Капельницы во время операции

Xalq artisti xəstəxanaya yerləşdirilib

210
(Yenilənib 11:30 25.12.2018)
Həkimlər bu gün səhhətindəki son vəziyyətlə bağlı məlumat verəcəklər

BAKI, 25 dekabr — Sputnik. Xalq artisti Ramiz Əzizbəyli səhhətində yaranan problemlə əlaqədar olaraq xəstəxanaya yerləşdirilib. Sputnik Azərbaycan-ın əməkdaşı Xalq artistinin səhəttindəki son durumu öyrənmək üçün kürəkəni Rüfət Qasımzadə ilə əlaqə saxlayıb.

Рамиз Азизбейли
Xalq artisti Ramiz Əzizbəyli

 

R.Qasımzadə aktyorun hazırda "Zəfəran Hospital"da malicə aldığını bildirib: "Hazırda palatadadır, yatır. Həkimlərin nəzarətindədir. Davamlı olaraq müalicə alır. Həkimlər bu gün səhhətindəki son vəziyyətlə bağlı məlumat verəcəklər".

"Mədəniyyət Nazirliyindən köməyin olub-olmaması haqda məlumatsızam. Bu haqda yalnız özü məlumat verə bilər" – deyə Ramiz Əzizbəylinin kürəkəni əlavə edib.

Xatırladaq ki, Xalq artisti beyinin işemik xəstəliyindən əziyyət çəkir.

210
Teqlər:
müalicə, xəstəxana, xalq artisti