Astaralı rəssam Firudin Quliyev

Müqəddəs kitabın surələrinə dair onlarla əsər çəkmiş rəssam

14319
(Yenilənib 16:53 20.10.2018)
"Dünyada İslam dininə aid mövzuda şəkillər çəkilib, amma "Quran"ın 114 surəsinin hər birinə aid bir tablonu hələ heç bir rəssam çəkməyib"

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 20 oktyabr — Sputnik. "Uşaqlıqdan rəssamlıqla məşğul olmuşam. Atam arxitektor olub, bu sənətə sevgi də mənə atamdan keçib" – deyə uzun illərdir rəssamlıq edən Astara şəhər sakini Firudin Quliyev Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətə başlayır.

Dediyinə görə, ilk dəfə 7 yaşında olarkən Koroğlunun şəklini çəkməklə rəssamlığa başlayıb. Daha sonra isə təbiət mənzərələri çəkib: "Sonra elə oldu ki, Əzim Əzimzadə adına rəssamlıq məktəbinə daxil oldum. Oranı bitirəndən sonra Sankt-Peterburqda təhsilimi davam etdirdim. İndi 71 yaşım var, 60 ilə yaxındır ki, rəssamlıq sənətinin vurğunuyam və bu sənətlə məşğulam".

F.Quliyev Avropa mədəniyyəti məktəbini bitirmiş olsa da Təbriz rəssamlıq məktəbinin vurğunudur: "Akademik-klassik sənəti öyrənmişəm. Lakin Təbriz məktəbinin, Sultan Məhəmmədin vurğunuyam, onlardan ilham almışam. Ona görə də dini mövzulara keçmişəm. Əsərlərimdə heç vaxt Avropa mədəniyyətinin rənglərindən istifadə etməmişəm. Ancaq Sultan Məhəmmədin çəkdiyi miniatürlərdə olan rənglərdən, bizim qədim Şərq mədəniyyətinin rənglərindən istifadə edirəm. Sultan Məhəmmədin yaratdığı "Məhəmməd peyğəmbərin meracı" əsərinin bütün texniki işləri Təbrizdə görülüb. İndi də o əsərə tam qiymət verə bilmirlər ki, Sultan Məhəmməd onu necə çəkib".

  • Astaralı rəssam Firudin Quliyevin rəsm əsərləri
    Astaralı rəssam Firudin Quliyevin rəsm əsərləri
    © Sputnik / Rahim Muradov
  • Astaralı rəssam Firudin Quliyevin rəsm əsərləri
    Astaralı rəssam Firudin Quliyevin rəsm əsərləri
    © Sputnik / Musa Muradli
  • Astaralı rəssam Firudin Quliyevin rəsm əsərləri
    Astaralı rəssam Firudin Quliyevin rəsm əsərləri
    © Sputnik / Rahim Muradov
  • Astaralı rəssam Firudin Quliyevin rəsm əsərləri
    Astaralı rəssam Firudin Quliyevin rəsm əsərləri
    © Sputnik / Rahim Muradov
  • Astaralı rəssam Firudin Quliyevin rəsm əsərləri
    Astaralı rəssam Firudin Quliyevin rəsm əsərləri
    © Sputnik / Rahim Muradov
  • Astaralı rəssam Firudin Quliyevin rəsm əsərləri
    Astaralı rəssam Firudin Quliyevin rəsm əsərləri
    © Sputnik / Rahim Muradov
  • Astaralı rəssam Firudin Quliyevin rəsm əsərləri
    Astaralı rəssam Firudin Quliyevin rəsm əsərləri
    © Sputnik / Rahim Muradov
  • Astaralı rəssam Firudin Quliyevin rəsm əsərləri
    Astaralı rəssam Firudin Quliyevin rəsm əsərləri
    © Sputnik / Rahim Muradov
  • Astaralı rəssam Firudin Quliyevin rəsm əsərləri
    Astaralı rəssam Firudin Quliyevin rəsm əsərləri
    © Sputnik / Rahim Muradov
  • Astaralı rəssam Firudin Quliyevin rəsm əsərləri
    Astaralı rəssam Firudin Quliyevin rəsm əsərləri
    © Sputnik / Rahim Muradov
  • Astaralı rəssam Firudin Quliyevin rəsm əsərləri
    Astaralı rəssam Firudin Quliyevin rəsm əsərləri
    © Sputnik / Rahim Muradov
  • Astaralı rəssam Firudin Quliyevin rəsm əsərləri
    Astaralı rəssam Firudin Quliyevin rəsm əsərləri
    © Sputnik / Rahim Muradov
  • Astaralı rəssam Firudin Quliyevin rəsm əsərləri
    Astaralı rəssam Firudin Quliyevin rəsm əsərləri
    © Sputnik / Rahim Muradov
  • Astaralı rəssam Firudin Quliyevin rəsm əsərləri
    Astaralı rəssam Firudin Quliyevin rəsm əsərləri
    © Sputnik / Rahim Muradov
  • Astaralı rəssam Firudin Quliyevin rəsm əsərləri
    Astaralı rəssam Firudin Quliyevin rəsm əsərləri
    © Sputnik / Rahim Muradov
1 / 15
© Sputnik / Rahim Muradov
Astaralı rəssam Firudin Quliyevin rəsm əsərləri

