Azərbaycanın xalq artisti Arif Quliyev

Arif Quliyev ilk dəfə başqalarının susduğu mövzudan danışdı

8830
(Yenilənib 20:18 01.02.2019)
Xalq artisti hazırda onu ən çox narahat edən məsələlərdən danışıb

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 1 fevral — Sputnik. Hazırda yaşlı nəsil arasında ən çox tələb olunan aktyorlardan biri də Azərbaycanın xalq artisti Arif Quliyevdir. Onu bir çox müasir film və seriallarda görmək olar. Arif Quliyev Sputnik Azərbaycan-a müsahibəsində yeni rollarından və onu məyus edən məsələlərdən danışıb.

- Arif müəllim, hazırda nə işlə məşğulsunuz?

- Son iki ildir yorulmadan film və serialların çəkilişində iştirak edirəm. Təkliflər çoxdur, sadəcə onların əksəriyyəti ürəyimcə deyil. Təəssüf ki, dövrümün rejissorları m’ çox nadir hallarda məni çəkiblər. Bu, Nəsibə Zeynalova, Rafael Dadaşov və digər aktyorlara da aiddir. Ona görə də onlar çox az filmlərə çəkiliblər. İndi isə gənc rejissorlar çox tez-tez mənə müraciət edirlər. Onu da qeyd etməyə bilmərəm ki, sizin saytın şüarı - "Deyilməyənləri deyirik" çox xoşuma gəlir.

Народный артист Азербайджана Ариф Гулиев
© Sputnik / Murad Orujov
Azərbaycanın xalq artisti Arif Quliyev

- Deməli, başqalarının susduğu mövzuda sizin deyəcəkləriniz var?

- Mənim ürəyimdə, qəlbimdə demək istədiyim çox söz var. Məni incidən odur ki, bu dünyanı tərk edən korifeylərimizi çox nadir hallarda xatırlayırlar. Əgər belə davam eləsə, gələcək nəsillər onlar haqqında, ümumiyyətlə heç nə bilməyəcək. Hesab edirəm ki, bizim kanallar əyləncəli verilişlərlə yanaşı, Azərbaycan incəsənəti və kinematoqrafiyası üçün çox iş görmüş insanlara həsr olunan proqramlara da yer verməlidir. O da xoşuma gəlmir ki, yaşlı nəsildən olan aktyorlar cavan həmkarlarını dəstəkləmirlər. Hazırda Prezident İlham Əliyev müxtəlif sahələrdəki gənclərə, eləcə də artistlərə böyük dəstək verir. Əgər biz əvvəllər 25 illik yaradıcılıq fəaliyyətindən sonra Əməkdar və Xalq artisti adlarını alırdıqsa, indi gənc artistlər cəmi bir neçə il işləyəndən sonra bu titullara sahib olurlar. Bu, məni çox sevindirir. İnsanlara vaxtında qiymət vermək lazımdır.

- Sizin nəsildən olan aktyorların çoxu film və serial çəkilişlərinə dəvət olunmadıqlarından şikayətlənirlər. Rejissorlar isə bunu o aktyorların böyük həcmdə qonorar tələb etmələri ilə əlaqələndirirlər. Siz bu barədə nə düşünürsünüz?

- Bu, adamdan asılıdır. Məni heç vaxt böyük qonorar maraqlandırmayıb. 40 ildən artıq toylarda çıxış etmişəm və bir dəfə də olsun, qiymət deməmişəm, nə qazanmışamsa, buna görə Allaha şükür eləmişəm. Əsas o deyil ki, pul çox olsun, əsas odur ki, pul həmişə olsun.

Народный артист Азербайджана Ариф Гулиев
© Sputnik / Murad Orujov
Azərbaycanın xalq artisti Arif Quliyev

- Həyatınızda arzu etdiyiniz hər şeyə nail olmusunuz?

