Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Ukraynanın "dəmir ledi"si: Azərbaycan baletində oynamağı arzu edirəm

© Facebook / Ksenia OrlovaUkraynanın xalq artisti, beynəlxalq müsabiqələrinin laureatı Tatyana Qolyakova
Ukraynanın xalq artisti, beynəlxalq müsabiqələrinin laureatı Tatyana Qolyakova - Sputnik Azərbaycan
Abunə olmaq
Əcnəbi balerina Bakıda oynamaq istəyir

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 20 fevral — Sputnik. Ukraynanın xalq artisti, balet artistlərinin bir çox beynəlxalq müsabiqələrinin laureatı, həmkarları arasında ən çox "dəmir ledi" adı ilə tanınan Tatyana Qolyakova Adolf Adanın "Jizel" tamaşasında baş rolu ifa etmək üçün Bakıya gəlib. O, paytaxtda olarkən Sputnik Azərbaycan-a müsahibə verib.

- Tatyana, siz artıq dəfələrlə Bakıda səhnəyə çıxmasız. Hər dəfə Bakıya gələndə yenilikləri necə qəbul edirsiz?

- Məni hər dəfə Bakıya dəvət etdiklərinə görə, Opera və Balet Teatrının rəhbərliyinə minnətdaram. Deməli, məni xatırlayır və səhnəyə çıxmağımı istəyirlər. Bu, artist üçün çox vacibdir. Mən Bakını çox sevirəm. Əgər yaddaşım mənim aldatmırsa, artıq 15 ildir sizin şəhərə gəlir və səhnədə çıxış edirəm. Bu illər ərzində mənə sizin Opera və Balet Teatrında müxtəlif nəsillərdən olan insanları görmək nəsib olub. Mən yavaş-yavaş da olsa, inkişafın getməsindən məmnunam. Baletin artistləri hər gün inkişaf edir və hər dəfə səhnəyə çıxdıqca, bu özünü biruzə verir. Mən teatrda çoxlu tanış simalar görmüşəm və onların çoxu artıq pedaqoqdurlar.

© Photo : Ksenia OrlovaTatyana Qolyakova "Jizel" obrazında
Ukraynanın dəmir ledisi: Azərbaycan baletində oynamağı arzu edirəm - Sputnik Azərbaycan
Tatyana Qolyakova "Jizel" obrazında

- Azərbaycanlı həmkarlarla işləmək necədir?

- Mən onlarla səhnədə işləməkdən çox razıyam. Baxmayaraq ki, səhnəyə "Jizel", "Qu gölü", "Yeddi gözəl" və digər diqqətəlayiq tamaşalar qoyulur, sizin truppa çox balacadır. Xoşuma gələn odur ki, truppaya naşı yanaşma yoxdur. Solistləri həmişə təbəssümlə qarşılayırlar, kömək etməyə hazırdırlar, hətta eyni səhnəni dəfələrlə məşq edirlər ki, təki kənardan gələn balerina razı qalsın.

© Photo : © Rustem Farman PhotographyTatyana Qolyakova "Jizel" obrazında
Ukraynanın dəmir ledisi: Azərbaycan baletində oynamağı arzu edirəm - Sputnik Azərbaycan
Tatyana Qolyakova "Jizel" obrazında

- Siz Azərbaycan bəstəkarlarının baletlərinə baxmısız?

- Mən yalnız internetdən Qara Qarayevin "Yeddi gözəl" baletinə baxmışam. Çox istərdim və bu barədə rəhbərliyə də demişəm ki, Azərbaycan bəstəkarlarının tamaşalarında rəqs eləməyin əleyhinə deyiləm. Aktrisa, balerina üçün istənilən tamaşa önəmlidir. Bu, bizim inkişafımız üçün lazımdır. Çox istərdim ki, milli tamaşalarda da oynayım və görüm insanlar öz jestləri, fikirləri ilə bunu necə qarşılayırlar. Deyə bilmərəm ki, Azərbaycan baletində qiyamət oynayacağam, amma bunu eləmək istəyərdim. Bu, mənim yaradıcılığımda daha bir səhifə olacaq.