Qocaman rəssam öz əsərlərində, əsasən, portret mövzusuna çox yer ayırıb: "Sifariş götürüb, peyzajlar da çəkmişəm. Cənub bölgəsini — Masallı, Lənkəran və Astaranın, Talış dağlarını çəkmişəm. Çəkdiyim əsərlər arasında natürmort və illüstrasiya da var. O vaxt ulu öndər Heydər Əliyev Cənub bölgəsinə səfər edəndə portretini çəkmişdim. Heydər Əliyev özü portretə baxıb məni yanına çağırtdırmışdı. Ulu öndər mənə dedi ki, "mənim portretimi çox adam çəkib, amma təkcə sən xarakterimi düzgün veribsən".

Rəssam sovetlər dönəmində qadağan olunduğu üçün dini mövzulara çox az müraciət edib: "Xarici ölkələrdə səfərdə olduğum zaman muzeylərdə Xristian dinini əks etdirən rəsm əsərlərinin üstünlük təşkil etdiyini görürdüm. Amma müsəlman aləmində müsəlmanlar dini mövzuda çox az rəsmlər çəkiblər. Mənim də dini mövzularda çəkmək istəyim ürəyimdə qalırdı. Müstəqillik əldə etdikdən sonra qərara aldım ki, dini mövzularda əsərlər yaradım. "Qurani-Kərim"də 114 surə var, hər birinə aid bir tablo yaratmağı düşündüm".

© Sputnik / Rahim Zakiroğlu / Leyla Orucova
Astaralı rəssam “Quran”ın hər surəsinə aid tablo çəkməyi öhdəsinə götürüb

Müsahibimiz deyib ki, dünyada İslam dininə aid mövzuda əsərlər çəkilsə də, "Qurani-Kərim"in 114 surəsini indiyədək hələ heç bir rəssam çəkməyib: "Ona görə də bu işi öz üzərimə götürdüm. 20 ildən yuxarıdır ki, "Quran"ın surələrini çəkirəm, 60-a yaxın əsər hazırdır, bəziləri eskiz formasındadır".

Rəssam iş prosesi haqqında da danışıb: "Quran"ın surələrini bir-bir oxuyuram, sonra onu fikrimdə canlandırıram, balaca kağızda oxuduğumun eskizini çəkirəm. Bu prosesi bir neçə dəfə təkrar edirəm. Eskiz hazır olandan sonra isə kətan üzərində tabloya köçürürəm. Hazırda Adəm peyğəmbərlə Həvvanın Cənnətdən qovulması səhnəsi üzərində işləyirəm. Bu əsərin adı "Cənnətdən qovulma"dır. Tək "Quran"dan deyil, "Tövrat"dan da, "İncil"dən də istifadə edirəm".

