Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Nargilə", "Xurşudbanu", "Nərmin"lə vidalaşıldı

© Sputnik / Murad OrujovВ Баку проходит церемония прощания с народной артисткой Амалией Панаховой
В Баку проходит церемония прощания с народной артисткой Амалией Панаховой - Sputnik Azərbaycan
Abunə olmaq
Nazir: "Bu gün teatrın böyük ad və simasını yola salırıq"

BAKI, 9 noyabr — Sputnik. "Amaliya Pənahovanın ölüm xəbəri ötən gün bütün cəmiyyəti həyəcanlandırdı. Onun səhnəmiz, teatrımız üçün əvəzsiz xidməti var. Bu gün teatrın böyük ad və simasını yola salırıq". Sputnik Azərbaycan xəbər verir ki, bu gün Xalq artisti Amaliya Pənahova ilə vida mərasimində çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev belə deyib.

"O, sənətə İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" pyesi əsasında səhnələşdirilən tamaşada oynadığı Nargilə obrazı ilə addım atmışdı. Bundan sonrakı 28 ilini də sənətə həsr etdi" — deyə nazir bildirib.

© Sputnik / Murad OrujovXalq artisti Amaliya Pənahova ilə vida mərasimi
В Баку проходит церемония прощания с народной артисткой Амалией Панаховой - Sputnik Azərbaycan
Xalq artisti Amaliya Pənahova ilə vida mərasimi

Nazir xatırladıb ki, A.Pənahova yaratdığı obrazlara görə BMT və bir sıra xarici ölkələrin mükafatlarına, fəxri adlarına layiq görülüb: "Ötən gün bu acı xəbərin yayılmasından dərhal sonra ölkə başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva vida mərasiminin yüksək səviyyədə təşkili üçün göstərişlərini verib və başsağlıqlarını çatdırıblar".

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının rəhbəri Azərpaşa Nemətov da A.Pənahova ilə bağlı xatirələrindən danışıb: "Onu bu səhnəyə qazandıran rejissor Tofiq Kazımov olub. 10 gün öncə bu teatrda birgə gəzmişdik. Deyirdim ki, "bura sənin öz evindir". Yeni premyeralardan danışdıq. O, hər zaman xatirimizdə gözəl qalacaq".

© Sputnik / Murad OrujovXalq artisti Amaliya Pənahova ilə vida mərasimi
В Баку проходит церемония прощания с народной артисткой Амалией Панаховой - Sputnik Azərbaycan
Xalq artisti Amaliya Pənahova ilə vida mərasimi

Daha sonra  Xalq artisti Nurəddin Mehdixanlı həmkarının sənətə qazandırdığı əvəzsiz obrazlardan söz açıb: "Bu gün bəziləri öz Nargiləsi, kimiləri isə Xurşudbanusu ilə vidalaşır. Mən də bu gün Nərminimlə vidalaşıram. Mənim səhnədə ilk tərəf müqabilim Amaliya Pənahova olub".

Və beləliklə, Xalq artisti Amaliya Pənahova ilə vida mərasimi başa çatıb.

Xatırladaq ki, A.Pənahova dünən səhər saatlarında dünyasını dəyişib. O, son iki ildə ağciyər xərçəngindən əziyyət çəkirmiş

Amaliya Əliş qızı Pənahova 1945-ci ildə Gəncə şəhərində anadan olub. Azərbaycanın teatr və kino aktrisası, televiziya rejissoru kimi çalışıb. Azərbaycanın xalq artisti, Azərbaycan SSR Dövlət Mükafatı laureatı olub. 1964-cü ildən teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb. Sevilən rolları sırasında Tomris, Natəvan, Medeya, Burla Xatun, Larisa, Ofeliya, Linzanı qeyd etmək olar.

© Sputnik / Murad OrujovXalq artisti Amaliya Pənahova ilə vida mərasimi
В Баку проходит церемония прощания с народной артисткой Амалией Панаховой - Sputnik Azərbaycan
Xalq artisti Amaliya Pənahova ilə vida mərasimi

O, 1982-ci ildə ilin aktrisası elan edilib, 1998-ci ildə isə türk dünyasının birinci kino festivalında adı türk dünyasının altı populyar aktyoru sırasında qeyd olunub.

Aktrisa, həmçinin bacarıqlı rejissor kimi də özünü sınayıb. 43 illik sənət fəaliyyəti dövründə 12 tele və teatr tamaşasına quruluş verib ki, bunların çoxu lentə alınıb, hazırda televiziyanın "Qızıl fond"unda saxlanılır. Onlardan İ.Əfəndiyevin "Mənim günahım", M.Muradın "Təkan", M.Qurbanovun "Sənsiz", O.Altunbayın "Tomris", A.Məmmədovun "Dəli Domrul" və s. xüsusi qeyd etmək olar.

1992-ci ildə Bakı Bələdiyyə Teatrını (BBT) yaradıb və ömrünün sonunadək bu teatra bədii rəhbərlik və direktorluq edib.

© Sputnik / Murad OrujovXalq artisti Amaliya Pənahova ilə vida mərasimi
В Баку проходит церемония прощания с народной артисткой Амалией Панаховой - Sputnik Azərbaycan
Xalq artisti Amaliya Pənahova ilə vida mərasimi

A.Pənahova 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, MM-in sosial-siyasət daimi komissiyasının üzvü, MDB Parlamentlərarası Mədəniyyət, İnformasiya, Turizm, İdman daimi Komissiyasının sədri, İtaliya-Azərbaycan parlamentlərarası işçi qrupunun sədri olub.

Xəbər lenti
0