Milli Məclisdə boş oturacaqlar

Millət vəkillərindən humanist təklif

77
(Yenilənib 12:47 17.01.2019)
"Azərbaycana gətirilən kitablar ƏDV-dən azad edilməlidir"

BAKI, 17 yanvar - Sputnik. "Azərbaycana xaricdən gətirilən kitablar Əlavə Dəyər Vergisindən azad edilməlidir".

Sputnik Azərbaycan xəbər verir ki, bu təkliflə millət vəkili Əflatun Amaşov Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında çıxış edib. O, xaricdən gətirilən elmi jurnalların da Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilməsini təklif edib: "Kitabların qiyməti çox bahadır. Bu kitablar, əsasən xaricdən Azərbaycana gətirilənlərdir. İl ərzində ölkəyə 200 minə yaxın kitab gətirilir".

Mədəniyyə komitəsinin sədri Rafael Hüseynov da bu sahədə müəyyən güzəştlərə, imtiyazlara ehtiyacın olduğunu deyib: "Amma xaricdən gətirilən kitabların bahalaşmasının obyektiv səbəbləri var. Xarici ölkələrdə satılan kitabların qiyməti artıb. Kitab baha başa gəlir və ona görə qiyməti artıb".

"Amma burada müəyyən güzəştlər, imtiyazlar lazımdır. Xaricdən gətirilən dərs vəsaitlərinə, müəyyən xəritələrə güzəştlər, imtiyazlar olmalıdır ki, insanlar bunları ala bilsinlər" - deyə R.Hüseynov bildirib.

77
Teqlər:
güzəşt, azad, əlavə dəyər vergisi, ƏDV, kitab
Əlaqədar
"Azərbaycan parlamentarizmi tarixi" kitabı təqdim olunub
Kitabxanalar ləğv olundu - RƏSMİ
Keçmiş dustaq: "Məhbusun kitab oxuması elə özünə cəza verməkdir"
Qax rayonundakı Kürmük məbədi

Müsəlmanlarla xristianların birgə ibadət etdikləri məkan - VİDEO

19
(Yenilənib 15:24 29.11.2020)
Məbədgahı müsəlmanlarla bərabər, xristianlar da eyni gündə ziyarət edirlər. Dini etiqadlarından asılı olmayaraq, vaxtilə əcdadlarının müqəddəs saydığı bu yeri ziyarət etməklə, hər kəs öz arzularının yerinə yetirilməsini diləyir və hərə öz dilində Allaha dualar edir

BAKI, 29 noyabr — Sputnik. Kürmük məbədi Azərbaycanın Qax rayonu ərazisində vaxtilə mövcud olmuş qədim alban məbədinin (I-III əsrlərdə) qalıqları üzərində XIX əsrdə inşa edilib.

Sputnik Azərbaycan xəbər verir ki, Mədəniyyət Nazirliyi "Xristian irsimizi tanıyaq" layihəsi çərçivəsində Kürmük məbədi haqqında qısa videoçarx hazırlayıb.

Məlumat üçün bildirək ki, sözügedən məbədgahı müsəlmanlarla bərabər, xristianlar da eyni gündə ziyarət edirlər. Dini etiqadlarından asılı olmayaraq, vaxtilə əcdadlarının müqəddəs saydığı bu yeri ziyarət etməklə, hər kəs öz arzularının yerinə yetirilməsini diləyir və hərə öz dilində Allaha dualar edir.

Burada maraqlı cəhətlərdən biri də odur ki, "Kürmük oba" bayramında xristian zəvvarlar da İslam dininin haram buyurduğu donuz ətindən imtina edirlər.

