Emin Ağalarov və Alyona Qavrilova

Emin Ağalarov yeni dünyaya gələn övladına nadir ad verib

12075
(Yenilənib 12:07 23.01.2019)
Cütlük körpəni hərb, zəfər, müdriklik, bilik, incəsənət və sənətkarlıq ilahəsinin şərəfinə belə adlandırıb

BAKI, 23 yanvar — Sputnik. Azərbaycanın xalq artisti Emin Ağalarov yeni doğulmuş qızına nadir adlardan birini verib - Afina. Sputnik Azərbaycan Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Emin Ağalarov-Alyona Qavrilova cütlüyü körpəni qədim yunan mifologiyasındakı hərb, zəfər, eləcə də müdriklik, bilik, incəsənət və sənətkarlıq ilahəsinin şərəfinə belə adlandırıb.

Hazırda müğənni öz zövcəsi ilə birlikdə vaxtının çox hissəsini körpəyə həsr edir. Ağalarovun qızı Yeni ilə bir neçə saat qalmış dünyaya göz açıb.

Emin Ağalarovla Alyona Qavrilovanın toyu 14 iyul 2018-ci ildə olub. Toy mərasimi Ağalarovların Moskvadakı obyektlərindən birində keçirilib. Mərasimdə dünyanın müxtəlif ölkələrindən məşhur insanlar, eləcə də cütlüyün doğma və yaxınları iştirak ediblər. Toya, həmçinin rus estrada ulduzları Valeri Meladze, Zara, Vadim Vernik, Sergey Kojevnikov, Katya Lel, Denis Klyaver, Olqa Orlova və digərləri qatılıb.

Emin Ağalarov "World Music Awards", "Azərbaycandan olan ən yaxşı ifaçı", "Qızıl qrammafon", "MUZ-TV Mükafatı" və bir çox digər beynəlxalq mükafatların laureatıdır. Müxtəlif ölkələrdə konsertlərlə çıxış edir.

Müğənninin musiqi daxılında doqquz ingilisdilli albom, Warner Music və Sony ATV Music Publishing kimi aparıcı şirkətlərlə müqavilə də var. Ağalarov, həmçinin Qriqori Leps və Sergey Kojevnikovla birlikdə hər il Bakıda keçirilən "Jara" beynəlxalq musiqi festivalının təşkilatçısıdır.

Посмотреть эту публикацию в Instagram

Публикация от eminofficial (@eminofficial)

Alyona Qavrilova rusiyalı modeldir. O, 1987-ci ildə Mordoviyanın paytaxtı Saransk şəhərində doğulub. On yeddi yaşında olarkən Qavrilova "Miss Mordoviya-2004" gözəllik müsabiqəsinin qalibi olub. Bu qələbədən sonra o, model biznesinə qatılıb. Hazırda, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Bu fəaliyyətə yeni başlayan biznes-ledi gözəllik salonunun sahibidir.

Onun birinci həyat yoldaşından bir oğlu var. Alyona Qavrilova "Russkiy Standart" holdinqinin sahibi, özündən 25 yaş böyük olan Rüstəm Tariko ilə 9 il vətəndaş nikahında yaşayıb.

2016-cı ildə isə "Crocus" imperiyasının varisi Emin Ağalarovla görüşməyə başlayıb. Ağalarov 2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin qızı Leyla Əliyeva ilə evliliyinə rəsmən son verib.

Ağalarov-Əliyeva cütlüyünün Əli və Mikayıl adında əkiz oğlanları və övladlığa götürdükləri Əminə adlı qızları var.

12075
Teqlər:
qız, ad, Emin Ağalarov, uşaq, körpə
Əlaqədar
Emin Ağalarova fəxri ad təqdim olundu
Emin və rusiyalı ulduzlar Azərbaycan üçün birləşdilər
Emin və Maksim Fadeyevdən Azərbaycan haqqında möhtəşəm mahnı
Emin: “Hər bir azərbaycanlı dəstəyimə ümid edə bilər”
Ceyla Seyidova, arxiv şəkli

"Sarı gəlin"dən xəbər var

116
(Yenilənib 11:49 19.10.2020)
Musiqini gənc skripka ifaçısı Ceyla Seyidova səsləndirir, rəqsi isə Nigar Əliyeva ifa edir. "Sarı Gəlin" musiqisinin ilk balet versiyasının klipi "ALOV Club"un "Instagram" səhifəsində yayımlanıb.

BAKI, 19 oktyabr — Sputnik. Ermənilərin uzun illər özününkiləşdirmək istədiyi Azərbaycanın xalq mahnısı "Sarı gəlin" yeni balet versiyasında təqdim olunub.