"İşlədiyim hər bir dini mövzuda Təbriz miniatür məktəbindən ilhamlanıram. Əsasən də Nizami Gəncəvinin "Xəmsə"sinə çəkilən miniatürlərə baxıram, onlardan ilhamlanıram. O miniatürlərdə istifadə olunmuş rənglər, mövzulardan bəhrələnir, öz təxəyyülümdə onu başqa cür yeniləyib, başqa bir formada işləyirəm" – deyə həmsöhbətimz bildirib.

Qəribədir ki, qocaman rəssam rəsm çəkməklə yanaşı, istifadə etdiyi kətanı və rəngləri də özü hazırlayır: "Kətan elədir ki, əsrlərlə qalsa xarab olmur. Mağazadan kətanı hazır almıram. Kətan materialı alıram, özüm qrunt edirəm, hazırlayıb rəngləyirəm. Əvvəllər Rusiyanın istehsal etdiyi təbii rənglərdən istifadə etsəm də, indi satılan rənglərdən isə işlətmirəm. Təbii rənglərdən istifadə etmək lazımdır ki, tablolar uzun müddət xarab olmadan kətanın üzərində yaxşı qalsın".

"Rəsm əsərləriniz arasında sifarişlə çəkdiyiniz rəsmlər üstünlük təşkil edir, yoxsa öz təxəyyülünüzün məhsulu olanlar?" sualımıza isə rəssamın cavabı belə olur: "Ustad Şəhriyara sual verirlər ki, "Yazdığınız şerlərin yarısı yaxşısı, yarısı pisdir. Bu nədən irəli gəlir?" Ustad isə deyir ki, "pisləri özüm yazmışam, yaxşılar isə mənə göndərilib". Rəssamlıq da sənətdir, sifariş edilən şəkilləri istədiyimiz kimi yarada bilmirik. Amma öz ürəyimizdən, daxilimizdən gələn mövzularda əsərlərimiz daha yaxşı olur. Oz təxəyyülümün məhsulu olan əsərimi sifarişlə verilən şəkillərdən daha üstün tuturam".

"Rəssamlıq elədir ki, boş vaxtım olanda şəkil çəkməsəm, xəstələnirəm. Xəstələndiyim vaxtlarda da şəkil çəkirəm ki sağalım. Şəkil çəkmək ürəyimə, daxilimə elə girib ki, şəkil çəkməyəndə qala bilmirəm. İndiyə qədər yaratdığım rəsm əsərlərinin içərisində sevdiyim əsər azdır. Ən sevdiyim əsərlərdən biri Heydər Əliyevin portretidir ki, ona da özü qiymət verib. O biriləri də "Quran" surələrinə çəkdiyim tablolardı. Bu əsərləri məndən almaq istəyiblər, amma satmamışam" – deyə aramla danışıb müsahibimiz. 

Dediyinə görə, Peterburqda təşkil olunmuş sərgidə iki əsərini almaq istəyiblər. Amma satmayıb: "Mənə dedilər ki, bu əsərləri alırıq, amma satmadım. Azərbaycanın nə qədər incəsənət nümunələri, xalçaları, rəsm əsərləri indi Avropa muzeylərindədir. İstəsək də, geri ala bilmirik. Niyə bizim sənət əsərlərimiz xaricə getməlidir, öz vətənimizdə qalmamalıdır? Demirəm ki, çəkdiyim əsərlər çox güclüdür, sadəcə satmaq istəmirəm".

Rəssam həyatı boyu İstanbulda yerləşən Aya Sofya məbədinin rəsmini çəkməyi arzu edib və nəhayət ki, həmin arzusuna çatıb: "Mənə hey deyirdilər ki, "Fotosunu qoy qarşına, çək, niyə bir belə yolu gedirsən?" Amma mən oranı canlı görüb çəkmək istəyirdim. Bu yaxınlarda İstanbulda səfərdə oldum və arzuma çatdım. Ancaq Aya Sofyanın şəklini orada hədiyyə etdim, evə gətirmədim".

Qeyd edək ki, F.Quliyevin çəkdiyi "Quran surələri" əsərləri hazırda Astara rayonunun Mərkəzi Qalereyasında sərgilənir. Rəssam bir neçə ildir ki, sözügedən qalereyada rəssamlıq kursu da təşkil edib, 40-a yaxın tələbəsi var. O, həm özünün, həm də tələbələrinin çəkdiyi rəsmləri 10-dan çox ölkəyə göndərir. Xarici ölkələrdə təşkil edilən rəsm sərgilərinə dəvətlər alırlar.