- Heç vaxt qarşıma məqsəd qoymamışam. İndi aktyorlar, müğənnilər səhnəyə məşhur olmaq üçün çıxırlar. Onlar başa düşmürlər ki, bunun üçün istedad və əməksevər olmaq lazımdır. Hər bir insanın istedadı var, amma heç də hamı istedadını üzə çıxara bilmir. Etiraf edim ki, mən də əvvəllər jurnalist olmaq, məqalə yazmaq istəyirdim. Düzdür, arzumu reallaşdıra bildim. "Bakinskiy raboçiy", "Azerbaydjanskiy uçitel", "Vışka" qəzetlərində mənim minə yaxın materialım çıxıb. İndiyə qədər onların hamısını qoruyub saxlayıram. Əsasən, teatrdan yazırdım.

- Teatrdan o qədər yazdınız ki, axırda da aktyor olmaq qərarına gəldiniz?

- Ona görə aktyor oldum ki, özümdə bu istedadı hiss elədim. Düşünürəm ki, düzgün seçim etmişəm. Həmişə insanlara acı, göz yaşı əvəzinə sevinc və gülüş bəxş etmək istəmişəm. Mən bu arzumu da həyata keçirə bildim. Bu gün hər dəfə öz obrazlarımın köməyi ilə insanlara gülüş bəxş edirəm. Teatrlarda elə aktyorlar var ki, artıq 30-40 ildir işləyirlər, amma hələ də heç bir fəxri ada layiq görülməyiblər. Təəssüf ki, onlar vaxtında ayıla və başqa peşə ilə məşğul ola bilməyiblər.

Rollarımın hər biri mənim övladımdır. Uşaqlarım mənim fəxrimdir, bu, rollarıma da aiddir. Aktyor olmaq istəyənlərə məsləhət görürəm ki, papaqlarına qabaqlarına qoysunlar və Hamletin məşhur "olmaq, ya da olmamaq" sözləri ətrafında düşünsünlər. Bu, elə müğənnilərə də aiddir. Onlar yağışdan sonra çıxan göbələklər kimi artmaqdadırlar. Nə qədər ki, pul var, bir neçə il səhnəyə çıxırlar, pul qurtaran kimi yoxa çıxırlar. Onları heç kəs xatırlamır. Amma Rəşid Behbudov, Zeynəb Xanlarova kimi ifaçıları həmişə dinləyəcəklər.

Народный артист Азербайджана Ариф Гулиев
© Sputnik / Murad Orujov
Azərbaycanın xalq artisti Arif Quliyev

- Şöhrətə gedən yolunuzun üstündə çox adam dayanıb?

- Elə adamlar çox azdır. Onlar indi də var. Bu adamlar başa düşmürlər ki, mənə heç nə edə bilməzlər. Taleyimə nə yazılıbsa, o da olacaq. Allah özü mənə aktyorluq istedadını verib və indi də məni paxıl adamlardan qoruyur. Çox adam mənə badalaq vurmağa çalışıb, amma heç vaxt o adamlara cavab verməmişəm. Həmişə öz yaradıcılığımla məşğul olmuşam və istedadımla onların ağzını yummuşam.

- Arif Quliyev üçün milyonlarla insana gülüş bəxş etmək asandırmı?

- İnsanları ağlatmaq güldürməkdən asandır. Mən Xalq artistləri İlham Namiq Kamalın, Afaq Bəşirqızının iştirak etdiyi tamaşalara baxanda gülürəm. Onların yaratdıqları obrazlar həmişə məndə gülüş doğurur. Hərdən şəhərdə gəzərkən görürəm ki, adamlar mənə baxıb gülürlər. Başa düşürəm ki, onlar Arif Quliyevə gülmürlər, oynadığı rollara gülürlər. Bu yaxınlarda küçədə məni bir ailə dövrəyə aldı və etiraf etdilər ki, 30 ildir yaradıcılığımı izləyirlər. Şadam ki, Allah mənə bu qədər insanın sevgisini qazanmaq üçün istedad verib.

