YUNESKO-nun yeni baş direktoru Odre Azule

YUNESKO Azərbaycanın fəaliyyətinə dair 5 illik həsabat qəbul edib

35
Hökumətlərarası Komitəsinin 12-ci sessiyası dekabrın 14-ə qədər davam edəcək

BAKI, 14 dekabr — Sputnik. 2018-ci ilin 11-14 dekabr tarixində Paris şəhərində YUNESKO-nun Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyası keçirilir.

Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sessiyada Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, AR YUNESKO yanında Daimi Nümayəndəsi Anar Kərimov, eləcə də AR Mədəniyyət Nazirliyinin və YUNESKO yanında Daimi Nümayəndəliyinin digər əməkdaşları iştirak edir. 

Sessiyada YUNESKO-nun Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 20 oktyabr 2005-ci il tarixli Konvensiyası çərçivəsində Azərbaycanın son 5 illik fəaliyyətinə dair həsabat nəzərdən keçirilmişdir. Hesabat bütün kriteriyalara uyğun, eləcə də məlumat baxımdan dolğun və peşəkar hazırlandığını nəzərə alaraq, Hökumətlərarası Komitə tərəfindən təsdiqlənib.

Qeyd etmək lazımdır ki, hesabatda ölkədə mədəniyyət və yaradıcılıq sahəsində son illərdə görülən işlər, qəbul olunan sənədlər və təşviqedici fəaliyyət barədə məlumat öz əksini tapıb.

YUNESKO-nun Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyası dekabrın 14-ə qədər davam edəcək.

35
Teqlər:
hesabat, Azərbaycan, YUNESKO
Əlaqədar
Daha bir ölkə YUNESKO-nu tərk edir
YUNESKO-nun yeni baş direktoru məlum oldu
YUNESKO “Yallı” rəqsi ilə bağlı mühüm qərar qəbul etdi
YUNESKO-dan Şəkiyə böyük etimad
“Dədə Qorqud irsi” YUNESKO-nun xüsusi siyahısına daxil edilib
YUNESKO Azərbaycanın fəaliyyətinə dair 5 illik həsabat qəbul edib