Tanınmış fransız bəstəkar Mişel Leqran

Tanınmış bəstəkar dünyasını dəyişdi

41
(Yenilənib 13:03 26.01.2019)
2018-ci ilin mart ayında Leqran "Rusiya mədəniyyətinə töhfələrinə" görə fəxri mükafata layiq görülüb

BAKI, 26 yanvar — Sputnik. Tanınmış fransız bəstəkar Mişel Leqran 87 yaşında dünyasını dəyişib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Leqran ötən gecə Parisdə dünyasını dəyişib.

Bəstəkar, pianoçu, aranjemançı, dirijor və müğənni olan Leqran 3 dəfə "Oskar", 5 dəfə "Qremmi" və bir dəfə "Qızıl Qlobus" mükafatına layiq görülüb. MDB ölkələrində isə onun "Şerbur çətirləri" kinofilminə yazdığı musiqisi məşhurdur.

Musiqiçi Frenk Sinatra, Şarl Aznavur, Barbara Streyzandla çaılışıb. "Salvyan bazarı" gənc ifaçıların beynəlxalq müsabiqəsində və digər festifallarda, münsiflər heyətinə rəhbərlik edib.

2018-ci ilin mart ayında Leqran "Rusiya mədəniyyətinə töhfələrinə" görə fəxri mükafata layiq görülüb.

41