Akademik Milli Dram Teatrının kollektivi Balakən, Zaqatala və Qax rayonunda teatrsevərlərin qarşısında Vəsiyyət tamaşası ilə çıxış edib

"Vəsiyyət" bölgədə böyük marağa səbəb oldu

64
(Yenilənib 20:51 09.11.2018)
Tamaşa insanlar arasında var-dövlət hərisliyini, mənəvi eybəcərliyi kəskin tənqid edir, insanı mənəvi kamilliyə səsləyir

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 10 noyabr — Sputnik. Akademik Milli Dram Teatrının kollektivi Balakən, Zaqatala və Qax rayonunda teatrsevərlərin qarşısında "Vəsiyyət" tamaşası ilə çıxış edib. Yazıçı-dramaturq Hüseynbala Mirələmovun "Axirətdən gələn zəng" pyesi əsasında səhnələşdirilən ikihissəli qara komediyanın quruluşçu rejissoru xalq artisti Firudin Məhərrəmov, rejissoru Əlif Cahangirli, quruluşçu rəssamı xalq rəssamı, dövlət mükafatı laureatı Nazim Bəykişiyev, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

  • Akademik Milli Dram Teatrının kollektivi Balakən, Zaqatala və Qax rayonunda teatrsevərlərin qarşısında Vəsiyyət tamaşası ilə çıxış edib
    Akademik Milli Dram Teatrının kollektivi Balakən, Zaqatala və Qax rayonunda teatrsevərlərin qarşısında "Vəsiyyət" tamaşası ilə çıxış edib
    © Sputnik / Shahperi Abbasova

1 / 4
© Sputnik / Shahperi Abbasova
Akademik Milli Dram Teatrının kollektivi Balakən, Zaqatala və Qax rayonunda teatrsevərlərin qarşısında "Vəsiyyət" tamaşası ilə çıxış edib

Səhnə əsərində əməkdar artistlər - Abbas Qəhrəmanov (Dövran) və Münəvvər Əliyeva, aktrisa Ləman İmanova (Röya), əməkdar artist Mirzə Ağabəyli və aktyor Rövşən Kərimduxt (Bayram), əməkdar artistlər - Almaz Amanova (Zəhra) Sevinc Əliyeva (Ceyran), aktyorlar - Rüstəm Rüstəmov (Pirim), Elçin Əfəndi (Samir), əməkdar artist Kazım Həsənquliyev (Elman), İlahə Həsənova və Fəridə Şahbazova (Delisay) əməkdar artist Aslan Şirin və aktyor Ramin Şıxəliyev (Timur) çıxış edirlər.

Qeyd edək ki, tamaşa Dövran adlı zəngin şəxsin yaxınlarına vəsiyyəti əsasında qurulub. Tamaşa insanlar arasında var-dövlət hərisliyini, mənəvi eybəcərliyi kəskin tənqid edir, insanı mənəvi kamilliyə səsləyir.

64
Teqlər:
Akademik Milli Dram Teatrı, teatr, tamaşa
Əlaqədar
Yeni tamaşa gəlir
Nümayişi qadağan olunan tamaşa
ADGT teatrı Oyunlar zamanı 7 tamaşa nümayiş etdirəcək
SSRİ Xalq artistinin yubileyinə xüsusi tamaşa həsr ediləcək
Yeni tamaşa hamını təəccübləndirəcək