Hacı İsmayıl

"Bir insan qədər qürurlu möhkəm ola ki, xəstə olduğunu bildirməyə?!"

92
(Yenilənib 21:27 09.11.2018)
"O son günlərdə xəstəxanadan teatra, teatrdan da xəstəxanaya gedirdi"

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 9 noyabr — Sputnik. Xəbər verdiyimiz kimi bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında onkoloji xəstəlikdən dünyasını dəyişən Xalq artisti Amaliya Pənahova ilə vida mərasimi keçirilib. Sputnik Azərbaycan-ın xəbərinə görə vida mərasimində aktrisanın sənət yoldaşı, Xalq artisti Hacı İsmayıl onunla bağlı xoş təəssüratlarından danışıb:

"Bu gün əlində gül dəstəsi olan ağbirçəyin gözüyaşlı səhnəyə boylanması elə Amaliya Pənahovaya olan böyük sevginin bir nümunəsidir. Sevgi budur. Bu sevgi olduqca, sənət də yaşayacaq. Çünki bir aktyorun ömrünün uzunluğu onun rollarının uzunömürlülüyü ilə ölçülür. Amaliya xanımın rolları yaşayırsa, o da yaşayır".

"Bir insan nə qədər qürurlu və möhkəm ola ki, xəstə olduğunu bildirməyə?! O son günlərdə xəstəxanadan teatra, teatrdan da xəstəxanaya gedirdi. Onun ömrünün son günlərinin əsas marşrutu teatr xəstəxana arasında dəyişirdi" — deyə H.İsmayıl əlavə edib.

 

92
Birinci vitse-prezident Mehriban Əliyeva, arxiv şəkli

Mehriban Əliyeva Bəhram Bağırzadə ilə telefonla danışıb

17
Koronavirusa yoluxan və xüsusi rejimli xəstəxanaya yerləşdirilən Bəhram Bağırzadənin vəziyyəti bir müddət ağırlaşmışdı

BAKI, 12 iyul — Sputnik. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva COVID-19 xəstəliyindən müalicəsi davam edən Əməkdar artist Bəhram Bağırzadə ilə telefonla danışıb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Əməkdar artistə tezliklə sağalmağı arzulayan Mehriban Əliyeva ölkəmizdə COVID-19-la mübarizədə, xəstələrin müalicəsində Azərbaycan həkimlərinin, tibb işçilərinin fədakar əməyini xüsusilə qeyd edib.

Bəhram Bağırzadə onun müalicəsi üçün göstərilən dəstək və səylərə görə Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib. Tezliklə sağalacağına inandığını deyən Bəhram Bağırzadə hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyini hiss etdiyini qeyd edib.

Xatırladaq ki, koronavirusa yoluxan və xüsusi rejimli xəstəxanaya yerləşdirilən Bəhram Bağırzadənin vəziyyəti bir müddət ağırlaşmışdı. Aparılan intensiv müalicə nəticəsində Əməkdar artistin səhhətində artıq müsbət dinamika və stabilləşmə qeydə alınıb.

17
Əlaqədar
Bəhram Bağırzadə komadan ayıldı
Bəhram Bağırzadədən xəbər var - bugünkü rentgen müayinəsi ümidvericidir
Bəhram Bağırzadə barədə xoş xəbər: Artıq aktiv hərəkətlər edir
Rusiyalı baş infeksionist: "Azərbaycan azacıq bizim səhvimizi təkrarladı" - MÜSAHİBƏ
Xalq artisti Nəzakət Teymurova, arxiv şəkli

Səhnəmizin Leylisi koronavirusa yoluxub, vəziyyəti ağırdır

324
(Yenilənib 14:59 12.07.2020)
"Nəzakət Teymurovanın vəziyyəti çox ağırdır. Hazırda xəstəxanaya yerləşdirilib. Amma necə olursa-olsun, onun virusa qalib gələcəyinə əminəm"

BAKI, 12 iyul — Sputnik. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Azərbaycan Respublikasının Xalq artisti, Prezident mükafatçısı Nəzakət Teymurova koronavirusa yoluxub.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Hacı Nuran sosial şəbəkədə yazıb.

"Onun koronavirusa yoluxduğunu eşidəndə qulaqlarıma inanmadım. Axı Nəzakət Teymurova çox ehtiyatlı idi. Amma nə edəsən ki, reallıq öz sözünü deyir və bizim medianın da gözündən heç nə yayınmır. Nəzakət Teymurovanın vəziyyəti çox ağırdır. Hazırda xəstəxanaya yerləşdirilib. Amma necə olursa-olsun, onun virusa qalib gələcəyinə əminəm. Çünki bir qarabağlı qızı koronaya elə-belə təslim ola bilməz. Azərbaycan muğam sənətinin bənzərsiz səsi olan, səhnəmizin Leylisinin bu gün tamaşaçılarının, doğmalarının, dostlarının dualarına ehtiyacı var. Allah səni sevdiklərin üçün qorusun, gözəl insan", - deyə Hacı Nuran qeyd edib.

324
Atışma, arxiv şəkli

Müdafiə Nazirliyi: Ermənistan KİV-i dezinformasiya yayır

0
(Yenilənib 18:38 13.07.2020)
Erməni tərəfinin yaydığı fotonun üzərində onun 2018-ci ilin 12 dekabr tarixində çəkildiyi qeyd olunub

BAKI, 13 iyul – Sputnik. Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı Ermənistan kütləvi informasiya vasitələrində (KİV) düşmən ölkənin hərbi bölmələrinin guya Tovuz rayonunun Ağdam kəndi istiqamətində yerləşən Qaraqaya yüksəkliyini ələ keçirtməsi barədə yayılan məlumata münasibət bildirib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, V.Dərgahlı deyib ki, yayılan məlumatlar yanlışdır və ictimai fikri çaşdırmaq məqsədi daşıyır: "Dezinformasiya ilə birlikdə yayılan fotonun üzərində onun 2018-ci ilin 12 dekabr tarixində çəkildiyi qeyd olunub. Təkcə bu fakt məlumatın yanlış olduğunu sübut edir. Bir daha xalqımızdan, o cümlədən kütləvi informasiya vasitələrindən və sosial şəbəkə istifadəçilərindən ancaq Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etmələrini xahiş edirik".

0