8830
Amerikalı müğənni Canet Cekson, arxiv şəkli

Maykl Ceksonun bacısından azərbaycanlı ulduza dəstək

9
(Yenilənib 14:45 02.06.2020)
Müğənni Emin Eminzadə afroamerikalı Corc Floydun polis tərəfindən qətlə yetirilməsindən sonra ABŞ-da baş qaldırmış kütləvi iğtişaşlara münasibət bildirib

BAKI, 2 iyun - Sputnik, Kəmalə Əliyeva. Pop musiqisinin kralı Maykl Ceksonun bacısı müğənni Canet Cekson azərbaycanlı həmkarı Emin Eminzadənin ABŞ-da irqçiliyə qarşı etirazını dəstəkləyib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Eminzadə mayın 25-də ABŞ-da başlamış, yalnız nümayişlərlə deyil, həm də mağazaların, kafelərin, apteklərin və digər müəssisələrin talanları, yandırılması ilə müşayiət olunan kütləvi etiraz aksiyaları ilə bağlı fikirlərini bildirib.

Xatırladaq ki, iğtişaşlar Minnesota ştatının ən iri şəhəri olan Minneapolisdə 46 yaşlı qaradərili şəhər sakini Corc Floydun saxlanılarkən polis tərəfindən qətlə yetirilməsindən sonra başlayıb. Hadisə şahidlər tərəfindən telefonla çəkilərək internetə qoyulub və video sosial şəbəkələrdə virus kimi yayılıb.

Eminzadə də bu məsələyə münasibətdə dünya şöhrətli ifaçılardan kənarda qalmamağı qərara alıb və irqçiliyin əleyhinə çıxıb.

“Biz hamımız bərabərik. Dağılmış mağazaları və ya küçələri yenidən təmir etmək mümkündür, lakin insan həyatını geri qaytarmaq mümkün deyil. Əgər kimsə başqa cür düşünürsə və ağ dərililərin üstün olduğuna inanırsa, mən sadəcə bu insanlarla dostluq münasibətləri saxlaya bilmərəm”, - deyə "Instagram" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Посмотреть эту публикацию в Instagram

!!!!! ✊🏻✊🏼✊🏽✊🏾✊🏿

Публикация от EMIN EMINZADA (@emineminzada)

Emin Eminzadənin statusu Canet Ceksonun ürəyincə olub və o, azərbaycanlı həmkarının statusuna yazdığı şərhdə onun fikirlərini dəstəkləyib.

Canet Cekson amerikalı müğənni, mahnılar müəllifi, prodüser, rəqqasə, kino və televiziya aktrisası, dünya şöhrətli pop ulduzu Maykl Ceksonun bacısıdır. O, Ceksonlar ailəsinin ən kiçik övladıdır. İlk dəfə səhnəyə yeddi yaşı olanda, 1976-cı ildə "The Jacksons" serialına çəkilərkən çıxıb. "Billboard" jurnalının məlumatına görə, Canet müasir pop musiqisi tarixində albomları ən çox satılan sənətçilər siyahısındadır. Onun indiyədək bütün dünya üzrə 100 milyon nüsxədən çox albomu satılıb.

Emin Eminzadə Qazaxıstanda keçirilən "Qızıl mikrofon" müsabiqəsinin qalibidir. İtaliyada keçirilən Elia Catalano və 2012-ci İspaniyada təşkil olunan Opus müsabiqələrində iştirak edib.

O, Bakıda məşhur İtaliya müğənnisi Robertino Loretti ilə eyni səhnəni bölüşərək onunla "Jamayka" və "O Sole Mio" kompozisiyasını duet oxuyub. Dünya şöhrətli ulduz bu ifadan sonra Eminzadəni "Azərbaycanın Robertinosu" adlandırıb.

O, hətta ABŞ-da tələbə mübadiləsi proqramı üzrə təhsil almaq üçün təqaüd qazanmağa müvəffəq olub və Texasda təhsil alıb. Emin Eminzadə daha sonra Amerika Musiqi və Dram Akademiyasına daxil olub və oranı bitirib. Hazırda gənc müğənni Azərbaycanda, Türkiyə və ABŞ-da karyerasını davam etdirir. Müğənninin adı "Azərbaycanın gənc ifaçılarının qızıl kitabı"na düşüb.