19
Teqlər:
ibadətgah, ibadət, xristianlar, müsəlmanlar, "Kürmük oba" bayramı, Kürmük məbədi, Qax, Azərbaycan
Mövzu:
Azərbaycanın görməli yerləri, turizm obyektləri
Dart Veyder, Ulduz müharibələri filmindən, arxiv şəkli

"Dart Veyder" Yer planetini tərk elədi

17
Prouz Corc Lukasın orijinal "Ulduz müharibələri" trilogiyasındakı (1977-1983) Dart Veyderin rolu ilə məşhurlaşmışdı

BAKI, 29 noyabr - Sputnik. Britaniyalı aktyor, klassik "Ulduz müharibələri" trilogiyasında Dart Veyder rolunun ifaçısı Devid Prouz dünyasını dəyişib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə onu təmsil edən Bowington Management agentliyi məlumat yayıb.

Aktyorun agenti Tomas Bouinqton bildirib ki, 85 yaşlı aktyr xəstəlikdən ölüb.

"Bizim və dünyadakı milyonlarla pərəstişkarı üçün dərin peşmançılıq və ürəkağrıdıcı kədər hissi ilə müştərimiz David Prouzun 85 yaşında vəfat etdiyini elan edirik", - agentliyin Twitter hesabında qeyd olunub.

​​Prouz Corc Lukasın orijinal "Ulduz müharibələri" trilogiyasındakı (1977-1983) Dart Veyderin rolu ilə məşhurlaşmışdı. Prouzun filmdəki səsi isə amerikalı aktyor Ceyms Erli Cons idi. Dart Veyderədək Prouz Böyük Britaniyada Green Cross Code yol hərəkətinin təhlükəsizliyi hərəkatının kampaniya çarxlarında oynayan ilk aktyor kimi tanınırdı. Aktyor "Qurulan portağal"da epizodik rol alıb, həmçinin "Frankenşteyn və cəhənnəmdən gələn monstr", "Frankenşteyn dəhşəti" filmlərində də çəkilib.

Devid Prouz ağır atletika ilə də məşğul olub, aktyor Kristofer Rivi Supermen rolu üçün hazırlayıb.

17
Teqlər:
Böyük Britaniya, "Ulduz müharibələri", film, vəfat, aktyor
Fransa polisi

"Demokratiyanın beşiyi"ndə iğtişaşlar: qanun layihəsi 133 min insanı özündən çıxardı

0
(Yenilənib 17:30 29.11.2020)
Polislərin foto və videolarının çəkilməsini qadağan edən qanun layihəsi Fransada 133 min insanı hiddətləndirib. Onlar küçələrə axışaraq polislərə "əl gəzdirməyi" özlərinə brc biliblər

BAKI, 29 noyabr - Sputnik. Fransada şənbə günü, noyabrın 28-də keçirilən "Qlobal təhlükəsizlik haqda" qanun layihəsinə qarşı etiraz aksiyalarında ən azı 62 polis əməkdaşı xəsarət alıb.

Sputnik Azərbaycan xarici KİV-ə istinadən bildirir ki, 23 polis işçisi Parisdə, 39-u isə əyalətlərdəki aksiyalarda yaralanıb.

Həmçinin bildirilir ki, iki nəfər etirazçı Baş Polis Müfəttlişliyinə hüquq-mühafizə orqanları tərəfindən zorakılığa məruz qaldıqları barədə şikayət edib.

Etiraz aksiyası zamanı suriyalı fotoqraf Əmir Əl-Həlbi başından yaralanıb. "Sərhədsiz reportyorlar"ın baş katibi Kristof Deluar fotoqrafa qarşı "polis tərəfindən yolverilməz zorakılığı" qınayıb.

Ölkə üzrə 80 etirazçı həbs edilib.

Noyabrın 28-də Fransanın 70 şəhərində "Qlobal təhlükəsizlik haqda" qanun layihəsinə qarşı etiraz aksiyaları keçirilib. Bu layihə faktiki olaraq polis və jandarmeriya əməkdaşlarının foto və videolarını çəkməyi qadağan edir. Etiraz aksiyalarında "Siz silahları endirin, biz də kameraları" şüarları səsləndirilib. Aksiyalarda 133 min nəfər iştirak edib.

0
Teqlər:
qanun layihəsi, xəsarət alanlar, polis, etiraz aksiyaları, iğtişaş, Fransa