Лейла Эфендиева

"Yeni istedadları üzə çıxardıq"

22
(Yenilənib 13:07 31.10.2018)
Leyla Əfəndiyeva: "İştirakçılarımız Azərbaycandan kənarda ölkəmizi təmsil etməyə qadirdirlər"

BAKI, 31 oktyabr — Sputnik. "Bakı Caz Festivalı 15 gün davam etdi. Biz festivalın bu cür anşlaqla keçəcəyini gözləmirdik".

Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva deyib. O bildirib ki, iştirakçıların hamısını ulduz sayılmasa da, onlar tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıblar.

"Bizim məqsədimiz bu festivala daha çox insanı cəlb etmək idi və buna nail olduq. Festivalımız yeni istedadları üzə çıxardı. Arıq bizim iştirakçılarımız Azərbaycandan kənarda ölkəmizi təmsil etməyə qadirdirlər" - L.Əfəndiyeva vurğulayıb.

22
Teqlər:
Leyla Əfəndiyeva, iştirakçı, Bakı Caz Festivalı
Əlaqədar
Cəmi 39 il ömür sürən caz əfsanəsi
Azərbaycan caz musiqisi gecəsində gənc ifaçılar məharətlərini göstəriblər
Qalyano və Həsənov sübut etdilər ki, caz sərhəd tanımır
Antalya, arxiv şəkli

Ulduzlarımız karantində Bakıdan Türkiyəyə qaçırlar

717
(Yenilənib 15:54 09.07.2020)
Müğənnilər Tunar Rəhmanoğlu, Səbinə Selcan və prodüser Tarix Əliyev yay mövsümünün qonşu ölkədə keçirilməsi fürsətini fövtə vermədilər

BAKI, 9 iyul  - Sputnik, Kəmalə Əliyeva. Sən demə, Azərbaycanın Xalq artisti Miri Yusif karantin rejimində  Bakıdan qaçıb xüsusi reyslə Türkiyəyə istirahətə yollanaraq sosial şəbəkə istifadəçiləri tərəfindən sərt tənqidlərə məruz qalan tək məşhur deyilmiş.

Sputnik Azərbaycan-ın araşdırmasına görə, Miri Yusifin ardınca Bakı-İstanbul-Bakı xüsusi reysindən istifadə edərək, qonşu ölkəyə daha bir neçə azərbaycanlı ulduz uçub.

Azərbaycanda iyulun sonuna kimi sərt karantin rejimi hökm sürəcək. Bu müddətdə çimərliklər və istirahət zonaları qapalı olacaq. Yerli məşhurlar bu vəziyyəti fürsətə çevirərək yayın qalan hissəsini səmərəli keçirmək üçün Türkiyəyə qaçıblar.

Ulduzlar istirahət zamanı çəkilmiş şəkillərini həvəslə "Instagram"-da paylaşaraq sərt karantinin qaydalarına uymaq məcburiyyətində qalan imkansız təbəqənin həsəd və hiddətinə səbəb olurlar.

Belə ki, Türkiyədə məşhur olan müğənni Günelin ifaçı qardaşı Tunar Rəhmanoğlu öz doğum gününü ailəsi ilə birlikdə qardaş ölkədə qeyd etmək qərarına gəlib.

Onun ardınca məşhur qalmaqallı prodüser Tarix (Tolik) Əliyev Bakıdan köçüb. Dediyinə görə, yarım ilə yaxındır ki, koronavirusa görə heç yerə gedə bilməyib.

"Hava limanında həmişə sıxlıq olur, bu dəfə isə hər yer boş idi. Bütün bunlar koronavirusa görədir. Ümid edək ki, tezliklə hər şey dəyişəcək", - Əliyev qeyd edib.

Müğənni Səbinə Selcan da Türkiyəyə istirahətə yola düşüb. O, artıq evdə otura bilməyəcəyini etiraf edib, buna görə vəziyyəti dəyişdirməyə qərar verib.

View this post on Instagram

A post shared by SabinaSelcan (@sabinaselcan) on

"Əgər harasa uçmaq imkanı varsa, bundan istifadə etmək lazımdır. Allaha şükür ki, İstanbula uçuşlar açıldı. Oradan Türkiyənin digər şəhərlərinə də gedəcəyəm", - deyə müğənni bildirib.

İyun ayından başlayaraq qarşılıqlı razılıq əsasında "Azərbaycan Hava Yolları" və "Türkiyə Hava Yolları" şirkətləri həftədə dörd dəfə müntəzəm olaraq Bakı-İstanbul-Bakı xüsusi reyslərini təşkil edirlər.

Nazirlər Kabinetinin qərarı ilə 20 iyul saat 06:00-dək Bakı, Sumqayıt, Lənkəran, Mingəçevir, Yevlax, Cəlilabad, Gəncə, Masallı, Abşeron, Goranboy, Göygöl, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonlarında ciddi karantin rejimi fəaliyyət göstərəcək. Qeyd olunan şəhər və rayonlarda bütün iş, xidmət və ticarət sahələrində fəaliyyət, həmçinin ictimai nəqliyyat və avtomobillərin hərəkəti dayandırılıb. Göstərilən şəhər və rayonlarda fəaliyyətinin davam etdirilməsinə icazə verilən sahələrdə çalışan şəxslərin və nəqliyyatın hərəkətinə icaze.e-gov.az.portalında müvafiq icazə alındıqdan sonra yol verilir.

717
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
Azərbaycanlı müğənni ukraynalı opera müğənnisinə klip çəkib
Santa-Barbarada olmuşam! Tanınmış azərbaycanlı müğənnidən fərqli paylaşım
Məşhur bakılı: "Koronavirus mənə də çatıb" - VİDEO
Hamının kefi qalxacaq! Dilarə Kazımova yay hitini təqdim edib
Nadir səs tembrinə sahib olan azərbaycanlı müğənni imicini kökündən dəyişib
Müğənni Bəxtiyar Əliyev, arxiv şəkli

Müğənni Bəxtiyarın keçmiş həyat yoldaşı onun koronavirusa yoluxduğuna inanmır

163
(Yenilənib 15:45 09.07.2020)
Azərbaycan əsilli məşhur rusiyalı müğənni Bahh Tee-nin keçmiş həyat yoldaşı Fərqanə Həsənova deyib ki, sabiq ərinin koronavirusa yoluxduğuna inanmır

 

BAKI, 9 iyul – Sputnik, Kəmalə Əliyeva. Azərbaycan əsilli məşhur rusiyalı müğənni Bahh Tee-nin (Bəxtiyar Əliyev) keçmiş həyat yoldaşı Fərqanə Həsənova sabiq ərinin koronavirusa yoluxduğuna inanmır. Bahh Tee isə bir həftəyə koronavirusdan sağaldığını iddia edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu günlərdə müğənni sosial şəbəkə hesabından izləyicilərinə COVID-19 virusuna yoluxduğunu və evdə müalicə aldığını bildirib.

Bahh Tee hazırda xəstəxanada olan atasını və dostunu da yoluxdurduğunu etiraf edib. O, həmçinin onunla ticarət mərkəzində və digər yerlərdə görüşən, selfilər çəkən pərəstişkarlarını, dostlarını da virusa yoluxduğu barədə xəbərdar edib.

Bir həftədən sonra Bahh Tee analiz verdiyini və nəticələrin neqativ çıxdığını, təhlükəli infeksiyadan tamamilə sağaldığını bəyan edib.

Bəxtiyar Əliyevin paylaşımının skrinşotu

Bahh Tee tez bir zamanda sağalmasını "Instagram" səhifəsinin izləyicilərinə sevinclə xəbər verib.

Bununla yanaşı, müğənninin keçmiş həyat yoldaşı sosial şəbəkə izləyicilərinə sabiq ərinin virusa yoluxduğuna inanmadığını bildirib.

"Suallarla üstümə hücum edirlər. Bu, mənim işim deyil. Mən bununla maraqlanmıram. Əgər doğrudursa, Allah qorusun. Mən ona yalnız cansağlığı arzu edə bilərəm. Amma mən onun yoluxduğuna inanmıram”, - deyə Həsənova bildirib.

Bəxtiyar Əliyev və Fərqanə Həsənova 2016-cı ildə evləniblər, 2019-cu ilin oktyabr ayında isə ayrılıblar. Boşanmanın səbəbi, Həsənovanın sözlərinə görə, populyar müğənninin ona xəyanət etməsi olub.

163
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Hamının kefi qalxacaq! Dilarə Kazımova yay hitini təqdim edib
Azərbaycanlı müğənni ukraynalı opera müğənnisinə klip çəkib
Santa-Barbarada olmuşam! Tanınmış azərbaycanlı müğənnidən fərqli paylaşım
XİN-də həbs edilənlərdən biri məşhur müğənnimizin atası imiş - FOTO
Canet Cekson azərbaycanlı müğənniyə təşəkkür edib: Mahnımı gözəl oxuyursan
Dərslərini etdən məktəbli, arxiv şəkli

Sizin əlinizdədir! Uşaqların riyazi bacarıqları valideynlərin davranışından asılıdır

0
(Yenilənib 00:35 10.07.2020)
Alimlər uşaqların hansı şəraitdə yaşadığını və valideynləri ilə münasibətlərinin necə olduğunu araşdırıb və bu infomasiyaları riyazi testlərin nəticələri ilə uyğunlaşdırıb.

BAKI, 9 iyul — Sputnik. Böyük Britaniyanın Uels universitetinin nümayəndələri uşaqların elmə, eyni zamanda riyazi elmlər üzrə bacarıqlarını artırma yollarını müəyyən edib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, araşdırmaya 1991-ci il aprelin 1-dən 1992-ci il dekabrın 21-nə qədər doğulan uşaqlar cəlb edilib.

Müəyyən edilib ki, öyrənmə bacarığına ailə vəziyyəti birbaşa təsir edir.

Alimlər uşaqların hansı şəraitdə yaşadığını və valideynləri ilə münasibətlərinin necə olduğunu araşdırıb və bu informasiyaları riyazi testlərin nəticələri ilə uyğunlaşdırıblar.

Araşdırma müəllifləri müəyyən ediblər ki, uşaqları ilə harmoniya ilə işləməyi bacaran valideynlərin uşaqları böyük nailiyyətlər əldə edə bilirlər. Buna validyenlərin təhsil səviyyəsi də təsir edir.

Daha əvvəl isə alimlər ətirli çubuqların daha effektiv təhsil almağa təsir etdiyini açıqlamışdı. Müəyyən edilmişdi ki, məşğələ zamanı məkanın qızılgül ətirli olması uşaqlara daha çox motivasiya verir.

0