Miri Yusif

Miri Yusif pərəstişkarlarının göz yaşları selə döndü

99
(Yenilənib 20:06 15.11.2018)
Azərbaycanın əməkdar artisti Miri Yusif yaşlı nəslə həsr olunmuş lirik "Ata" kompozisiyasını təqdim edib.

BAKI, 15 noyabr — Sputnik. Azərbaycanın əməkdar artisti Miri Yusif yaşlı nəslə həsr olunmuş lirik "Ata" kompozisiyasını təqdim edib.

Bu barədə Sputnik Azərbaycan müğənninin Instagram sosial şəbəkəsindəki səhifəsinə istinadla xəbər verir. Yusif orada mahnının klipinin videoçarxını da yerləşdirib. Kompozisiyanın müəllifi müğənni özüdür.

Посмотреть эту публикацию в Instagram

Публикация от Miri Yusif (@miriyusif)

Yusifin bu mahnısını dinləyən pərəstişkarları göz yaşlarını saxlaya bilməyiblər. Onların hər biri bu ürəkləri sızladan ifaya görə müğənniyə təşəkkür edib.

Müğənni əmindir ki, bu mahnı onun repertuarında layiqli yer tutacaq.

Qeyd edək ki, Miri Yusif "Dəyirman" qrupunun sabiq solistidir. Uzun müddət Amerikada yaşayıb. Geri qayıdandan sonra solo karyeraya başlayıb və bu, ona layiq olduğu uğuru qazandırıb.

99
Teqlər:
təqdimat, mahnı, Instagram, müğənni, Miri Yusif
Əlaqədar
Müğənni İlahə Fəda: "Məni niyə həbs etmirlər?"
Müğənni ilk toy gecəsindən danışdı
Azərbaycanlı müğənni beynəlxalq müsabiqədə "uduzduğunu" toylardan qazanacaq
Xristian müğənni İslamı qəbul etdi: “Fəxr edirəm”
Dünya şöhrətli müğənni azərbaycanlı dizaynerin hazırladığı geyimi seçib