Mikrofon, arxiv şəkli

"Get.mə" klipi təqdim ediləcək

61
(Yenilənib 16:56 23.01.2019)
Gənc müğənni Səbuhəsən artıq özünün lirik məzmunla parlaq həyat eşqini birləşdirən mahnıları ilə publikanın könlünü fəth edə bilib

BAKI, 23 yanvar - Sputnik. Klip necə ərsəyə gəlib və publika Səbuhəsənin yaradıcılığından daha hansı sürprizləri gözləyə bilər? Bu barədə Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında danışılacaq

Gənc müğənni Səbuhəsən artıq özünün lirik məzmunla parlaq həyat eşqini birləşdirən mahnıları ilə publikanın könlünü fəth edə bilib. Bu dəfə isə müğənninin birlikdə çalışdığı yaradıcı qrup "Get.mə"orijinal adlı orijinal bir klipi ərsəyə gətirib.

Eyni adlı mahnının sözlərini Leyla Mətin, musiqisini isə Fərmaim Sadiq yazıb. Klipin rejissoru Babək Pourfərd, operatoru isə Mosaed Salardır. Klipdə gənc aktrisa Setayeş Zahiri çəkilib.

Klip necə ərsəyə gəlib və publika Səbuhəsənin yaradıcılığından daha hansı sürprizləri gözləyə bilər? Bu barədə 25 yanvar saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında müğənni özü və onunla işləyən yaradıcı qrup danışacaq.

Əlaqə vasitələri:

Telefonlar: 404-13-84/85

E-mail: i.velizade@rian.ru

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə, Beynəlxalq Mətbuat Mərkəzi

61