Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Ölkəmizdə çəkilən filmlər qonşu ölkələrdə çəkilən filmlərlə ayaqlaşa bilmir"

© © Foto H.Əhədov tərəfindən təqdim olunubHafiz Əhədov
Hafiz Əhədov - Sputnik Azərbaycan
Abunə olmaq
"Məzmunu boş, mənasız və lazımsız filmlərin çəkilişinin daşını atıb, ciddi şəkildə kino və animasiya sənətlərinə fəal dəstək olmalıyıq"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 3 noyabr — Sputnik. Ecazkar təbiəti, tarixi abidələri, zəngin mətbəxi ilə yanaşı həm də dahi sənətkarları ilə məşhurdur Şəki. Nə xoş ki, Azərbaycan ədəbiyyatı, incəsənəti üçün Mirzə Fətəli Axundovu, Rasim Ocaqovu, Sabit Rəhmanı, Şəfiqə Axundova kimi dahiləri bəxş edən bu torpaq bu gün də istedadlı insanlar bəxş edir. Elə müsahibimiz Hafiz Əhədov kimi…

Hafiz Əhədov Şəkidə anadan olub. "Şəkinski" təxəllüsünü götürən müsahibimiz uzun müddət xarici ölkələrdə yaşayıb. Gənclərin xarici ölkələrə axın etdiyi bir dövrdə Şəkinski Şəkiyə üz tutub: "Görkəmli rejissorumuz Rasim Ocaqovun "Həm ziyarət, həm ticarət" filminin qəhrəmanı Mustafa müəllimin məşhur sitatını xatırlayırsız? Şəkidə belə bir şayiə gəzir ki, Mustafa müəllim Şəkini tərk edib, İstanbulda yaşayacaq. Mustafa müəllim də öz şagirdlərinə deyir ki, "mən Şəkini heç yerə dəyişmərəm, İstanbul olmayıb, hara istəyir olsun". Uzun illər Şəkidən uzaqlarda yaşasam da, sonda öz ölkəmə qayıtdım".

© © Foto H.Əhədov tərəfindən təqdim olunubÇəkiliş meydançasında
Ölkəmizdə çəkilən filmlər qonşu ölkələrdə çəkilən filmlərlə ayaqlaşa bilmir - Sputnik Azərbaycan
Çəkiliş meydançasında

Uzun müddət Ukraynada yaşayan həmyerlimiz ölkəmizin mədəniyyətini orada təmsil edib. O, təhsil alıb vətənlərinə dönməyən gənclərimizə də çağırış edib: "Avropa, Amerika son dövr gənclərimizin qibləgahına çevrilib sanki. Təhsil alırlar və əlbəttə ki, bu sevindirici haldır, ancaq bir məsələ var ki, aldıqları təhsili burada işlədə biləcəklərinə inamları yoxdur. Çünki mədəniyyət deyilən bir faktor var ki, o, eyni vəziyyətdə qala bilməz və onun inkişafına dəstək olmalıdır".

Həyatı incəsənətlə keçən həmsöhbətimiz əsgərlik vaxtı da bu sənətlə məşğul olub: "Əsgərliyim Dalni Vostokda (Uzaq Şərq) keçib. Mənə böyük bir zal verdilər. Dedilər ansambl yarat. Ansambl yaratdım. Bu, komandirlərin həyat yoldaşlarına da xoş oldu. Onlar da ansambla qoşuldular, hətta solist kimi çıxış etdilər. Ansamblımız artıq qonşu hərbi hissələrə də qastrol edirdi. Demək olar ki, əsgərlikdə olmadım. Vaxt elə tez keçdi ki, bir də eşitdim, artıq vaxtdır, mən tərxis olunmalıyam".

© © Foto H.Əhədov tərəfindən təqdim olunubHafiz Əhədovun fotoları
Ölkəmizdə çəkilən filmlər qonşu ölkələrdə çəkilən filmlərlə ayaqlaşa bilmir - Sputnik Azərbaycan
Hafiz Əhədovun fotoları

Qəhrəmanımız öz həmyerlilərinə dövrün ən gəlirli sənəti hesab edilən, Azərbaycanda isə barmaqla sayılacaq qədər az olan animator sənətini öyrədib: "Şəkidə 2011-ci ildən 4D animasiya ilə ciddi şəkildə məşğul olmağa başladım. Sonra bu sənətə marağı olan gənclərlə işlədim. Deyilənə görə, Şəkidə Rasim Ocaqovun adına animasiya mərkəzi yaradılacaq. Düşünürəm ki, mərkəz gənclərin inkişafı üçün xeyirli və bu sahədə incəsənətimizə böyük töhfələr verə bilər".

