Orxan Bahadırsoy

"Kimsəsizlər Sığınacağı" təqdim olunacaq

59
(Yenilənib 15:12 31.01.2019)
Kitabda müəllifin müxtəlif mövzulu şeirləri, hekayələri və pyesləri yer alıb

BAKI, 31 yanvar — Sputnik. Şair-dramaturq Orxan Bahadırsoyun yeni kitabı işıq üzü görüb. Sputnik Azərbaycan xəbər verir ki, "Kimsəsizlər Sığınacağı" adlı bu kitabda müəllifin müxtəlif mövzulu şeirləri, hekayələri və pyesləri yer alıb.

Kitabın ön və arxa qapağı
© Sputnik / Orkhan Bahadırsoy
Kitabın ön və arxa qapağı

Bundan əvvəl "Fahişə Mələklər" (2012), "Günahdır səni sevmək" (2014) və "Şeir Adam" (2016) adlı kitabları çap olunan müəllifin yeni kitabında lirik-romantik və fəlsəfi şeirləri, "Saliva, "Ulduzların arasında", "Baldırğan otu" hekayələri, "Saçını satan aktrisa", "Kimsəsizlər Sığınacağı", "Zaman maşını" və "Terror" pyesləri toplanılıb.

"Kimsəsizlər Sığınacağı" kitabının təqdimat və imza mərasimi fevral ayının 8-i saat 19:00-da ADO teatrında keçiriləcək. Mərasimin 2 saat davam edəcəyi planlaşdırılır.

Kitabın təqdimat və imza mərasimində müəllifin bundan əvvəl çap olunan kitablarını da əldə etmək mümkün olacaq. Mərasimdə Orxan Bahadırsoyun şeirləri həm müəllifin özü tərəfindən, həm də gecənin xüsusi qonaqları olan aktyorlar tərəfindən səsləndiriləcək.

59
Teqlər:
Orxan Bahadırsoy, şeir, şair, kitab
Əlaqədar
Baş məşqçi Özilin “kitabını” bağladı
Kitabxanalar ləğv olundu - RƏSMİ
Yeni kitablar təqdim olundu