Шоу Валентина Юдашкина

Alla Puqaçova ölümcül xəstəliyə tutulub

364
(Yenilənib 19:48 12.11.2018)
O, çox arıqlayıb və üzündən xəstə olması sezilir

BAKI, 12 noyabr — Sputnik. Mediada Rusiya estradasının primadonnası Alla Puqaçovanın sağalmaz xəstəliyə tutulduğu yazılır.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, Alla Puqaçovada ikinci dərəcəli şəkərli diabet xəstəliyi aşkarlanıb. Müğənninin son zamanlar çəkilən şəkillərində də bunu görmək olar. O, çox arıqlayıb və üzündən xəstə olması sezilir.

Şəkərli diabet xəstəliyi artıq çəki, stress, qorxu və digər səbəblərdən yaranır. Müğənni dəfələrlə müsahibələrində deyib ki, o stressli həyat yaşayır. Eyni zamanda müğənnidə yüksək xolesterin aşkarlanıb. Bu səbədən o, koronar damarların genişləndirilməsi üsuluna əl atmalı olub.

İddia edilir ki, Puqaçova ölümcül xəstə olduğunu bildiyindən həyat yoldaşı Maksim Qalkinlə kilsədə də evlənmək qərarına gəlib. 

Onun xəstəliyini hamıdan gizlətməyə çalışdığı bildirilir.

364
Teqlər:
ürək-damar xəstəlikləri, diabet, Xəstəlik, Alla Puqaçova
Əlaqədar
Xristian müğənni İslamı qəbul etdi: “Fəxr edirəm”
Məşhur müğənni azərbaycanlı modelə gül dəstəsi göndərib
Azərbaycana oğru kimi gələn əfsanəvi müğənni xəstəxanaya düşdü
Müğənni ilk toy gecəsindən danışdı
Dünya şöhrətli müğənni azərbaycanlı dizaynerin hazırladığı geyimi seçib
Mədəniyyət naziri Anar Kərimovun  İstanbulda azərbaycanlı incəsənət xadimləri ilə görüşü

Anar Kərimov İstanbulda azərbaycanlı incəsənət xadimləri ilə görüşüb - FOTO

291
(Yenilənib 13:41 04.03.2021)
İstanbul şəhəri Maltepe Bələdiyyəsinin Türkan Saylan Mədəniyyət Mərkəzində mədəniyyət nazirinin Türkiyədə yaşayan və fəaliyyət göstərən bir qrup azərbaycanlı incəsənət xadimi ilə görüşü keçirilib.

BAKI, 4 mart — Sputnik. Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri İstanbulda davam edir.

Sputnik Azərbaycan xəbər verir ki, İstanbul şəhəri Maltepe Bələdiyyəsinin Türkan Saylan Mədəniyyət Mərkəzində mədəniyyət nazirinin Türkiyədə yaşayan və fəaliyyət göstərən bir qrup azərbaycanlı incəsənət xadimi ilə görüşü keçirilib.

Görüşə Xalq artisti, dirijor, İstanbul Konservatoriyasının müəllimi Ramiz Məlikaslanov, Xalq artisti, tanınmış balaban ifaçısı Əlixan Səmədov, Əməkdar incəsənət xadimi, rəssam, İstanbul Yeditəpə Universitetinin müəllimi Teymur Rzayev, Əməkdar incəsənət xadimi, aktrisa, İstanbul Şəhər Bələdiyyə Teatrının rejissoru Məlahət Abbasova, Əməkdar incəsənət xadimi, rəssam Rafiq Əziz, Əməkdar rəssam Yaşar Zeynalov və digər sənətçi soydaşlarımız qatılıb.

Görüşdə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva da iştirak ediblər.

Tədbirdə çıxış edən Anar Kərimov nazir kimi ilk səfərinin qardaş Türkiyəyə təşkil edilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Ölkələrimizin çoxtərəfli sıx əlaqələrinin mədəniyyət sahəsini də əhatə etdiyini vurğulayan nazir bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük imkanların olduğu bildirilib.

Səfər zamanı keçirilən görüşlərdə iki ölkə arasında birgə layihələrin həyata keçirilməsi, o cümlədən kino sahəsində əməkdaşlıq məsələlərinin gündəmə gəldiyini diqqətə çatdıran nazir bu mövzunun Türkiyənin kino sənayesi nümayəndələri ilə ətraflı müzakirə olunacağını deyib.

Görüş zamanı azərbaycanlı incəsənət xadimlərinin qardaş ölkədə yaradıcılıq və pedaqoji fəaliyyəti, Azərbaycan mədəniyyəti və incəsənətinin təbliği istiqamətində görülən işlər, Azərbaycanın Mədəniyyət Nazirliyinin də dəstəyi ilə reallaşa biləcək layihələr barədə fikir mübadiləsi aparılıb.

Nazir azərbaycanlı incəsənət xadimlərinin fikir və təkliflərini dinləyib, ortaya çıxan bəzi problemlər və onların həlli yolları barədə müzakirələr aparılıb.

Qeyd edək ki, martın 3-də Türkan Saylan Mədəniyyət Mərkəzində Azərbaycanın Xalq rəssamı Mikayıl Abdullayevin 100 illiyinə həsr olunmuş sərginin açılışı, böyük ədib Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyi münasibətilə "Mask-Kara" teatrı tərəfindən hazırlanmış "Kimdir müqəssir" tamaşasının premyerası da keçirilib.

