Mosfilmin embleminə çevrilmiş Fəhlə və kolxozçu abidəsi

Məşhur sovet aktyoru vəfat edib

298
(Yenilənib 11:39 05.01.2019)
Azərbaycan tamaşaçısı onu daha çox “Görüş yerini dəyişmək olmaz” filmindəki Promakaşka rolu ilə tanıyırdı

BAKI, 5 yanvar — Sputnik. Məşhur sovet və rus aktyoru İvan Bortnik vəfat edib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə onun dostu Vlad Malenko “Facebook”da yazıb.

“Mənim dostum, İvan Bortnik bizi tərk etdi”, - deyə Malenko yazıb. Aktyorun həyat yoldaşı Tatyana Borzıx onun ölümünə tromb səbəb ola biləcəyini bildirib.

  • İvan Bortnik “Görüş yerini dəyişmək olmaz” filmindəki Promakaşka obrazında
    İvan Bortnik “Görüş yerini dəyişmək olmaz” filmindəki Promakaşka obrazında

1 / 4

Bortnik daha çox teatr aktyoru kimi məşhur idi. O, 1967-ci ildən “Taqankadakı Teatr”da işləyib. Kinoda isə daha çox epizodik filmlərdə çəkilib. Buna baxmayaraq, onun obrazları tamaşaçıların yaddaşına həkk olunub. Azərbaycan tamaşaçısı onu daha çox “Görüş yerini dəyişmək olmaz” filmindəki Promakaşka rolu ilə tanıyırdı.

298