© © Rustem Farman PhotographyTatyana Qolyakova "Jizel" obrazında
Ukraynanın dəmir ledisi: Azərbaycan baletində oynamağı arzu edirəm - Sputnik Azərbaycan
Tatyana Qolyakova "Jizel" obrazında

- Bir çox balerinalar baleti gül-çiçəkli sürgün adlandırırlar. Bəs o sizin üçün nə deməkdir?

- Bizim hər birimiz dəfələrlə balerinaların ayağında qan, qançır izləri görmüşük, lakin hamıda belə deyil axı. Əgər bu sahədə olan hər bir qadın və ya kişi öz bədəninə nəzarət edə bilsə, bu baş verməyəcək. Bu mənim şəxsi fikrimdir. Balet sürgün deyil, böyük əziyyətdir, çünki sürgündə həzz almırsan. Hesab edirəm ki, balet sənətinə hər kəs yiyələnə bilməz. O, gözəl, güclü şəxsiyyətlər üçündür. Ən əsası sən işləyirsən və tamaşaçının səni başa düşməsindən, sənin nəfəsinlə donmasından və ağlamasından həzz alırsan. Aktyor tamaşaçının həm istirahət etməsini, həm həyəcanlanmasını, həm də yenidən teatra gəlmək istəməsini təmin etməyə çalışmalıdır.

© Photo : © Rustem Farman PhotographyTatyana Qolyakova "Jizel" obrazında
Ukraynanın dəmir ledisi: Azərbaycan baletində oynamağı arzu edirəm - Sputnik Azərbaycan
Tatyana Qolyakova "Jizel" obrazında

- Sizin üçün sevimli partiya var?

- Artist üçün bütün tamaşalar sevimlidir. Biz yeknəsəq həyat yaşamırıq, hər bir tamaşa müxtəlif dövr, saç düzümü, üslub, musiqi müşayiəti deməkdir. İstənilən səhnələşdirmə məhz bununla maraqlıdır. Yaş ötdükcə, sən daha da təcrübəli olursan və hər bir baleti başqa cür qavrayırsan. Mənim ən sevimli tamaşam ""Kameliyalı qadın"dır. Mən onu rəqs edəndə başa düşdüm ki, bu, məhz mənim tamaşamdır. Bunu sözlə izah etmək çətindir.

- Mənə məlumdur ki, siz bir dəfə ayağınızdan aldığınız zədəyə görə az qala səhnə ilə ömürlük vidalaşacaqdız...

- Biz artistlər güclü insanlarıq. Niyyətlərim, yeni məqsədlərə çatmaq istəyim mənə ayağa qalxmaqda kömək etdi. Balet ayaqqabılarını güzgüyə doğru tolazlamaq mənim üçün ağır, utancverici və dözülməz idi. Amma düşünürəm ki, Allah həmişə bizi verə biləcəyimiz imtahana çəkir. Məhz bunun sayəsində insan üçün həyatın dəyəri artıq, məsələlərə münasibəti dəyişir. Əsas odur ki, mən bütün çətinliklərin öhdəsindən gəlirəm.

© © Rustem Farman PhotographyTatyana Qolyakova "Jizel" obrazında
Ukraynanın dəmir ledisi: Azərbaycan baletində oynamağı arzu edirəm - Sputnik Azərbaycan
Tatyana Qolyakova "Jizel" obrazında

- Sizin şagirdləriniz var?

- Bəli, mən 20 ilə yaxındır dərs deyirəm. Çoxlu şagirdlərim var. Hətta müxtəlif opera teatrlarında master-klasslar keçirəm, tamaşalar hazırlayıram. Bütün bunlar mənim xoşuma gəlir, öyrənməyə və biliklərimi başqa artistlərlə bölüşməyə ruhlandırır. Mən daim axtarışdayam.

- Sizi nə zamansa səhnədən getməli olduğunuz fikri qorxutmur ki?

- Yox, mən səhnədən getməyə hazıram, bilirəm ki, dərs deyə biləcəyəm. Hesab edirəm ki, hər bir qadın özünə və tamaşaçılara hörmət etməlidir. Balet daha çox gənclərə yaraşır. Əgər görsən ki, sənin göstəricilərin və fiziki vəziyyətin imkan verir, onda səhnədə oynaya bilərsən. Məni qastrollara dəvət etməyə davam edirlər və bu, mənim üçün çox vacibdir. Deməli, tamaşaçılar məni səhnədə görmək istəyirlər.

Xəbər lenti
0