9
Əlaqədar
Bakılı qız Rusiya telekanalının realiti-şousunun finalına yüksəldi
Türkiyədə Azərbaycanın ən yaxşı gənc ifaçısını seçdilər - VİDEO - FOTO
Emin onun həyatına təsir edən qeyri-adi oğlana sənədli film həsr edib
Sevgilisindən ayrılan azərbaycanlı müğənniyə qızlar təklif yağdırırlar
Amerikalılar Müslüm Maqomayevin hitini ayaq üstə alqışladılar
Nəzrin Məmmədova, arxiv şəkli

YARAT-dan olan dicey qız: Azərbaycanda zövqlər bir qədər pisdir

14
(Yenilənib 00:15 01.06.2020)
Musiqi – azərbaycanlı diceyin maraqlarının yalnız bir hissəsidir, o etiraf edir ki, asan yolları sevmir və eksperimentlərə üstünlük verir.

BAKI, 1 iyun — Sputnik, Kəmalə Əliyeva. Karantinə qədərki Bakıda Böyük Britaniyanın elektron musiqi şousu “Selector Live: Women. Sounds. Waves” böyük uğurla keçib. Bu şouda azərbaycanlı və xarici qadın diceylər (DJ) eyni səhnəni bölüşüblər. İştirakçılar arasında Azərbaycanın tanınmış diceyi Inherroom (Nəzrin Məmmədova) da var idi. O, Sputnik Azərbaycan-a müsahibəsində qızlar arasında diceylik peşəsinə olan tələbatdan danışıb. 

- Nəzrin, indi Azərbaycanda dicey işləyən qızlar çoxdurmu?

- Mən diceyliklə dörd il bundan əvvəl məşğul olmağa başladım. Onda bizim sayımız cəmi üç idi, amma indi dicey qızların sayı artıb. Mən bu sahədə işləmək istəyən qadınları həmişə dəstəkləməyə, onlara məsləhətlər verməyə, kömək etməyə hazıram.

- Siz necə dicey oldunuz?

-  Biz elə bir dövrdə yaşayırıq ki, orada hər şeyi internet vasitəsilə öyrənmək olar. İngilis dilini mükəmməl bilirəm, buna görə də mənə lazım olan məlumatları tapmaq daha asandır. Mənim hələ uşaqlıqdan musiqiyə böyük həvəsim var, amma musiqi təhsilim yoxdur, hər hansı musiqi alətində də ifa etmirəm. Mən yalnız musiqi dinləməyi sevirəm. Çoxlu dicey dostum var. Məhz onlardan birinin məsləhəti ilə mən də bu peşəyə müraciət etmək qərarına gəldim. Hesab edirəm ki, indi həyatda nəyisə əldə etmək, yaxud sevimli işlə məşğul olmaq üçün təhsil lazım deyil. Əsasən də, bizim dövrümüzdə hər şeyə unikal yanaşma daha yaxşı qarşılanır.

- Xaricdə tez-tez çıxış edirsiniz?

- Əsasən qeyri-festival formatında olan tədbirlərdə iştirak edirəm. Gürcüstanda, Moskvada çıxış etmişəm. Musiqidən başqa, vizual incəsənətlə də məşğul oluram. Bir çox ölkələrdə sərgilərim keçirilib. Mən interdisiplinar rəssamam, ona görə də həm rəssamlıqla, həm heykəltaraşlıqla, həm qrafika ilə, həm videoinstalyasiya ilə, həm də performansla maraqlanıram. Musiqi isə mənim maraqlarımın bir hissəsinə çevrilib.

- İndi diceylər arasında kişilərə daha çox tələbat var, ya qadınlara?

- Bunun heç bir fərqi yoxdur. Hesab edirəm ki, biz tam bərabərhüquqlu cəmiyyətdə yaşayırıq. Hər şey təşkilatçılardan asılıdır. Çıxışım zamanı çalışıram ki, Azərbaycana gəlib çatmamış musiqiləri səsləndirim. Mən Britaniya səsləndirməsini çox sevirəm. Mən nə isə yeni bir şey gətirmək istəyirəm, lakin tez-tez başqa bir şey qoymağı xahiş edirlər. Azərbaycanda zövqlər bir qədər pisdir, amma zaman keçdikcə bu, dəyişəcək.