14319
Film çəkilişi, arxiv şəkli

"Onlara pul lazım deyil, bacarıqlı rejissor filmi üçün maliyyə tapacaq"

999
(Yenilənib 21:45 08.08.2020)
Əgər dövlətin maliyyəsinin bundan sonra da xərclənməsində ədalət, şəffaflıq olmayacaqsa, kinoya böyük pullar ayırmağın mənası yoxdur.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 8 avqust — Sputnik. "Ay camaat, bu kino ki, var, çox qəliz məsələdir. Həm qəlizdir, həm də ki, vacib". Personajlarının hər kəlməsi xalq dilində zərb-məsələ çevrilmiş "Bəyin oğurlanması" filmindən kolxoz sədri Hidayət müəllimin fikridir. Kino, doğrudan da qəliz və vacib məsələdir. Ölkənin dünya arenasında tanınmasında kino əvəzsiz vasitədir.

Venesiya beynəlxalq film festivalının keçirildiyi məkanın yanında qızıl şir heykəli, arxiv şəkli
© Sputnik / Екатерина Чеснокова

Tənqidçi və kinoşünas Sevda Sultanova Sputnik Azərbaycan-la söhbətində son illər Azərbaycan kinosunda yaranan boşluqlardan danışıb.

- Ötən əsrin 60-70-ci illəri və qismən də 80-ci illər Azərbaycan kinosunun intibah dövrü olub. Lakin sonralar, məlum səbəblərdən, digər sahələr kimi, kino sahəsi də tənəzzülə uğradı. Sonralar digər sahələr inkişaf etsə də kino sahəsi yerində sayır, sizcə, bunun səbəbləri nədir?

- Azərbaycan kinosunda bir neçə dəfə qırılma nöqtəsi baş verib. Birinci qırılma nöqtəsi 1930-cu illərin repressiyaları ilə bağlıdır. Yəni senzura gücləndi, kino sektoruna nəzarət gücləndi, həbslər başladı, qeyri-millətdən olan kadrlara üstünlük verildi. Ümumiyyətlə, kino sənəti ölkəmizə gəldiyi ilk illərdə ən yaxşı filmləri azərbaycanlılar çəkiblər, nəinki ruslar və ya ermənilər. Digər millətlərin çəkdikləri filmlərdə xeyli təhrif vardı ki, bu barədə Cəfər Cabbarlı "Hara gedir Azərkino" məqaləsində yazıb. Yerli rejissorlarımız isə mühiti, coğrafiyanı, mentallığı, yerli mədəniyyəti, əhvalatları bilirdilər, üstəlik, istedadlı çəkirdilər.

Qeyd etdiyiniz 60-70-ci illərdə də intibahı milli rejissorlarımız yaratdılar. Mənə görə, Azərbaycan kinosu ikinci intibah dövrünü məhz sovetlərin dağılması ərəfəsində yaşadı. Bu, 1980-ci illərin sonundan 1990-cı illərin ortalarınadək davam etdi. "Azərbaycan postsovet dövrü kinosunun müxtəsər tarixi" adlı araşdırmamda bu haqda ətraflı yazmışam. Sonrakı illərdə kinoya ayrılan büdcənin monopoliyaya alınması, keyfiyyətsiz idarəetmə sistemi bu sahədə növbəti qırılma nöqtəsinə səbəb oldu. Daha bir məqamı deyim: əslində bunun özü böyük araşdırma mövzusudur. Yaradıcılığının ilk illərində yüksək peşəkarlıq göstərən rejissorların sonrakı işlərində zəif nəticələr göstərməsi maraqlıdır. Misalçün, Hüseyn Seyidzadənin "Yenilməz batalyon" filmində əldə etdiyi nəticə digər filmlərində nəzərə çarpmadı. Səbəbləri çox ola bilər. Məsələn, Seyidzadə çox sıxışdırılırdı, bu da onun yaradıcı potensialına təsir etməyə bilməzdi. Dediyim kimi, araşdırılmalı mövzudur.

