Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycanlıların sevimli aktyoru vəfat etdi

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidАвтомобиль скорой медицинской помощи на дороге в Москве, фото из архива
Автомобиль скорой медицинской помощи на дороге в Москве, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyanın xalq artisti Sergey Yurski vəfat edib

BAKI, 8 fevral — Sputnik. Moskvada Rusiyanın xalq artisti Sergey Yurski vəfat edib. Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Mossovet adına Teatrın mətbuat xidməti məlumat yayıb.

Təcili tibbi yardım - Sputnik Azərbaycan
RUSİYA
Məşhur aktyor vəfat edib

Ötən ilin dekabrında KİV yazırdı ki, aktyor ağır vəziyyətdə təcili xəstəxanaya yerləşdirilib. Lakin teatrdan bildirirdilər ki, Yurski xəstəxanaya profilaktik müalicə üçün gedib. 

Yurski 16 mart 1935-ci ildə Leninqradda (indiki Sankt-Peterburq) teatr və musiqi ictimaiyyətinə mənsub ailədə doğulub. Leninqrad Universitetinin hüquq fakültəsini bitirib. Eyni zamanda aktrisa və pedaqoq Yevgeniya Karpovanın rəhbərliyi altında teatr studiyasında qoyulan tamaşalarda iştirak edib.

Onun atası Yuri Yurski teatr aktyoru və rejissoru, sirk rəhbəri, anası Yevgeniya Yurskaya isə musiqi müəlliməsi olub. Yurski təxəllüsü, əslində, Sergeyin atasının olub. Onların əsl soyadı Jixaryovdur. Uşaq yaşlarında incəsənətə həvəsi olan Sergeyi valideynləri bu yoldan çəkindirməyə çalışıblar, amma bunu bacarmayıblar.

© Sputnik / Vladimir Fedorenko / Mediabanka keçidSergey Yurski
Azərbaycanlıların sevimli aktyoru vəfat etdi - Sputnik Azərbaycan
Sergey Yurski

Sergey Yurskinin aktyor olmaq istəyi, təxminən, on dörd yaşında baş qaldırıb. Amma o, valideynlərinin istəyi ilə A. A.Jdanov adına Leninqrad Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. Yurski Leninqrad Dövlət Universitetində hüquq elmini öyrənməklə yanaşı, universitetin dram dərnəyində də məşğul olmağa vaxt tapıb. Atası isə onu teatr səhnəsindən uzaqlaşdırmağa çalışırıb. Amma universitetdə aktrisa və pedaqoq Yevgeniya Karpovanın rəhbərliyi altında qoyulan tamaşalarda Sergeyə bir-birinin ardınca müxtəlif rollar verilib.

O, 1959-cu ildə A. N.Ostrovski adına Leninqrad Teatr İnstitutunu bitirib. 1961-ci ildə aktrisa Zinaida Şarko ilə evlənən Sergey Yurski bu xanımla cəmi 7 il birgə yaşayıb və boşanıblar. Daha sonra o, ikinci dəfə Natalya Tenyakova ilə evlənib.

Gənc yaşından başlayaraq Yurski kino və teatrda müxtəlif rollar oynayıb və tezliklə də məşhurlaşıb.

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidSergey Yurski
Azərbaycanlıların sevimli aktyoru vəfat etdi - Sputnik Azərbaycan
Sergey Yurski

Sergey Yurskinin Azərbaycana da bağlılığı var. Belə ki, o, Azərbaycanda da filmlərə çəkilib və tamaşaçıların sevimlisinə çevrilib. Xüsusilə onun "Dərviş Parisi partladır" filmində yaratdığı Müsyö Jordan obrazı bu gün də sevilə-sevilə izlənilir. Aktyor ekran əsərində fransız təbiətşünası Müsyö Jordan rolunu təbii və koloritli ifa etməklə bərabər, həm də personajın nitqinin səsləndirilməsini də məharətlə yerinə yetirib.

Bundan başqa, aktyor Azərbaycan istehsalı olan "Şir evdən getdi" filmində ovçu, "Bir ailəlik bağ evi" filmində direktor və "Qorxma, mən səninləyəm!" filmində pristav rollarını oynayıb.

Yurski aktyor olmaqla yanaşı, həm də rejissor və ssenarist olub. 1957-ci ildən etibarən Leninqraddakı M.Qorki adına Böyük Dram Teatrının aktyoru olub. 1979-cu ildən isə Yurski Moskvanın Mossovet Teatrında çıxış edib və Çexov adına "Müasir pyes məktəbi"ndə rejissor və aktyor olaraq çalışıb. Bir sıra teatr tamaşasının rejissoru olub.

Bütün bunlarla yanaşı, Sergey Yurski ən yaxşı qiraətçilərdən biri olub. Onun repertuarında klassik və müasir müəlliflərin yaradıcılığı ilə bağlı 15 ədəbi proqram səsləndirilib.

Xəbər lenti
0