Amaliya Pənahova ilə vida mərasimi

Amaliya Pənahova ilə vida mərasimi keçirilir

44
(Yenilənib 15:04 09.11.2018)
Mərasim Xalq artistinin səsləndirdiyi "Gecikmiş məhəbbət" şeiri ilə başlayıb

BAKI, 9 noyabr — Sputnik. Hazırda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, ötən gün dünyasını dəyişən Xalq artisti Amaliya Pənahova ilə vida mərasimi keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, vida mərasiminə mədəniyyət naziri Əbülfəz Qarayev, mərhumun yaxınları, ailə üzvləri, sənət yoldaşları qatılıblar.

İştirakçılar arasında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının rəhbəri Azərpaş Nemətov, Bakı Bələdiyyə Teatrının aktyorları Hüsniyyə Mürvətova, Tural Baxış, tanınmış aparıcı Hacı Nuran və digər sənət adamları var.

Vida mərasimi Amaliya Pənahovanın səsləndirdiyi "Gecikmiş məhəbbət" şeiri ilə başlayıb. Daha sonra Xalq artistinin müxtəlif ifaları təqdim olunub.

44
Teqlər:
vida mərasimi, xalq artisti, Amaliya Pənahova
Əlaqədar
Amaliya Pənahovanın hansı şəraitdə və nədən dünyasını dəyişdiyi məlum oldu
Amaliya Pənahovanın ölümündən sonra üzə çıxan faktlar həmkarlarını da heyrətə salıb
Xalq artisti Amaliya Pənahova vəfat edib