Abuzər Manafzadə

Azərbaycanlı gənc möhtəşəm ilkə imza atıb

245
(Yenilənib 13:38 08.11.2018)
O, əsərini Azərbaycan Respublikasının 100 illiyinə ithaf edib

BAKI, 8 noyabr — Sputnik. Dünyada ilk dəfə azərbaycanlı pianoçu, bəstəkar, dirijor, beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadə tərəfindən Balaban və Simfonik Orkestr üçün hazırlanmış konsertin dünya premyerası keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, tədbir 4 noyabr 2018-ci il tarixində ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərində gerçekləşib. Konsert Azərbaycan əsilli amerikalı dirijor Fərhad Xudiyevin rəhbərliyində və Monterey Gənclik Balaban və Simfonik Orkestrinin ifasında baş tutub.

Balaban ifaçısı, beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Nicat Məsimov
© Abuzər Manafzadə tərəfindən təqdim olunub
Balaban ifaçısı, beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Nicat Məsimov

Milli zərb alətlərində Azərbaycanın Xalq artisti Natiq Şirinov, pianoda isə əsərin müəllifi Abuzər Manafzadə ifa edib. Əsər amerikalı dinləyicilər tərəfindən ayaq üstdə alqışlanıb. Balaban və Simfonik Orkestr üçün konsertin dünya premyerası səbəbindən Monterey şəhərinin küçələri Azərbaycan bayraqları ilə bəzənib.

Bütün biletlerin günlər öncəsindən bitdiyi, yüzlərlə insanın isə biletlər bitdiyi üçün zala girə bilmədiyi bu konsert, eyni zamanda dünya səhnələrində çox nadir görülən bir olaya da səbəb olub — 3 hissəli əsərin daha 1-ci hissəsinin sonunda dinləyicilər əsəri və solistləri ayaq üstdə alqışlayıblar.

Balaban və Simfonik Orkestr üçün bəstələnmiş Konsertin afişası
© Afişa
Balaban və Simfonik Orkestr üçün bəstələnmiş Konsertin afişası

Abuzər Manafzadə 2013-cü ildə bəstələdiyi Balaban və Simfonik Orkestr üçün yazılmış ilk konsert olan bu əsərini Azərbaycan Respublikasının 100 illiyinə ithaf etdiyini və musiqi tariximizdə bir ilkə imza atdığı üçün çox həyəcanlı olduğunu bildirib. Sənət həyatına pianoçu, bəstəkar və dirijor olaraq davam edən gənc musiqiçi, hal-hazırda dünyanın ən məşhur musiqi təhsil ocaqlarından olan Vyana Musiqi və Səhnə Sənətləri Universitetində dirijorluq təhsili alan ilk azərbaycanlı olmaqla yanaşı, eyni zamanda Linz şəhərində Anton Bruckner Universitetində piano üzrə magistratura təhsilinə davam etməkdədir.

245
Teqlər:
piano, musiqi, Azərbaycan
Əlaqədar
Bakı metrosunda canlı musiqi
Azərbaycan caz musiqisi gecəsində gənc ifaçılar məharətlərini göstəriblər
Populyar meyxananın müəllifləri məşhur idmançıya musiqi həsr etdilər