Köçəri yallısı

YUNESKO “Yallı” rəqsi ilə bağlı mühüm qərar qəbul etdi

5745
(Yenilənib 13:16 28.11.2018)
Nominasiya sənədi Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyinin birgə əməkdaşlığı ilə təqdim edilib

BAKI, 28 noyabr - Sputnik. Noyabrın 26-dan dekabrın 1-dək Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində keçirilən YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında qəbul edilmiş qərarla “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Mədəniyyət və Xarici İşlər nazirliklərinin birgə yaydıqları bəyanatda bildirilib.

Vurğulanıb ki, nominasiya sənədi Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyinin birgə əməkdaşlığı ilə təqdim edilib. Namizədlik sənədinin məhz Naxçıvan adı ilə təqdim edilməsində əsas məqsəd ölkənin qədim və tarixi regionu olan Naxçıvanda yaşayan əhalinin ənənəvi mədəniyyətinə və xalq yaradıcılığına dünya miqyasında işıq salmaq və tanıtmaq, eyni zamanda bu ənənələri YUNESKO səviyyəsində qorumaqdır.

"Ermənistanın Azərbaycanın digər mədəni irs namizədləri ilə bağlı olduğu kimi, “Yallı (Köçəri, Tənzərə) Naxçıvanın ənənəvi qrup rəqsləri” nominasiyasına qarşı təxribat xarakterli cəhdlərinin qarşısı alınıb, Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanları tərəfindən sessiyadan öncə müvafiq iş aparılmış və ölkəmizin nümayəndə heyəti tərəfindən sessiya zamanı Ermənistan tərəfinə layiqli cavab verilib.

  • Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilib
    Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilib
    © XİN-nin mətbuat xidməti
  • Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilib
    Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilib
    © XİN-nin mətbuat xidməti
1 / 2
© XİN-nin mətbuat xidməti
Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilib

YUNESKO ilə əməkdaşlığın inkişafında və mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində müstəsna rolu olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın dəstəyi ilə “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” ilə yanaşı, hazırda kamança hazırlanması və ifaçılıq sənəti, dolma hazırlama və paylaşma ənənəsi, Azərbaycan muğam ifaçılığı, lavaş bişirmə və paylaşma ənənəsi, Lahıc misgərlik sənəti, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında, həmçinin Çovqan - ənənəvi Qarabağ atüstü oyunu isə UNESCO-nun təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında yer alır", - bəyanatda qeyd olunub.

5745
Teqlər:
Köçəri rəqsi, "Yallı", YUNESKO
Əlaqədar
İçərişəhər sakininin danışan və rəqs edən "rusdilli" tutuquşusu
"Kiminsə sevgilisi, saxladığı qadın deyiləm, gecələr rəqs edib çörək qazanıram"
Elm izah edə bilmir: “Qırmızı kabuslar” yenə rəqs etdilər
Ölümlə rəqs edənlər: Müəmmalı sağlamlıq üçün həyatlarını riskə atırlar
"Mən rəqs edəcəyəm"
Baloğlan Əşrəfov, arxiv şəkli

Əməkdar artist Baloğlan Əşrəfov koronavirusa yoluxub

3
(Yenilənib 14:22 22.04.2021)
Qaraciyər serrozundan əziyyət çəkən tanınmış müğənni bu diaqnozla 2007-ci ilin martın 8-də ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi.

 

BAKI, 22 aprel — Sputnik. Əməkdar artist Baloğlan Əşrəfov koronavirusa yoluxub. Sputnik Azərbaycan Lent.az-a istinadən xəbər verir ki, 69 yaşlı müğənni hazırda özünü yaxşı hiss etmədiyini bildirib: "On üç gündür beləyəm. Xəstəliyi ağır keçirirəm. Ev şəraitində müalicə olunuram. Özümü yaxşı hiss etmirəm. Təngnəfəs oluram. Çox danışa bilmirəm".

Qeyd edək ki, qaraciyər serrozundan əziyyət çəkən tanınmış müğənni bu diaqnozla 2007-ci ilin martın 8-də ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi. Sonra ona Türkiyədə qaraciyər köçürülmüşdü.

3
 Hakan Altun, arxiv şəkli

Türkiyəli müğənni reanimasiyaya yerləşdirildi

3
(Yenilənib 13:54 22.04.2021)
Televiziya proqramının çəkilişindən əvvəl onun vəziyyəti pisləşib. Daha çox Türkiyənin məşhur müğənnisi Sibel Canla duet ortağı olan Hakan Altunun beş gün reanimasiyada qalacağı bildirilib.

BAKI, 22 aprel — Sputnik. Türkiyəli məşhur müğənni Hakan Altun xəstəxanaya yerləşdirilib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, televiziya proqramının çəkilişindən əvvəl onun vəziyyəti pisləşib. Daha çox Türkiyənin məşhur müğənnisi Sibel Canla duet ortağı olan Hakan Altunun beş gün reanimasiyada qalacağı bildirilib.

Müğənni 2007-ci ildən onun beyin əməliyyatını aparan həkimin nəzarəti altındadır.

3
Teqlər:
Türkiyә, reanimasiya, müğənni
Hindistanda epidemioloji vəziyyət

Bu ölkə gündəlik COVID-19-a yoluxma sayına görə rekord vurdu

0
(Yenilənib 15:42 22.04.2021)
Halbuki bu ölkə peyvənd tətbiqinə görə bütün dünyada üçüncü yeri tutur və indiyə kimi 132 milyondan çox insan vaksinasiya olunub.

BAKI, 22 aprel — Sputnik. Hindistan Səhiyyə Nazirliyindən verilən məlumata görə, bu ölkədə son 24 saatda koronavirusa 314 min 835 yeni yoluxma halı qeydə alınıb. Beləliklə, Hindistan bu ilin yanvar ayında ABŞ-da qeydə alınan göstəricini keçərək dünyada antirekord vurub. Bu barədə Sputnik Azərbaycan Anadolu Agentliyinə istinadla məlumat yayıb. Son sutka ərzində Hindistanda COVID-19-dan ölənlərin sayı isə 2 min 104 nəfər olub. Nəticədə ümumilikdə bu ölkədə koronavirus qurbanlarının sayı 184 min 657-yə çatıb.

Türkiyədə epidemioloji vəziyyət
© AFP 2021 / ADEM ALTAN

Xəstəlikdən sağalanların sayı isə 13 milyon 454 min 880 nəfər olub. Hazırda 2 milyon 291 min 413 nəfərin müalicəsi davam edir.

Mütəxəssislərin sözlərinə görə, artıq xəstəxanalarda virusa yeni yoluxanları qəbul etməyə yer yoxdur və tezliklə ölkənin səhiyyə sistemi çökəcək.

Əhalisinin sayı 1,4 milyard nəfər olan ölkədə hazırda koronavirusa qarşı vaksinasiya prosesi davam edir. Səhiyyə Nazirliyi indiyə kimi 132 milyon 330 min 644 doza peyvənd tətbiq olunduğunu bildirib.

Peyvənd məlumatlarının əks olunduğu "Ourworldindata.org" internet saytınında yer alan məlumata görə, Hindistan ABŞ və Çindən sonra dünyada ən çox peyvənd tətbiq olunan 3-cü ölkədir.

 

0
Mövzu:
Yeni tip koronavirus pandemiyası