Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Xalq artistinin xərçəngin hansı növündən əziyyət çəkdiyi məlum olub

© AxsamАмалия Панахова
Амалия Панахова - Sputnik Azərbaycan
Abunə olmaq
Aktrisa ağciyər xərçəngindən əziyyət çəkirmiş.

BAKI, 8 noyabr — Sputnik. Bu gün ölüm xəbəri yayılan Xalq artisti Amaliya Pənahovanın onkoloji xəstə olduğu məlum olub. Sputnik Azərbaycan Milli Onkologiya Mərkəzinin baş həkimi, baş onkoloq Azad Kərimovla əlaqə saxlayaraq aktrisanın məhz hansı onkoloji xəstəlikdən əziyyət çəkdiyini dəqiqləşdirməyə çalışıb.

Lakin aktrisanın qızının icazəsi olmadığı üçün baş onkoloq bu haqda məlumat verə bilməyəcəyini deyib. Aktrisanın digər həmkarları da bu məlumatı verə bilməyəcəklərini deyiblər.

Amaliya Pənahova - Sputnik Azərbaycan
HADİSƏ
Xalq artisti Amaliya Pənahova vəfat edib

Bu haqda məlumatı isə yalnız Bakı Bələdiyyə Teatrının aktyoru Elxan Rzadan ala bildik. O, aktrisanın ağciyər xərçəngindən əziyyət çəkdiyini deyib.

Qeyd edək ki, Amaliya Əliş qızı Pənahova bu gün səhər saatlarında dünyasını dəyişib. O, 1945-ci ildə Gəncə şəhərində anadan olub. Azərbaycanın teatr və kino aktrisası, televiziya rejissoru kimi çalışıb. Azərbaycanın xalq artisti, Azərbaycan SSR Dövlət Mükafatı laureatı olub. 1964-cü ildən bu günədək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb. Sevilən rolları sırasında Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linzanı qeyd etmək olar.

1982-ci ildə ilin aktrisası elan edilib, 1998-ci ildə isə türk dünyasının birinci kino festivalında adı türk dünyasının altı populyar aktyoru sırasında qeyd olunub.

Amaliya Pənahova və Hüsniyyə Mürvətova - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Amaliya Pənahovanın ölümündən sonra üzə çıxan faktlar həmkarlarını da heyrətə salıb

Aktrisa, həmçinin bacarıqlı rejissor kimi də özünü sınayıb. 43 illik sənət fəaliyyəti dövründə 12 tele və teatr tamaşasına quruluş verib ki, bunların çoxu lentə alınıb, hazırda televiziyanın "Qızıl fond"unda saxlanılır. Onlardan İ.Əfəndiyevin "Mənim günahım", M.Muradın "Təkan", M.Qurbanovun "Sənsiz", O.Altunbayın "Tomris", A.Məmmədovun "Dəli Domrul" və s. xüsusi qeyd etmək olar.

1992-ci ildə Bakı Bələdiyyə Teatrını (BBT) yaradıb və ömrünün sonunadək bu teatra bədii rəhbərlik və direktorluq edib.

A.Pənahova 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, MM-in sosial-siyasət daimi komissiyasının üzvü, MDB Parlamentlərarası Mədəniyyət, İnformasiya, Turizm, İdman daimi Komissiyasının sədri, İtaliya-Azərbaycan parlamentlərarası işçi qrupunun sədri olub.

Xəbər lenti
0