Ильхама Гасымова

Azərbaycanlı müğənni ABŞ-da xəstəxanaya düşdü

356
(Yenilənib 15:43 22.11.2018)
İlhamə Qasımova ABŞ-da kinoya çəkilir

BAKI, 22 noyabr — Sputnik. Hazırda ABŞ-da yaşayan məşhur Azərbaycan müğənnisi İlhamə Qasımova Amerika istehsalı olan filminin çəkilişlərinə dəvət alıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Ilhama (@ilhamaqas)

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə müğənni özünün Instagram hesabında məlumat yayıb. O, çəkilişdən bir fotoşəkil də paylaşıb. Şəkildə Qasımova xəstəxana palatasında əks olunub. O, yaxınlarını və dostlarını qorxutmamaq üçün bu kadrın filmin çəkilişi zamanı qeydə alındığını bildirib. Burada müğənni xəstə obrazındadır. O, palatada tibb bacısı qiyafəsində olan qaradərili biri ilə selfie çəkdirib.

"Çəkilişdəyəm, xəstə deyiləm. Sadəcə, gülməyi dayandırmasam, deyəsən, məni çəkilişdən qovacaqlar" - Qasımova yazıb.

Müğənni film, onun çəkilişləri və nə zaman nümayiş olunacağı barədə suallara cavab verməkdən imtina edib.

İlhamə Qasımova "Yeni ulduz" musiqi layihəsində iştirak edəndən və orada birinci yeri tutandan sonra məşhurlaşıb. Sonra müğənni uzun müddət xarici mütəxəssislərlə işləyib və hətta Almaniyada klip çəkdirib. Hazırda o, praktiki olaraq yaradıcılıq prosesindən ayrı düşüb. Müğənni hazırda öz həyat yoldaşı ilə birlikdə ABŞ-da yaşayır.

356