Ramiz Əzizbəyli

Ramiz Əzizbəylinin qızı: "Atam hələ bir müddət ayağa qalxa bilməz"

67
(Yenilənib 20:22 22.01.2019)
"Onun xəstəliyinin şəkli hər an dəyişə bildiyi üçün həkimlər konkret nəsə deyə bilmirlər" - Cəlalə Əzizbəyli

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 22 yanvar — Sputnik. "Atam hazırda özünü yaxşı hiss edir. Həkimlərin sözlərinə görə sağalma prosesi gözlədiklərindən daha yaxşı gedir". Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Xalq artisti Ramiz Əzizbəylinin qızı Cəlalə Əzizbəyli deyib.

C.Əzizbəylinin sözlərinə görə, növbəti ayağa stendin nə zaman qoyulması ilə bağlı hələ ki, konkret qərar verilməyib: "Təxminən 15 gündən sonra həkimlər atamın digər ayağı ilə bağlı konkret qərar verəcəklər. Lakin hələ ki, digər ayağındakı vəziyyəti pis qiymətləndirmək olmaz. Çünki atamın əməliyyat olunmayan ayağında istilik var. Bu isə onu göstərir ki, həmin ayaqda qan dövran edir".

Xalq artistinin qızı atasını bir müddət yataqda olacağını bildirib: "Atam əməliyyatla əlaqədar olaraq bir müddət ayağa qalxa, dabanına basa bilməz. Həkimlər bu vəziyyətin 2 ayadək davam edə biləcəyini söyləyib".

"Lakin atam şəkər xəstəsidir. Onun xəstəliyinin şəkli hər an dəyişə bildiyi üçün həkimlər konkret nəsə deyə bilmirlər" – deyə aktyorun qızı əlavə edib.

Qızının sözlərinə görə, hazırda Xalq artistinin qan təzyiqi normaldır: "Artıq qızdırması da yoxdur. Şəkərini isə normada saxlamağa çalışırıq".

Qeyd edək ki, hazırda Ramiz Əzizbəyli beyin insultundan və bağırsaq problemindən əziyyət çəkir.

67
Əlaqədar
Xalq artisti Ramiz Əzizbəyli: "Qırx adda xəstəliyim var"
Xalq artisti xəstəxanaya yerləşdirilib
Ramiz Əzizbəylinin qızı: "Atam narkozdan ayılmaya bilər, qərarsız vəziyyətdəyik"
Həkimlər Xalq artisti ilə bağlı son qərarı verdi