Milli Turizm Sammiti

Yeni brendimiz təqdim olunub

75
(Yenilənib 12:10 18.10.2018)
Yeni brendin dünya ictimaiyyətinə təqdimatı bu ilin noyabrında Londonda baş tutacaq

BAKI, 18 oktyabr — Sputnik. Bakı Konres Mərkəzində Dövlət Turizm Agentliyinin (DTA) və Azərbaycan Turizm Bürosunun (ATB) təşkilatçılığı ilə ilk Milli Turizm Sammiti keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, tədbirinin birinci hissəsində Azərbaycanın yeni milli turizm brendinin təqdimatı ilə yanaşı, yeni marketing strategiyası, qarşıya qoyulmuş məqsədlər, hədəflər və planlar haqqında məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Tədbirdə çıxış edən DTA-nın sədri Fuad Nağıyev qurumun 6 aydır fəaliyyət göstərdiyini, bu qısa müddət ərzində turizm sahəsinin əsas istiqamətləri üzrə görülən işlər, həmçinin turizm təhsili, ixtisaslı kadr hazırlığı, statistikanın yaxşılaşdırılması, xidmət sahəsinin təkmilləşdirilməsi, turizmdə müasir informasiya texnologiyalarının tətbiqi, hədəf bazarlarda nümayəndəliklərin açılması kimi məsələlərlə bağlı gələcək planlar haqqında məlumat verib.

Daha sonra Azərbaycanın qlobal bazarda tanıdılması üçün ilkin addım olaraq hazırlanan yeni turizm brendi təqdim olunub. Yeni brendin əsas simvolları bir-birilə əlaqəli şəkildə təqdim olunan yeni loqo və şüar olacaq.

  • Milli Turizm Sammiti
    Milli Turizm Sammiti
    © Sputnik / Murad Orujov
  • Milli Turizm Sammiti
    Milli Turizm Sammiti
    © Sputnik / Murad Orujov
  • Milli Turizm Sammiti
    Milli Turizm Sammiti
    © Sputnik / Murad Orujov
  • Milli Turizm Sammiti
    Milli Turizm Sammiti
    © Sputnik / Murad Orujov
1 / 4
© Sputnik / Murad Orujov
Milli Turizm Sammiti

Azərbaycanın yeni turizm loqosu olan "a" hərfi "Azərbaycan" sözünün ilk hərfi olmaqla yanaşı, öz formasına görə də brendin mahiyyətini çatdırır. Loqo daim yenilənəcək və təqdim olunacağı platformaya uyğunlaşdırıla biləcək. Azərbaycanın yeni turizm brendinin "Yenidən fərqli baxışla bax" ("Take another look" – ing.) olan əsas şüarına uyğun olaraq diqqətlə və yenidən baxdıqda loqo barədə daha dəqiq təsəvvürə malik olmaq mümkündür.

Yeni brend dünyanın brendinq üzrə tanınmış şirkəti "Landor" tərəfindən hazırlanıb. Şirkət bir sıra ölkələr və beynəlxalq şirkətlər üçün brendin yaradılması üzrə çoxillik və uğurlu təcrübəyə malikdir.

Azərbaycanın turizm brendinin hazırlanması prosesində 100-dən çox müxtəlif peşə sahibəri ilə müsahibə xarakterli araşdırma aparılıb və bu strateji proses 5 ay davam edib.

Yeni brendin dünya ictimaiyyətinə təqdimatı isə bu ilin noyabrında Londonda keçiriləcək "Dünya Səyahət Bazarı" (London WTM) sərgisində baş tutacaq.

75
Teqlər:
ATB, DTA, Bakı Konres Mərkəzi, Azərbaycan Turizm Bürosu, Dövlət Turizm Agentliyi, brend
Əlaqədar
Kənan Quluzadə yeni turizm brendinin təqdim olunacağı tarixi açıqladı
Xəzərdə dəniz turizminin inkişafından nələr gözləmək olar - ekspert şərhi
Turistlərin kamerasını oğurlayan qağayı onlara elə sürpriz etdi ki...
Ərəb turistlərin qaldığı ev yandı, ölən və yaralananlar var