- Mən yox, amma elə diceylər - Azərbaycan musiqisindən öz şəbəkələrinizdə istifadə edirsiniz?var, Azərbaycan musiqisinə müraciət edirlər. Mənim gördüyüm işdə xalq musiqisindən istifadə etmək, fikrimcə, diqqət cəlb etməyin çox asan yoludur. Mən asan yolları sevmirəm, əsasən ən eksperimental və mürəkkəb olanları seçirəm.

- Hansı planlarınız var?

- Əvvəllər gələcəyimi xaricdə görürdüm, amma indi qərarımı dəyişmişəm. Mən artıq on ildir burada incəsənətlə məşğul oluram, ona görə də köçmək istəmirəm, həm orada, həm də burada işləmək istəyirəm. Hətta başqa bir ölkədə olsam da, yenə Azərbaycan rəssamı, artisti olacağam.

Təəssüf ki, bir çox uşaqlar diceylikdə özlərini sınamaqdan qorxurlar. Hesab edirlər ki, bu peşənin gələcəyi yoxdur. Rəssam olmaq istədiyimi deyəndə çoxları məni fikrimdən daşındırmaq istəyirdi. Məni inandırmağa çalışırdılar ki, bu sənətdə gəlir yoxdur. Fəaliyyətimdən beş il sonra YARAT Müasir İncəsənət Mərkəzi açıldı, məni oraya dəvət etdilər və bütün arzularım reallığa çevrildi. İndi gənclərin daha geniş imkanları var.

14
Əlaqədar
Azərbaycanlılar onlayn-festivalda ruslara böyük həyəcan yaşadıblar
Kamilla Zərbəliyeva: "Qabağımda soyunmaq istəyənlər çoxdur"
Emin onun həyatına təsir edən qeyri-adi oğlana sənədli film həsr edib
Sevgilisindən ayrılan azərbaycanlı müğənniyə qızlar təklif yağdırırlar
Məşhur azərbaycanlı arıqlamağın sirrini bölüşür
Avtobusda maska taxmış şəxs, arxiv şəkli

Avtobuslarda "dədə-baba" üsulunu iyunun 15-dək götürə bilərlər

0
(Yenilənib 19:27 02.06.2020)
"Əgər qeyd edildiyi kimi sərnişinlərimizi narahat edən məqam varsa, buna uyğun qərar qəbul ediləcək".

 

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 2 iyun — Sputnik. Bu gündən tibbi maska taxmayan vətəndaşlar cərimə olunacaqlar. Tibbi maskanın istifadə edilməsi məcburi olan yerlərdən biri də ictimai nəqliyyatdır. Havaların isindiyini, üstəlik tibbi maskadan istifadənin avtobuslarda məcburi olduğunu nəzərə alsaq, bu, yay aylarında sərnişinlər üçün müəyyən çətinliklər yaradacaq. Bəs görəsən, tibbi maskadan avtobuslarda istifadə məcburi olduğu halda kondisioner sistemi vaxtından əvvəl işə salına bilərmi?

Sputnik Azərbaycan-ın bu sorğusuna Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev belə cavab verib: "Adətən sərinləndirmə sistemləri yay mövsümü başlayan zaman, yəni 15 iyundan etibarən işə salınır. Amma buna qədər havanın temperatur göstəriciləri nəzərə alınmaqla işə salınması mümkündür. Əvvəlki illərdə belə bir təcrübə olub. İndiki halda isə məlum olduğu kimi bir neçə müddətdir havalar sərin keçir. Belə olan halda pencərələri açıq saxlamaqla havalandırmanı təmin etmək mümkündür. Həmçinin, əgər qeyd edildiyi kimi sərnişinlərimizi narahat edən məqam varsa, buna uyğun qərar qəbul ediləcək. Avtobuslardakı sərinləndirmə və isitmə sistemləri sərnişinlərimizin rahatlığı üçündür. Buna zərurət olacaqsa, işə salınacaq".

0
Əlaqədar
Paytaxtda daha bir marşrut xətti “BakuBus”a verilib
Sükan arxasında siqaret çəkən avtobus sürücülərinin sayı açıqlandı
"Daewoo" avtobuslarını xətdən çıxardılar, əvəzinə 12 metrlik işləyəcək
Maska taxmayanlara agentlikdən "sürpriz"
Bakıda ekspress marşrutlar dayandırılır