də müsabiqələrdə çox həyəcanlı oluram. Hər bir ölkənin milli mahnılarından ibarət festivalların birində birinci oldum. O müsabiqədə ikinci yerin qalibi isə Ermənistan təmsilçisi idi. Bu müsabiqədə birinci olmaq həm də vətənpərvərlik hissimdən irəli gəlirdi. Bu hiss məndə uşaqlıqdan yaranıb. Bununla yanaşı, həm də musiqi sevgisindən doğan bir liderlik arzusu məni birinci etdi.

- Yaşadığınız cəmiyyətdə sizə münasibət necədir?

- Hər kəs mənə adi biri kimi yanaşır. Bizə qarşı ayrı-seçkilik olmayıb. Mən fiziki məhdudiyyətləri olmayan şagirdlər, tələbələrlə birgə təhsil almışam. Dövlət tərəfindən bizim üçün pulsuz olaraq xüsusi cihazlar ayrılıb. Beləcə mən də heç kimdən fərqlənmədən təhsil almışam. Ona görə də özümü heç kimdən fərqli hiss etməmişəm.

- Azərbaycan mətbəxi ilə tanışsızmı?

- Biz Azərbaycan mətbəxini çox sevirik. Evdə də hər zaman deyirik ki, İtaliya mətbəxi olmasaydı, Azərbaycan mətbəxi dünyada birinci olardı. Evdə də hər zaman Azərbaycan və Avropa mətbəxindən balanslı olaraq dadmağa çalışırıq.

- Rusiyada milli bayramlarımızı qeyd edirsiz?

- Təəssüflər olsun ki, biz Azərbaycan bayramlarını qeyd etmirik.

Xəbər lenti
0