Nazir Anar Kərimov və nümayəndə heyətinin üzvləri tədbirlərdə iştirak edib. Mədəniyyət Nazirliyi nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir.

https://www.facebook.com/mct.gov.az/posts/1113886482385746

291
Xudafərin körpüsü yaxınlığında Azərbaycan bayrağı, arxiv şəkli

"Qarabağ. İnsan. Qələbə" ssenari müsabiqəsinin növbəti turuna keçənlər bəlli oldu - Siyahı

11
(Yenilənib 11:49 04.03.2021)
Ssenarilər qiymətləndirilərkən peşəkarlıq səviyyəsi ilə yanaşı onun xarici tamaşaçının diqqətini çəkməsi amili əsas rol oynayıb.

 

BAKI, 4 mart — Sputnik. "Qarabağ. İnsan. Qələbə" ssenari müsabiqəsinin növbəti turuna keçən ssenarilərin siyahısı açıqlanıb.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının Qarabağ həqiqətlərini kinoda ifadəsi və dünya tamaşaçısına çatdırmaq məqsədi ilə elan etdiyi "Qarabağ. İnsan. Qələbə" ssenari müsabiqəsinin növbəti mərhələsinin iştirakçıları elan edilib.

Müsabiqəyə 40 iş təqdim edilib, 37 ssenari müsabiqəyə buraxılıb, 15 ssenari növbəti mərhələyə buraxılıb. Katiblikdən qeyd edilib ki, ssenarilər qiymətləndirilərkən peşəkarlıq səviyyəsi ilə yanaşı ssenarinin xarici tamaşaçının diqqətini çəkməsi amili əsas rol oynayıb. Çünki müsabiqə təşkilatçıları üçün Qarabağ həqiqətlərinin dünyaya çatdırılması əsas məqsəddir.

Müsabiqənin 5 müəlifdən ibarət "Qısa siyahı"sı 10 mart, müsabiqənin qalibləri 18 mart tarixində elan ediləcək. Qərar qəbul etmiş münsif üzvlərinin adları da həmin tarixdə açıqlanacaq.

"Qarabağ.İnsan.Qələbə" ssenari müsabiqəsinin növbəti turuna keçən ssenarilərin siyahısı, müəlliflərin soyadının əlifba sırası ilə göstərməklə təqdim edilir:

Abdullayev Elvin – Kapitan Fərhadın Odisseyası

Abramov Yefim, Leyla Bəyim – Qara qardələnlər

Ağayev Namiq – Müharibə qapımızı döyəndə

Dadaşov Nicat – Sahibin evi

Heydərova Ülviyyə – Qazax çölü

Hüseynova Türkan – Axırıncı palata

Haqverdiyev Vüqar – Xilaskar

İskəndərov Rövşən – Özgə ağrı

İsa Nihad – Tələ

Məmmədov Elcan – Söyüd ağacı

Rəsulzadə Çingiz – Daima birlikdə

Rzayev Elnur Paşa – Xəzər dalğası

Səfərov Hacı – Kaş

Səlimli Mirbala, Marina Malaşenka – Yaddaşın o tayı

Tarıverdiyeva Lalə – Qarabağ. 4 gün.

Azərbaycan Kinematoqrafçılar İttifaqı ssenari müsabiqəsində iştirak edən bütün müəlliflərə təşəkkürünü bildirir və onlara yaradıcılıq uğurları arzulayır.

11
BMT Baş Assambleyasının iclası, arxiv şəkli

Bayramovun məktubu BMT Baş Assambleyası Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb

0
(Yenilənib 15:07 04.03.2021)
Məktubda vurğulanıb ki, Azərbaycanın azad edilmiş ərazilərinin minalarla kütləvi şəkildə çirklənməsi bu ərazilərdə geniş bərpa və yenidənqurma işlərinin həyata keçirilməsinə ciddi maneələr yaradır.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 4 mart — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun bu ilin 22 fevral tarixində BMT-nin Baş katibi Antonio Quterreşə ünvanlandığı, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin mina və digər partlayıcı sursatlar ilə kütləvi çirklənməsindən irəli gələn ciddi təhlükə və Ermənistanın minalanmış ərazilər ilə bağlı müvafiq məlumatı verməkdən imtina etməsinə dair məktubu BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.

Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məktubda münaqişədən sonrakı dövrdə Azərbaycanın azad edilmiş ərazilərində mina və digər partlayıcı sursatların mövcudluğunun azərbaycanlı hərbiçilərin və mülki şəxslərin sağlamlığına ciddi təhlükə olduğu qeyd olunub. Bildirilib ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından sonrakı dövrdə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində mina partlayışı nəticəsində 9 mülki şəxs daxil olmaqla, 15 vətəndaş həyatını itirib və 8 mülki şəxs daxil olmaqla, 65 vətəndaş ciddi yaralanıb.

Məktubda vurğulanıb ki, Azərbaycanın azad edilmiş ərazilərinin minalarla kütləvi şəkildə çirklənməsi bu ərazilərdə geniş bərpa və yenidənqurma işlərinin həyata keçirilməsinə ciddi maneələr yaradır.

C.Bayramov BMT Baş katibinin diqqətinə çatdırıb ki, Ermənistan minalanmış ərazilər ilə bağlı dəqiq məlumatın verməkdən imtina etməklə beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini ciddi şəkildə pozur. Burada, həmçinin vurğulanıb ki, Ermənistan tərəfindən basdırılmış minaların insan həyatına son qoyması müharibə cinayətidir.

0
Teqlər:
Azərbaycan XİN, xarici işlər naziri, Ceyhun Bayramov