Библиотека, фото из архива

Azərbaycanlı yazıçının romanı Türkiyədə nəşr olunub

130
(Yenilənib 12:02 09.10.2018)
Roman özlərinə körpü üzərində vətən quran insanlardan, onların keçmişləri və ümidlərindən bəhs edir

BAKI, 9 oktyabr — Sputnik. Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyinin redaktoru, yazıçı Natiq Məmmədlinin "Körpüdə ümid" romanı Türkiyədə işıq üzü görüb. "SahilKitap" Nəşriyyat Evi tərəfindən çap olunmuş kitabı türkcəyə çevirəni və redaktoru Qönçə Aydəmirdir.

Natiq Məmmədlinin Körpüdə ümid romanı
© Photo : Natiq Məmmədli tərəfindən təqdim olunub
Natiq Məmmədlinin "Körpüdə ümid" romanı

Roman Azərbaycan dilində 2015-ci ildə Bakıda nəşr olunub. Həmin ildə də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəsr nominasiyası üzrə "Qızıl Kəlmə" mükafatını qazanıb.

Ramanda hadisələr Ümidqovan adlı məkanda və bütün insanların arzularını həyata keçirən Ümid Piri ətrafında cərəyan edir. Qəflətən dili tutulan bir uşağı şəfa tapması üçün bura gətirirlər, üç gecə ziyarətgahda qalır, camaatın ağıldankəm hesab elədiyi Pirdəli ilə dostlaşır və maraqlı söhbətləri alınır. Əslində isə danışan onların dilləri yox, ürəkləri olur.

Natiq Məmmədli
Sputnik
Natiq Məmmədli

Arada tarixin də səsləri eşidilir. Min il geriyə qayıtmalı olursan, Pont hökmdarı Mitridatla Roma sərkərdəsi Pompeyin orduları Ümidqovanda üz-üzə gəlir. Təlaş içində olanları bir sual düşündürür, "kimə təslim olaq — Şərqə, yoxsa Qərbə". Nəhayət, dili tutulan uşağın insanların gizli məktublarını oxuması ilə pir müqəddəsliyini itirir.

Ümidqovan — körpü üstündə vətən deməkdir. Roman özlərinə körpü üzərində vətən quran insanlardan, onların keçmişləri və ümidlərindən bəhs edir.

130
Teqlər:
roman, Natiq Məmmədli, yazıçı, Türkiyə
Əlaqədar
Roman kimi həyat, yaxud bir təbəssümün arxasındakı sirr
Günel Rzayeva: “Bakı Kitab Mərkəzi xarici qonaqların diqqət mərkəzindədir”
Bütün dünyanın axtardığı kitab Adnan Oktarın evindən tapılıb
Məktəbə getmədən oxuyub yazmağı öyrəndi, 12 kitab yazdı
Tariximizi əks etdirən kitab nəşr olunub
Şəki Xan sarayı

Avropanın Keramika Marşrutunun yeni üzvü - Şəkinin təqdimatı keçirilib

209
(Yenilənib 20:41 18.06.2021)
Azərbaycan Mədəni Marşrutlar üzrə Avropa İnstitutuna 2011-ci ildən üzv olub. İndiyədək Azərbaycan Avropa Şurası Mədəni Marşrutları layihəsi çərçivəsində 5 marşruta qoşulub.

BAKI, 18 iyun — Sputnik. Avropa Şurasının Keramika Assosiasiyasının Baş Assambleyasının onlayn formatda iclası keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, iclas çərçivəsində Avropa Keramika Marşrutunun (European Route of Ceramics) yeni üzvü - Şəki şəhərinin təqdimatı baş tutub.

Şəki şəhəri bu ilin əvvəlində Dövlət Turizm Agentliyinin təşəbbüsü ilə Avropa Keramika Marşrutuna üzv seçilib. Yeni üzvü təqdim edən Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin şöbə müdiri Sədaqət Davudova iclas iştirakçılarına Avropa Keramika Marşrutuna yeni qoşulmuş Şəkinin tarixi, şəhərsalma mədəniyyəti, özünəməxsus memarlıq üslubu, sənətçilik ənənələri haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, keramika sənəti ənənələrinin davam etdirilərək gələcək nəsillərə ötürülməsində Şəki sənətkarlarının rolu böyükdür.

Assambleya iştirakçılarına Qafqazda ilk Keramika Mərkəzi - "ABAD" Keramika və Tətbiqi Sənət Mərkəzinin məhz Şəkidə yaradılması, ilk Beynəlxalq Keramika Simpoziumunun da bu şəhərdə keçirilməsi haqqında məlumat verilib. Qeyd olunub ki, Şəki şəhəri 2008-ci ildə Dünya Tarixi Şəhərlər Liqasının üzvü seçilib, 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" Ümumdünya İrs Siyahısına daxil edilib. 212 maddi mənəvi irs, 28 qeyri-maddi mədəni irs, 19 mədəni təbii irs daşıyıcısı olan Şəki şəhəri 2010-cu ildə Azərbaycanın Sənətkarlıq Paytaxtı elan edilib, 2017-ci ildə onun adı UNESCO-nun "Yaradıcı şəhərlər şəbəkəsi" siyahısına salınıb.