Bu gün Azərbaycanda animator sənəti ilə yanaşı kino rəssamına da böyük ehtiyac var. Müsahibimiz bu peşənin də inkişafının labüd olduğunu vurğuladı: "Animasiya filmləri ilə yüksək gəlir əldə etmək olar. Çox istedadlı rəssamlarımız var, akademiyanı bitirir, amma həmin sahədə işləyə bilmirlər və buranı tərk edirlər. Çünki onların yerlərini qeyri profillər tutur, bu gün kino rəssamları da olduqca azdır. Əfsuslar olsun ki, Mayis Ağabəyovun, Rafiq Nəsirovun, Rafiz İsmayılovun davamçıları, demək olar ki, yoxdur. Kino rəssamı ən azı rejissorun istədiyini və operatorun görə biləcəyini bilməlidir".

"Ölkəmizdə cizgi film mütəxəssisi də, demək olar ki, yoxdur. Artıq XXI əsrdir. Gənclərimiz bu sənətə də yiyələnməlidirlər, onları animasiyanın nə qədər vacib olduğunu başa salmaq lazımdır. Sadəcə personajların qrafik modelləşməsi müasir dövrün ekran tələbatına cavab verməlidir. Milli miniatür plastikasından istifadə edilsə və ya ona uyğun olsa, əla olar. Axı nə vaxta qədər bizim uşaqlarımız xarici ölkələrin cizgi filmlərinə baxacaq?" — deyə Şəkinski əlavə etdi.

H.Əhədov hesab edir ki, mədəniyyət sahəsinin insanları həmrəy olmalıdırlar: "Təəssüf ki, dostlarımız təhsil ocaqlarını bitirib bir-birilərindən xəbərləri olmadan sənətdən uzaqlaşırlar. Sənətkarlar kino və animasiya elmini texniki səviyyədə ciddi inkişaf etdirsələr, çox böyük işlər ərsəyə gətirə bilərlər. Ancaq görünən odur ki, tələbələrimiz ancaq pul dalınca qaçırlar. Belə olan təqdirdə, bizdə nəinki animator, heç bir sənət inkişaf etməz. Bu sənət elədir ki, hər bir halda mükafatsız qalmır, film hazır şəkildə ekrana çıxana qədər səbir və vaxt tələb edir".

© © Foto H.Əhədov tərəfindən təqdim olunubHafiz Əhədov
Ölkəmizdə çəkilən filmlər qonşu ölkələrdə çəkilən filmlərlə ayaqlaşa bilmir - Sputnik Azərbaycan
Hafiz Əhədov

Şəkinski Mədəniyyət və İncəsənət Universitetində təhsil alan tələbələrimizdən gileyləndi: "Təəssüflə qeyd edim ki, təhsil alan əksər tələbələrin sənətə meyli yoxdur. Ekran sənətinə həqiqətən can qoyan canlı əfsanələr teoretik və professional qaydada, peşənin təhlilini tələbələrə anladanda onlar öz yerlərində olmadıqlarını anlayırlar. Sənətkarlara qarşı edilən bu saymazlıq böyük faciədir. Tələbələr onların qiymətini, dəyərini anlamalıdırlar. Kino yaradıcıları şəcərəsinə daxil olduğum üçün kino və televiziya kafedrasında çalışan sevimli ustadlarıma, mənə verdikləri kinooperator rütbəsinə görə minnətdaram".

Hafiz Əhədov son dövrlərdə çəkilən filmlərimizdən də danışdı. O hesab edir ki, son illər ölkəmizdə çəkilən filmlər dünyada, eləcə də qonşu ölkələrdə çəkilən filmlərlə ayaqlaşa bilmir: "Ölkədə film istehsalı sahəsi inkişaf edir, ancaq heç birimiz bundan bəhrələnə bilmirik. Kino istehsalatında öz ustalarımıza üstünlük verilməlidir. Məzmunu boş, mənasız və lazımsız filmlərin çəkilişinin daşını atıb, ciddi şəkildə kino və animasiya sənətlərinə fəal dəstək olmalıyıq. Bundan həm dövlətimiz qazanar, həm də sənət işçiləri".

Xəbər lenti
0