Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Dağınıq Oda"nın sakinləri Prezidentdən yardım istəyir: "Artıq dayanacaq gücümüz qalmayıb"

Abunə olmaq
Müstəqil teatra kömək lazımdır, əks təqdirdə kollektiv küçədə qala bilər

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 14 fevral — Sputnik. Azərbaycanın ilk müstəqil teatrı olan ADO-nun (Azərbaycan Dağınıq Oda) kollektivi maliyyə problemlərinin həlli və bina ilə təchiz olunmaq üçün Mədəniyyət və Turizm Nazirliyinə müraciət edib. Bu barədə Sputnik Azərbaycan-a teatrın qurucusu, baş rejissor və aktyoru Elmin Bədəlov məlumat verib.

Azərbaycan Dağınıq Oda (ADO) teatrının qurucusu və rəhbəri, aktyor-rejissor Elmin Bədəlov - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Ölkənin 200-dən artıq tanınmış simasından nazirə müraciət

O qeyd edib ki, ADO 2013-cü ildən möcuddur və ötən altı il ərzində böyük uğurlara imza atıb: "Teatr təkcə tamaşaçılarını yeni tamaşalarla sevindirməyib, qastrollara getməyib, həm də yerli və xarici rəssamların sərgilərini, yeni fəaliyyətə başlayan aktyorlar üçün pulsuz aktyorluq kurslarını təşkil edib. Hazırda isə teatr kritik vəziyyətdədir və hər an iki illiyə icarəyə götürdüyümüz binadan bayıra atıla, binasız qala bilərik".

"Fəaliyyət göstərdiyimiz altı il ərzində biz dəfələrlə binasız qalmışıq, baxmayaraq ki, teatrımız heç vaxt bağlanmayıb. Elə vaxtlar olub ki, biz köçəri həyat keçirmişik. Onda tamaşalarımızı köhnə "Vətən" kinoteatrının binasında nümayiş etdirirdik. Lakin sonra o bina söküldü. Biz başqa yer icarəyə götürmək məcburiyyətində qaldıq və artıq iki ildir burada fəaliyyət göstəririk. İndi də buranı itirmək istəmirik" - deyə Bədəlov bildirib.

Baş rejissorun sözlərinə görə, teatrın maliyyə problemləri bir neçə aydır mövcuddur. Lakin teatrın rəhbərliyi onu hamıya bildirmək istəməyib və özü həll etmək qərarına gəlib. Təəssüf ki, özü də bunu həll edə bilməyib və teatrın hazırkı vəziyyəti barədə hamıya məlumat vermək məcburiyyətində qalıb. Altı il ərzində kollektiv özü öz xərclərini qarşılayıb. Binanın icarə haqqını, rekvizitlərin, kostyumların və s. pulunu kollektiv özü ödəyib, heç kəsə yardım üçün ağız açmayıb.

"Çoxları hesab edir ki, biz müstəqil teatrıq, dövlət teatrı deyilik, öz xərclərimizi özümüz ödəməliyik. Amma axı biz bu ölkənin xeyrinə çalışırıq. Bizim hər birimiz Azərbaycan vətəndaşıyıq, biz öz həmvətənlərimiz üçün çalışırıq, beynəlxalq festivallarda, xarici layihələrdə vətənimizi təmsil edirik" - deyə Bədəlov vurğulayıb.

Teatrın kollektivi yardım üçün açıq məktubla Prezident İlham Əliyevə və Mədəniyyət Nazirliyinə müraciət etmək qərarına gəlib. Onların məktubunu, içində xalq artistləri və əməkdar artistlərin də olduğu 200-dən çox mədəniyyət və incəsənət nümayəndəsi imzalayıb.

İnsanların əksəriyyəti teatrın rəhbərliyinə sosial şəbəkə vasitəsilə pul toplamağı təklif edib, lakin onlar imtina ediblər: "Onsuz da insanların yetərincə problemləri, xərcləri var, bir də biz onlara yük olmayaq. Onların bizə ən böyük köməyi o olar ki, bizim tamaşalara baxmağa gəlsinlər".

"Dövlətimizdən kömək istəyirik. Bizə bina ayırsınlar və orada işləyə bilək. Eybi yoxdur, müvəqqəti olsun, təmirsiz olsun, biz özümüz onu təmir etdirərik" - həmsöhbətimiz əlavə edib.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Paris partladı” tamaşasının təqdimatı - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Teatrlar tarixə qovuşacaq, abidəyə çevriləcək

Maliyyə problemləri ucbatından teatrın kollektivi universitetlərdə və ölkənin regionlarında həyata keçirməyi planlaşdırdığı bir sıra layihələri dayandırmaq məcburiyyətində qalıb. Əgər bina ilə bağlı problem həllini tapmasa, Bədəlov binanın icarə haqqını ödəmək üçün bankdan kredit götürməli olacaq. Əks təqdirdə, onları istənilən vaxt binadan çıxara bilərlər. Teatrın rəhbəri heç kim onlara kömək etməsə, bundan sonra teatrın aqibətinin necə olacağını bilmir.

Xatırladaq ki, ADO teatrı ölkədə müasir yaradıcılıq üçün unikal meydança, yeni yaradıcılıq və mədəni təcrübə üçün əvəzsiz məkandır. Teatr yeni forma təqdim edir, daim yeni format, yaradıcılıq eksperimentləri və innovasiyalar axtarışındadır, səhnə sənəti sahəsindəki mövcud təcrübələri və klassik tamaşa standartlarını aradan qaldırmağa çalışır. Teatr Gürcüstan, Türkiyə, İtaliya, Fransa, İran, Belarus və Ukraynada qastrol səfərlərində olub.

Xəbər lenti
0