- Ümumiyyətlə, necə düşünürsünüz, kinomuzun bu duruma düşməsinin günahkarı kimlərdir?

- Bayaq dediyim kimi, başlıca problem doğru olmayan idarəçilik sistemindədir. Amma italyan neorealizmi çətin şərtlərdə yaranmışdı. Görünür, burada yaradıcı adamların entuziazmı da böyük rol oynayır.

- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tədris olunan dərslərin əksəriyyəti qeyri-ixtisas fənləridir. Universitetə böyük şövqlə qəbul olunan tələbənin qol-qanadı həmin illərdə sınır. Sizcə, milli kinomuzun bu duruma düşməsinin səbəbi həm də bu ola bilərmi?

- İncəsənət Universitetində tədrisin hansı prinsiplərə əsaslanması, keyfiyyəti haqda ətraflı məlumatım yoxdur. Amma orada təhsil alan tələbələrdən, məzunlardan eşitdiklərimə görə, dərslər keyfiyyətli, məhsuldar keçirilmir, müəllimlərin bir qisminin sahələri üzrə yetərli bilgiləri yoxdur, peşəkarlığı qənaətbəxş deyil. Aydın Dadaşov bir dəfə məni kinoşünaslıq kafedrasına dəvət etmişdi. İstəyirdi ki, mən və Aygün Aslanlı müəllim kimi burada fəaliyyət göstərək. Yeri gəlmişkən, mən İncəsənət Universitetini bitirmədiyimdən, orada dərs deməyim üçün ya kino ilə bağlı kitabım olmalıydı, ya da heç olmasa, Universitetdə qiyabi təhsil almalıydım. Aydın müəllim dedi ki, sənin üçün şərait yaradacağıq. Nə kitab yazmağa, nə ikinci təhsilə həvəsim olmadığımdan alınmadı. Həm də kitab üçün təklif olunan mövzu ürəyimcə deyildi. Həmin kafedrada bir neçə müəllimlə söhbət edəndə onların kino bilgilərinə dırnaqarası heyran oldum.

Bu il milli kino ilə bağlı iki mühüm araşdırma etmişəm, "Ekranlaşdırılmış ədəbi əsərlər" kitabım çıxıb. Xeyli resenziyam var, yaxınlarda "Azlogos"da dünya kinosunda homoseksual mövzunu araşdıran yazım yayımlandı, üstəlik, mükafat alan yeni Qərb filmləri ilə bağlı təhlillərim var. Mənim üçün maraqlıdır ki, İncəsənətdə dərs deyən kinoşünasların və ya kino tənqidçilərinin hansı məhsulu var? Bu, mənim üçün, doğrudan, maraqlıdır. Və onların yetişdirdiyi yeni nəsil kino tənqidçiləri haradadır?

Bu yaxınlarda gənc kinotənqidçilər axtarırdım, əməkdaşlıq üçün. Araşdırdım, tapa bilmədim. Məlum oldu ki, teatrşünaslıqda, teatr tənqidində yeni, maraqlı imzalar var, amma kinoda yoxdur. Mən, Aygün Aslanlı kino tənqidi ilə məşğul olmaq istəyən gənclərlə biliklərimizi təmənnasız paylaşmağa, fikir mübadiləsi etməyə hazırıq. İstəyənlər sizinlə əlaqə saxlayıb, əlaqə nömrələrimi sizdən götürə bilərlər. "Debüt" studiyası və "Artlogos" saytı ilə birgə kino verilişi planlaşdırırıq. Aygünlə mən müəllifik. İlk mövzumuz "Resenziya necə yazılmalıdır?" olacaq. Qısa zaman içərisində gərəkli bilgiləri verməyə çalışacağıq.

- "Azərbaycan kinosunu düşünməyən məmurlar və tək qalmış gənc rejissorlar" adlı yazınızda xaricdə uğur qazanan gənc rejissorlarımızı qeyd etmisiniz. O rejissorlar ki, əcnəbi rejissorlarla rəqabətə girə biləcək qədər güclüdürlər.

- Azərbaycanda istedadlı rejssorlar həmişə olub. Xüsusən, indi gənc nəsil kinematoqrafçılar gəlirlər ki, onlar tədricən "Yeni dalğa"ya zəmin yaradırlar. Kino sahəsində idarəçiliyin qüsurluluğu, uyğun iqtisadi şərtlərin olmaması, "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı"nın yerinə yetirilməməsi prosesi xeyli ləngitdi. Teymur Hacıyevin Kann festivalında, Hilal Baydarovun Venesiya festivalının əsas müsabiqəsinə düşməsi onların təkbaşına, müstəqil fəaliyyətlərinin nəticəsidir. Yəni, burada dövlətin rolu olmayıb.

Həmişə bu fikirdə olmuşam ki, tammetrajlı bədii filmlərə dövlət maliyyəsi ayrılmasın. Uşaq, cizgi, müəyyən mövzularda – məsələn, Qarabağ kimi mühüm mövzularda çəkilən filmlər istisna olmaqla.

İstedadlı, bacarıqlı rejissor filmi üçün maliyyə tapacaq, həm də yaşadığımız texnogen dünyada imkanların bolluğu buna şərait yaradır. Demək istədiyim odur ki, əgər dövlətin maliyyəsinin bundan sonra da xərclənməsində ədalət, şəffaflıq olmayacaqsa, kinoya böyük pullar ayırmağın mənası yoxdur.

- Son illər ölkəmizdə film sahəsində, xüsusən də komediya filmləri monopoliyadadır. Çəkilən əksər komediya filmlərində eyni simaları görürük. Sizcə, bu, komediyanı çəkən rejissorun özünü sığortalaması ola bilərmi? Çünki həmin filmlərə sponsorluq edən təşkilatlar populyar simaya daha çox etibar edir.

- Mən gözləyirdim ki, komediya janrından tədricən dram, triller, melodram və digər janrlara keçiləcək. Yəni qanunauyğunluq bunu tələb edir. Amma hələ ki, komediya janrı dominantdır. Ən pisi isə odur ki, komediya janrının özündə belə çox az istisnanı nəzərə almasaq, keyfiyyət dəyişikliyi baş vermir. Çünki yeganə məqsəd pul qazanmaqdır. Onların pul qazanmaq istəyinə normal baxıram. Ancaq pul qazanmaq üçün yaxşı məhsul təklif etmək lazımdır axı. Ona görə eyni adamlar komediya çəkir ki, azad iqtisadi bazar yoxdur, normal reklam bazarı yoxdur, ifadə sərhədləri məhduddur və dediyim səbəblərdən ciddi rəqabət yoxdur. 1990-cı illərin əvvəllərindən iş adamları kinoya investisiya qoyurdular. Dövlətdən asılı olmayan, alternativ maliyyə ilə çəkilən müstəqil kino yavaş-yavaş inkişaf edirdi. Onların arasında festival üçün nəzərdə tutulan, ciddi filmlər üstünlük təşkil edirdi. Sonralar bu ənənə müxtəlif səbəblərdən yox oldu.

999
Əlaqədar
Həyatını riskə ataraq: Rejissor azərbaycanlı həkimlərin fədakarlığını seriala çəkəcək
Kinorejissor: “Filmimizin beynəlxalq festivalda iştirakı böyük qələbədir”
Azərbaycanlı cütlüyün ağlına qeyri-adi ideya gəlib
Azərbaycanlı dramaturqun pyesi Rusiya festivalının şort-listinə daxil edilib
“Çocuklar duymasın”ın Haluku: “Azərbaycan üçün könüllü əsgərliyə gedərdim
Tamer Karadağlı, arxiv şəkli

“Çocuklar duymasın”ın Haluku: “Azərbaycan üçün könüllü əsgərliyə gedərdim

1210
"Bir millət, iki dövlətik. Əgər elə düşünürüksə, onun üçün gərəkli olanları da yerinə yetirməliyik" - Tamer Karadağlı

BAKI, 8 avqust — Sputnik. Azərbaycan əsilli məşhur türkiyəli aktyor Tamer Karadağlı maraqlı açıqlamalar verib. Karadağlı “Jülide Ateşle 40” verilişində qonaq olarkən Azərbaycanla bağlı maraqlı sualları da cavablandırıb.

