Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Amerikalılar şokda - Azərbaycanlı istedadın uğurları ABŞ-ı silkələdi

© Instagram / freeladdermanMəşhur azərbaycanlı sirk ustası Üzeyir Novruz
Məşhur azərbaycanlı sirk ustası Üzeyir Novruz - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanlı sirk ustasının çıxışı münsiflər heyətini və tamaşaçıları şoka salıb

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 8 yanvar — Sputnik. Məşhur azərbaycanlı sirk ustası, hətta dünyanın ən aparıcı qəzetlərindən biri olan The Washington Post-un da haqqında bəhs etdiyi Üzeyir Novruzov America's Got Talent: The Champions ("Amerika istedadlar axtarır: Çempionlar") istedadlar şousunda uğurlu çıxış edib.

Novruzovun Sputnik Azərbaycan-a dediyinə görə, o, layihədə öz istedadını layiqli şəkildə nümayiş etdirdiyi üçün çox xoşbəxtdir. Sirk ustası artıq 2015-ci ildə America's Got Talent şousunda iştirak edib. Lakin ani müvazinətini itirdiyi üçün hündürlükdən yıxılaraq ağır bədən xəsarəti alıb və qalib ola bilməyib. Bundan sonra bir müddət müalicə alıb. Sonra yarımçıq qalmış çıxışını davam etdirmək qərarına gəlib.

Üzeyir Novruz proqrama qatılıb və ən çətin fəndlərdən birini işlədib. Münsiflər heyəti və zalda olan tamaşaçılar bu mənzərəni həyəcanla izləyiblər. Sirk ustası həmin fəndi çox peşəkarcasına həyata keçirib. Uğurlu çıxış tamaşaçılar tərəfindən ayaq üstə alqışlanıb.

"Nərdivandan yıxılmağım mənim üçün əsl şok olmuşdu. Bu mənim üçün gözlənilməz oldu. Amma artıq növbəti gün bildim ki, finala keçmişəm və bütün Amerika mənim finala çıxmağım üçün çalışıb. Həmin an düşüncələrimdə çox şey dəyişdi. Mən başa düşdüm ki, bu qədər insanın mənim etdiklərimin fərqində olması möhtəşəmdir. Mən ona görə bu layihəyə yenidən döndüm ki, insanın istənilən çətinliyə baxmayaraq, sevdiyi işlə məşğul olanda uğur qazandığını və ondan zövq aldığını hər kəsə sübut edim" – deyə Novruzov bildirib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Uzeyer Novruzov (@freeladderman)

Sirk ustası onu da qeyd edib ki, nərdivandan yıxılandan sonra zərrə qədər də qorxmayıb. Çünki irəlidə onu böyük qələbənin gözlədiyini bilib. Sirk ustası bu layihədə iştiraka növbəti dəfə dəvət olunmasına hədsiz sevinib. Layihənin növbəti buraxılışı Amerikada dekabrın 7-də yayımlanıb. Novruzov öz istedadını britaniyalı teleaparıcı, prodüser Saymon Kouell, Spice Girls qrupunun sabiq solisti Mel Bi, alman supermodel Haydi Klum və kanadalı komik Houi Mendeldən ibarət münsiflər heyətinin və tamaşaçıların qarşısında nümayiş etdirib. Beləliklə o, şounun növbəti mərhələsinə vəsiqə qazanıb. Onun çıxışı hamını valeh edib. Tamaşaçılar etiraf ediblər ki, bu çıxışı izləyərkən şok və qorxu hissi keçiriblər.

The Washington Post Novruzova məqalə həsr edib və onu qorxusuz azərbaycanlı adlandırıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Uzeyer Novruzov (@freeladderman)

Xatırladaq ki, America's Got Talent: The Champions layihəsi America's Got Talent-dan tamamilə fərqlənir. Çünki America's Got Talent: The Champions-a məşhur layihənin müxtəlif mövsümlərində iştirak edən ən güclü və ən yaxşı iştirakçılar qatılır.

Üzeyir Novruzov Gəncədə anadan olub, lakin Rusiyada böyüyüb. Sonra yaşamaq üçün ABŞ-a köçüb. O, sirkdə əfsanəvi Çarli Çaplinin obrazını yaradır və onları tez-tez müqayisə edirlər. Novruzov Çində altı metrlik nərdivana dırmaşmaq və onun üzərində 8 dəqiqə dayanmaq üzrə dünya rekordunu vurub. Bu nömrəyə görə, onun adı Ginnesin Rekordlar Kitabına düşüb. Hazırda sirk ustası ailəsi ilə birlikdə Amerikada yaşayır. O, müxtəlif sirk tamaşalarında çıxış edir və dəvət olunduğu istedad şoularına qatılır.

Xəbər lenti
0