Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Savalan" qrupunun yeni bədii rəhbəri bəlli oldu

© Sputnik / Murad Orujov"Savalan" qrupun üzvü Novruz Novruzlu
Savalan qrupun üzvü Novruz Novruzlu  - Sputnik Azərbaycan
Abunə olmaq
"El arasında belə bir deyim var: Adam var evdən gedər, adam var eldən gedər - Novruz eldən getdi"

BAKI, 4 dekabr — Sputnik. "Bir yerdəyik, fəaliyyətimizi davam etdiririk. Bu baxımdan heç bir problemimiz yoxdur. Bu dünya üçün dostluq etməmişik ki, ölümdən sonra da ayrılaq. Mövlanə deyərdi ki, "dünyamı dəyişdikdən sonra məni torpaqda yox, sevənlərin könlündə axtarın". Bizim də platformamız belədir".

Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında "Savalan" qrupunun üzvi Eyvaz Həşimov deyib. O bildirib ki, solisti və bədii rəhbəri Novruz Novruzlunun vəfatından sonra da "Savalan" qrupu öz fəaliyyətini davam etdirəcək.

"El arasında belə bir deyim var: Adam var evdən gedər, adam var eldən gedər. Novruz baba eldən gedən bir adam idi" – deyə qrup üzvi əlavə edib.

E.Həşimov qrupun növbəti planlarından da söz açıb: "Yanvarda Novruz babanın xatirəsinə həsr olunmuş gecə keçirməyi planlaşdırırıq. Bundan başqa Novruz babanın əziz xatirəsinə bir ifa həsr etmişik. Bu ifa "Dosta dost olan babam" adlanır. Bu gün biz onun yolunu getməklə, gördüyü işləri davam etdirməklə xatirəsini əbədiləşdiririk".

E.Həşimovun sözlərinı görə, hazırda qrupun yeni rəhbəri İffət Əsgərovdur.

Qeyd edək ki, bu ilin noyabrın 20-də "Savalan" qrupunun bədii rəhbəri və solisti, ilahi mahnıların mahir ifaçısı Novruz Novruzlu vəfat edib. O, ürək tutmasından dünyasını dəyişib.

Savalan qrupun üzvü Novruz Novruzlu  - Sputnik Azərbaycan
Azərbaycan mədəniyyətinə ağır itki üz verib

Xatırldaq ki, Novruz Novruzlu 1960-cı ildə Ordubad şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra İncəsənət Universitetinin musiqili-komediya aktyorluğu fakültəsinə daxil olub. İnstitutda oxuduğu illərdə bir çox müsabiqələrdə uğurlu çıxışları olub. "Ulduz" tamaşasında Zəfər, "Arşın mal alan"da Əsgər, "O olmasın, bu olsun" tamaşasında Sərvər rollarını ifa edib. Bir müddət "Şərq ansamblı"nda solist kimi fəaliyyət göstərib. İnstitutu bitirdikdən sonra Firudun Mehdiyevin səhnələşdirdiyi "O olmasın, bu olsun" tamaşasında Əsgər rolunu ifa edib.

Novruz Novruzlu, həmçinin Akademik Opera və Balet Teatrının solisti olub. Qarabağ hadisələri baş verdikdən sonra oxuya bilmədiyini vurğulayan N.Novruzlu daha ciddi işlərlə məşğul olmağı qərara alıb və beləliklə "Savalan" qrupu yaradılıb.

Xəbər lenti
0