“Azərbaycan mədəniyyəti üçün darıxırsınızmı?” sualına məşhur aktyor belə cavab verib:

“Xeyr, darıxmıram, çünki o mədəniyyəti yaşayıram. Bütün ailəmiz o mədəniyyəti yaşayırdı. Evimizdə həmişə Azərbaycan yeməkləri hazırlanırdı, xalalarım, əmilərim Azərbaycandaymış kimi danışırdılar. Hər nə qədər Azərbaycan əsilli olsam da, ilk dəfə iki il əvvəl getdim oraya və yeməkləri, insanları, danışıqları o qədər yaxın gəlmişdi ki mənə, izah edə bilmirəm”.

Aparıcının “Azərbaycan üçün könüllü əsgərliyə gedərsinizmi?” sualına cavab isə daha maraqlı olub: “Məni bu yaşdan sonra almazlar, amma əgər ehtiyac olsa, çağırsalar, niyə də olmasın? Bir millət, iki dövlətik. Əgər elə düşünürüksə, onun üçün gərəkli olanları da yerinə yetirməliyik”.

Qeyd edək ki, 53 yaşlı aktyor “Bir tutam baharat”, “Memlekette Demokrasi Var”,  “Şans Kapıyı Kırınca”, “Pamuk prens” və s. filmlərində rol alıb. Serial sahəsində daha çox tanınan Karadağlı Türkiyənin ən məşhur “Acayib hikayeler”,  “Doktorlar”, ”Fedai”, “Ah kalbim” və s. seriallarına çəkilib. Azərbaycan tamaşaçısı isə onu “Çocuklar duymasın”dakı Haluk obrazı ilə sevib.

1210
Əlaqədar
Hollivud ulduzu Kemeron Diaz kinodan niyə getdiyini açıqlayıb
Gənc heykəltaraş bu dəfə polkovnikin xatirəsini əbədiləşdirib
Məşhur aktyor gizli şəkildə üçüncü dəfə evləndi
"Apple" və Di Kaprio: Hollivudda birgə filmlər çəkiləcək
Hələ ki açıq-saçıq səhnələr təklif etməyiblər: azərbaycanlı qız Moskvanı necə fəth edəcək?
Gürcüstanda epidemioloji vəziyyət, arxiv şəkli

Gürcüstana göz dəydi, koronavirusa yoluxma halı kəskin artdı

0
(Yenilənib 12:28 10.08.2020)
Son 24 saat ərzində qonşu ölkədə virusa yoluxmuş 10 pasiyent sağalaraq evə buraxılıb. Ümumilikdə xəstəlikdən sağalanların sayı 1010-a çatıb.

BAKI, 10 avqust — Sputnik. Son bir sutka ərzində Gürcüstanda koronavirusa yeni 25 yoluxma faktı qeydə alınıb. Sputnik Gürcüstan xəbər verir ki, ümumilikdə bu ölkədə koronavirusa yoluxanların sayı 1250-yə çatıb.

Son 24 saat ərzində qonşu ölkədə virusa yoluxmuş 10 pasiyent sağalaraq evə buraxılıb. Ümumilikdə xəstəlikdən sağalanların sayı 1010-a çatıb, 17 nəfər isə ölüb.

Ermənistanda koronavirusa yoluxanların sayı 40433-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, avqustun 8-dən bu virusa yoluxanların sayı daha 23 nəfər artıb.

Ermənistanda son gündə daha 5 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 796-ya çatıb. Xəstəlikdən sağalanların sayı 32616 olub. Hazırda bu ölkədə 6793 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 19,8 milyonu keçib, 731 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Pandemiyanın ən çox ziyan vurduğu sahə - Burada çalışanların yoluxma riski daha böyükdür
ABŞ-da daha bir azərbaycanlı koronavirusdan ölüb
Koronavirusla mübarizədə ağ və qırmızı şərab
Professor: “Virusla mübarizədə kollektiv immunitetin qazanılmasının tərəfdarıyıq”
Anticisimdən başqa heç nə kömək etmir – Rusiyalı həkimdən qəti mövqe