Посмотреть эту публикацию в Instagram

Публикация от ALOV Club (@alovclub)

Musiqini gənc skripka ifaçısı Ceyla Seyidova səsləndirir, rəqsi isə Nigar Əliyeva ifa edir. "Sarı Gəlin" musiqisinin ilk balet versiyasının klipi "ALOV Club"un "Instagram" səhifəsində yayımlanıb: "Müstəqillik günü münasibətilə xalqımızı təbrik edirik! Ölkə üçün çətin bir zamanda ruhdan düşməməyinizi diləyirik".

https://www.instagram.com/p/CGejOZhjSyT/?utm_source=ig_web_copy_link

116
Əlaqədar
Azərbaycanlı aşıq "Sarı gəlin"i niyə ermənilərlə birlikdə oxuduğuna aydınlıq gətirdi
Bakıda “Sarı gəlin” oxuyan italiyalı əfsanəvi müğənni
Eyfel qülləsində "Sarı gəlin" səsləndirildi
Moldovanın Xalq artistinin ifasında “Sarı Gəlin”
Misirlilər azərbaycanlı qızın ifasında "Sarı gəlin"ə valeh oldu
Kinorejissor Elxan Cəfərov

Vətənpərvərlik mövzusunda seriallarımız niyə yoxdu kinorejissorun şərhi

23
(Yenilənib 08:19 19.10.2020)
Kinorejissor Elxan Cəfərov deyir ki, serialların bədii dəyərini saxlaması üçün onun maliyyə imkanları geniş olmaldır
Elxan Cəfərov: “Maddiyatın yüksəlməsi serialın da yüksəlməsinə imkan yaradır”

Azərbaycan televiziyalarında nümayiş etdirilən serialların əksəriyyəti məişət mövzuları əsasında çəkilir. Bəs ölkəmizdə vətənpərvərlik mövzusunda serialların çəkilməsinə nə mane olur?

Bununla bağlı Sputnik Azərbaycan-a danışan kinorejissor Elxan Cəfərov deyir ki, seriallar üçün qeyri-dövlət maliyyə mənbələri tapılmadıqca onlar yüksək səviyyəyə gəlib çatmayacaq:

“Seriallar hazırda inkişaf dövrünü yaşayır. Serialların bədii dəyərini saxlaması üçün onun maliyyə imkanları geniş olmaldır. Bu gün vətənpərlik mövzusunda da işlər görülür. Maddiyatın yüksəlməsi serialın da yüksəlməsinə imkan yaradır. Hazırda serialların özünü  təsdiqetmə dövrüdür. Bu mərhələ başa çatdıqdan sonra bu və ya digər mövzuları tələb etmək olar”.

Elxan Cəfərovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

23
BMT Təhlükəsizlik Şurasının iclası, arxiv şəkli

BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağı qapalı şəkildə müzakirə edib - Nəticə...

74
Rusiyalı diplomat müşahidə missiyası ilə ATƏT-nin məşğul ola biləcəyini istisna etməyib, çünki məhz bu təşkilat nizamlanma prosesi ilə məşğuldur.

BAKI, 20 oktyabr - Sputnik. BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağda atəşkəsə nəzarətin təmin edilməsinin vacibliyini müzakirə edib. Rusiya mətbuatı xəbər verir ki, vu barədə jurnalistlərə Dağlıq Qarabağa dair qapalı iclasın yekunlarından danışan Təhlükəsizlik Şurasında bu ay sədrlik edən RF-nın BMT yanında daimi nümayəndəsi Vladimir Nebenzya məlumat verib.

"İndi atəşkəsə əməl olunmasını təmin etmək vacibdir, bu ən vacib məsələdir, çünki müvafiq razılaşma əldə olunub, lakin ona əməl olunmayıb. Əsas ona əməl olunmasını necə təmin etməkdir" - o bildirib.

"Bu məsələ əlbəttə ki, müzakirə  olunub və Şura yanaşmada kifayət qədər yekdillik nümayış etdirib", - Nebenzya sözünə davam edib. Eyni zamanda o deyib ki, bölgəyə BMT-nin müşahidəçi missiyasının göndərilməsi üçün Təhlükəsizlik Şurasının xüsusi mandatına ehtiyac var.

"Bu tez həyata keçən proses deyil" - diplomat vurğulayıb. "Belə bir məlumatlar var idi ki, Rusiya Müdafiə naziri Azərbaycan və Ermənistandan olan həmkarları ilə bu nəzarətin necə həyata keçirilə bulməsini müzakirə edib" - Nebenzya əlavə edib.

Diplomat müşahidə missiyası ilə ATƏT-nin məşğul ola biləcəyini istisna etməyib, çünki məhz bu təşkilat nizamlanma prosesi ilə məşğuldur. "Orada kim olacaq və hansı statusda hələ müzakirə mərhələsində olan sualdır", - o deyib.

74
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə