Qusar rayonu ərazisində arxeoloji qazıntılar

Qusar indi-indi kəşf olunur: Ortaya ciddi faktlar çıxıb

12037
(Yenilənib 09:50 23.10.2018)
Proses qədim qəbiristanlıqlarda deyil, tarixi yaşayış yerlərində də həyata keçiriləcək

Leyla Abdullayeva-Sputnik Azərbaycan

BAKI, 23 oktyabr — Sputnik. Azərbaycanın, demək olar ki, bütün bölgələrində zamanla arxeoloji qazıntılar aparılıb və müxtəlif tapıntılara rast gəlinib. Şimal bölgəsində isə, bu sahəyə, nədənsə az diqqət ayrılıb. Məsələn, Qusar rayonunda 70-ci illərdən bu yana geniş şəkildə heç bir arxeoloji qazıntılar aparılmayıb.

Qusar rayonu ərazisində arxeoloji qazıntılar
© Sputnik / Leyla Abdullayeva
Qusar rayonu ərazisində arxeoloji qazıntılar

Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı mütəxəssisi, arxeoloq alim Qəhrəman Ağayev bildirib ki, Qusar rayonu ərazisində davamlı olaraq arxeoloji qazıntılar aparılacaq.

"Bildiyimiz kimi, ölkəmizdə bir çox millətlər yaşayır və hər tərəfdən müxtəlif dövlətlərlə həmsərhədik. Zamanla qonşu ölkələr onlarla həmsərhəd olan ərazilərimizi öz adlarına çıxmağa çalışıblar. Arxeoloji qazıntıları aparmaqda məqsədimiz torpaqlarımızın tarixini və qədimliyini bir daha hər kəsə sübut edə bilməkdir" – deyə alim vurğulayıb.

Q.Ağayev Qusarın dağlıq Zindan Muruq kəndinin ərazisində tədqiqatlar aparıb və proses artıq başa çatdırılıb. Qusar-Şahdağ yolunun 25-28-ci km-ində yerləşən Yuxarı Ləyər ərazisində yerləşən nekropolda arxeoloji qazıntılar zamanı 2 qəbir açılıb: "Tədqiqat qrupumuz tərəfindən hər bir qəbir 2 metrə qədər qazıldı. Birinci qəbirdən keramika qırıqları, ikincidən isə insan sümükləri aşkar edildi. Tapılan insan sümüklərinə və keramika qablarına keçirilən baxış zamanı onların hansı dövrlərə aid olduqları məlum oldu".

Qusar rayonu ərazisində arxeoloji qazıntılar
© Sputnik / Leyla Abdullayeva
Qusar rayonu ərazisində arxeoloji qazıntılar

"Keramika qırıqları tapılan qəbir orta əsrlər dövrünə, insan sümükləri tapılan qəbir isə son tunc — ilk dəmir dövrünə aid olduğu və eramızdan əvvəl 1-ci minilliyin sonu, 2-ci minilliyin əvvəlinə gedib çıxdığı məlum oldu. Birinci qəbirdən tapılan insan sümüyünün 4-7 yaş arası uşağa aid olması aşkarlandı" – həmsöhbətimiz bildirib.

Qəhrəman müəllimin sözlərinə görə, əraziyə baxış zamanı müəyyən edilib ki, bu nekropolun 1/3 hissəsi məşhur Şahdağ Turizm Kompleksinə gedən yolun üstündə yerləşir. Aparılan yol genişlənməsi və kommunikasiya işləri zamanı nekropol dağıdılıb.

Arxeoloq onu da qeyd edib ki, Qusarda arxeoloji qazıntılar qarşıdakı illərdə də davam etdiriləcək: "Qazıntı-tədqiqat işləri təkcə qədim qəbiristanlıqlarda — nekropollarda deyil, tarixi yaşayış yerlərində də aparılacaq. Çünki tədqiqatlarımız sübut etdi ki, Qusarın çox qədim tarixi var və bu keçmiş indiyəcən lazımınca öyrənilməyib".

12037
Teqlər:
təhqiqat, Qəhrəman Ağayev, Qusar rayonu, arxeoloji qazıntı, qəbir, tapıntı, Azərbaycan
Əlaqədar
Qəbələdəki arxeoloji kəşflər tariximizin öyrənilməsinə ciddi təsir edəcək
Azərbaycanda arxeoloqlar növbəti “ilk”ə imza atdı
Arxeoloqların Qobustanda sensasiyalı tapıntısı
Bu arxeoloji tapıntı alimləri qorxuya saldı
Azərbaycanda arxeoloqları heyrətləndirən qəbir aşkarlanıb
Qəbirdən tapılan skelet arxeoloqları şoka salıb
Sinan Akçil

Sinan Akçıldan daha bir dəstək - "Daim yaşa, Azərbaycan" adlı mahnı bəstələyib

86
Sinan Akçıl və Səidə Quliyevanın "Daim yaşa, Azərbaycan" klipi artıq "Youtube" şəbəkəsində ön sıralardadır.

BAKI, 24 oktyabr — Sputnik. Ermənistan silahlı qüvvələri sentyabrın 27-də təxribata əl atdıqdan sonra Azərbaycanın dinc yaşayış məntəqələrini atəşə tutmağa davam edir. Sputnik Azərbaycan xəbər verir ki, son günlər davam edən müharibəyə qardaş Türkiyənin məşhur sənət adamları da dəstək veriblər.

Müğənni-bəstəkar Sinan Akçıl Qarbağda baş verən hadisələrdən təsirlənərək "Daim yaşa, Azərbaycan" adlı mahnı bəstələyib. Məşhur həmin mahnını azərbaycanlı müğənni Səidə Quliyeva ilə birlikdə oxuyub. Sinan Akçıl və Səidə Quliyevanın "Daim yaşa, Azərbaycan" klipi artıq "Youtube"da ön sıralardadır.

Qeyd edək ki, Sinan Akçıl Qarabağla və Gəncədə baş vermiş terror hadisəsi ilə bağlı dəfələrlə paylaşımlar edib.

86
İbrahim Tatlısəs, arxiv şəkli

İbrahim Tatlısəsdən kövrək addım: "Ölənədək yanındayıq, AZƏRBAYCAN!"

26
(Yenilənib 16:50 23.10.2020)
Müğənni özünün "Instagram" səhifəsində Azərbaycana dəstək ifadə edən "İki millət, bir dövlət! Türk milləti olaraq ölənədək yanındayıq, AZƏRBAYCAN!" adlı video paylaşıb.

BAKI, 23 oktyabr — Sputnik. Ermənistan silahlı qüvvələri sentyabrın 27-də təxribata əl atdıqdan sonra Azərbaycanın dinc yaşayış məntəqələrini atəşə tutmağa davam edir. Sputnik Azərbaycan xəbər verir ki, son günlər davam edən müharibəyə qardaş Türkiyənin məşhur sənət adamları da dəstək veriblər.

Посмотреть эту публикацию в Instagram

İki Millet TEK Devlet TÜRK Milleti Olarak Ölümüne Yanındayız AZERBAYCAN !

Публикация от İBRAHİM TATLISES (@ibrahimtatlises)

Bu dəfə türk musiqisinin imperatoru İbrahim Tatlısəs Azərbaycana dəstəyini nümayiş etdirib. Belə ki, Türkiyənin məşhur müğənnisi özünün "Instagram" səhifəsində Azərbaycana dəstək ifadə edən "İki millət, bir dövlət! Türk milləti olaraq ölənədək yanındayıq, AZƏRBAYCAN!" adlı video paylaşıb.

26
Здание министерства обороны Азербайджанской Республики

Azərbaycan Ordusu atəşkəs rejiminə tam riayət edir - MN

0
Oktyabrın 26-da saat 08.00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri növbəti dəfə əldə olunmuş razılaşmanı kobud surətdə pozub.

BAKI, 26 oktyabr - Sputnik. Azərbaycan Ordusunun bölmələri 26 oktyabr saat 08.00-dan qüvvəyə minmiş humanitar atəşkəs rejiminə bütün cəbhə boyu tam riayət edir.

Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Oktyabrın 26-da saat 08.00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri növbəti dəfə əldə olunmuş razılaşmanı kobud surətdə pozub.

Xatırladaq ki, ABŞ Dövlət Departamentinin dünən yaydığı məlumata əsasən, Dağlıq Qarabağda humanitar atəşkəs oktyabrın 26-da Bakı vaxtı ilə saat 08:00-da başlamalı idi.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə