Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"On gün öncə teatrda olan aktrisanı bu gün son mənzilə yola saldıq"

Abunə olmaq
"Dedi ki, bir az xəstəyəm, amma bilsən də, bilməsən də bunun heç bir önəmi yoxdur"

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 9 noyabr — Sputnik. Xəbər verdiyimiz kimi bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında onkoloji xəstəlikdən dünyasını dəyişən Xalq artisti Amaliya Pənahova ilə vida mərasimi keçirilib. Sputnik Azərbaycan-a danışan Azərbaycan Dövlət Akademik Milli Dram teatrının rəhbəri Azərpaşa Nemətov Amaliya xanımla 10 gün əvvəl görüşdüyünü deyib:

"Amaliya xanım çox gözəl xanım, gözəl insan kimi yaddaşlarda qaldı. Onu həm də sakit olmayan bir insan kimi xatırlayacağam. O adi insan deyildi. Çünki hər zaman həmkarlarından fərqlənər, teatrla bağlı nəsə etməyə çalışardı".

"10 gün öncə elə bu ocaqda bir yerdə çay içdik, teatrı gəzdik, danışdıq. Yenə də teatrla bağlı təəssüratlarındna, görülən işlərdən danışırdı. Söz düşdü, xəstəliyindən də danışdı. Dedi ki, bir az xəstəyəm, amma bilsən də, bilməsən də bunun heç bir önəmi yoxdur. 10 gün öncə bu teatrda olan aktrisanı bu gün buradan son mənzilə yola salırıq".

 

Xəbər lenti
0