Актер Жерар Депардье. Архивное фото

Jerar Depardye azərbaycanlı rəssamın əsərlərini alır

68
Depardye Məryəm Ələkbərlinin əsərləri ilə maraqlanıb

BAKI, 1 fevral - Sputnik. Fransanın məşhur aktyoru, kolleksiyaçı Jerar Depardye azərbaycanlı gənc rəssam Məryəm Ələkbərlinin atelyesinin qonağı olub.

AZƏRTAC xəbər verir ki, kolleksiyaçı Məryəmin əsərləri ilə maraqlanıb. Tablolarını bir-bir yenidən nəzərdən keçirib.

Qeyd edək ki, fransız aktyor azərbaycanlı rəssamın əsərləri ilə yaxından maraqlanır.

Jerar Depardye artıq gənc rəssamın əsərlərinin bir neçəsini alaraq şəxsi kolleksiyasına daxil edib. Rəssamın atelyesinə ilk səfəri zamanı o, orta ölçülü 5 əsər sifariş edib.

68