Turistlər

Milli parklarımıza 80 minə yaxın turist səfər edib

27
(Yenilənib 15:12 04.01.2019)
Ölkəmizdə 10 milli park fəaliyyət göstərir

BAKI, 4 yanvar — Sputnik. Azərbaycanın milli parklarına 2018-ci il ərzində ümumilikdə 79997 turist səfər edib ki, bunların 72519-u yerli, 7478-i isə xarici vətəndaş olub. Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, ölkəmizdə 10 milli park fəaliyyət göstərir. Milli parklara səfər etmək istəyənlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet saytının "xidmətlər" bölməsinə daxil olub istədikləri milli parka onlayn şəkildə və ya milli parkların giriş məntəqələrindən bilet əldə edə bilərlər.

27
Teqlər:
ziyarət, turist, milli park
Əlaqədar
Azərbaycanda turizmlə bağlı mühüm addım atıldı
Azərbaycanın iki kurortu MDB turistləri arasında daha məşhurdur
Türkiyədə Zevs mağarası turisti udub