Avropa Keramika Marşrutu 2012-ci ildə Avropa Şurası tərəfindən sertifikatlaşdırılmış mədəni marşrutdur. Bu hərəkatın məqsədi keramika istehsalı və bu sahəyə dair qədim ənənələrlə bağlı mədəni irsi dəyərləndirmək, dayanıqlı turizm təklifi yaratmaq və bununla da ümumilikdə mədəni və sosial inkişafa nail olmaqdır. Hazırda Avropa Şurasının Keramika Assosiasiyası mərkəzi qərargahı İtaliyanın Faentsa (Faenza) şəhərində yerləşir.

Azərbaycan Mədəni Marşrutlar üzrə Avropa İnstitutuna 2011-ci ildən üzv olub. İndiyədək Azərbaycan Avropa Şurası Mədəni Marşrutları layihəsi çərçivəsində 5 marşruta – "Şərab Yolu", "Yəhudi irsi üzrə Avropa marşrutu", "Qədim Qayaüstü İncəsənət İzləri", "Termal şəhərlər" və "Zeytun ağacları" yoluna qoşulub.

209
Open Air kinotatrı

Kinosevərlərə şad xəbər: "Open Air Cinema"nın Bakıda da reallaşdırılması nəzərdə tutulub

273
(Yenilənib 20:43 18.06.2021)
""Open Air Cinema" layihəsi Bakıda gerçəkləşdikdən sonra digər layihə - "AvtoCinema" təqdim ediləcək.

BAKI, 18 iyun — Sputnik. Ötən həftə "CinemaPlus" kinoteatrlar şəbəkəsi kinosevərlər üçün yeni layihə ərsəyə gətirib. "Cinema Plus"un PR meneceri Nərmin Həsənovanın Sputnik Azərbaycan-a verdiyi məlumata görə, Şamaxı şəhərində yerləşən "Abqora" restoranında "Meysəri" şərabları və "CinemaPlus"un birgə layihəsi olan "Open Air Cinema"da hər həftəsonu açıq havada, təbiətin qoynunda qonaqlar yeni filmləri izləyə biləcəklər:

"Bu layihə keçən il də Şamaxıda baş tutmuşdu. Layihə regionda həyata keçirilsə də, paytaxt sakinləri tərəfindən də böyük maraqla qarşılanıb. Hələ ki, Bakıda başlamamışıq. Bakıda da belə layihələr nəzərdə tutulub. Məlum məsələləri nəzərə alaraq hələlik paytaxtda gözləmə mövqeyindəyik".

Nərmin xanım "AvtoCinema" adlı layihədən də danışıb:

""Open Air Cinema" layihəsi Bakıda gerçəkləşdikdən sonra digər layihəni - "AvtoCinema"nı təqdim edəcəyik. "AvtoCinema" layihəsi açıq havada kinoteatr giriş və çıxışı olan böyük avtopark sahəsini xatırladır. İnsanlar şəxsi avtomobillərində əyləşərək böyük ekranda filmləri izləyəcəklər. Çalışdıq ki, "Open Air Cinema" bir pilot layihə kimi regionda sınaqdan keçirilsin və daha sonra maraq və istəkləri nəzərə alaraq bu təcrübəni paytaxta köçürə bilək. Bu layihə pandemiya şəraiti ilə əlaqəli deyil, adi vaxtlarda da davam etdirilə bilər. İnanıram ki, kinosevərlərimiz yeni layihə vasitəsilə filmlər izləmək imkanı qazanacaqlar".

Qeyd edək ki, "Open Air Cinema"da filmlər və seanslar haqqında məlumatı "CinemaPlus"un sosial şəbəkə hesablarından əldə etmək mümkündür.

Xatırladaq ki, Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargah Koronavirus pandemiyası ilə bağlı (COVID-19) ötən ilin martın 14-dən etibarən ölkə daxilində tətbiq olunan sosial təcrid tədbirlərini həyata keçirib. Bu tədbirlərə toy, yas mərasimləri və digər kütləvi toplantıların qadağan edilməsi, mədəniyyət obyektlərinin, teatrların, muzeylərin, kinoteatrların, əyləncə mərkəzlərinin, idman mərkəzlərinin və digər əlaqəli obyektlərin bağlanması da daxil olub.`

273
Здание Министерства иностранных дел Азербайджанской Республики в Баку

Azərbaycanın xarici siyasət idarəsi Ermənistana cavab verdi

4
Azərbaycan humanizm prinsiplərindən çıxış edərək bu günədək saxlanılan ermənilərin bir hissəsini Ermənistana təhvil verib.

BAKI, 19 iyun - Sputnik. "Ermənistan Xarici İşlər Nazirliyi 2021-ci il 18 iyun tarixli bəyanatında ölkəmizi 44 günlük müharibə zamanı Ermənistan tərəfindən Azərbaycan ərazisində qanunsuz şəkildə döyüşən, müharibə cinayətləri, terror aktları törətməkdə, muzdlu kimi döyüşməkdə təqsirləndirilən şəxsləri mühakimə etməkdə ittiham edir. Ermənistan XİN-in bəyanatında “hərbi əsirlər” və “mülki şəxslər” kimi göstərilən şəxslər hərbi əməliyyatlar zamanı və əməliyyatların dayandırılması ilə bağlı üçtərəfli Bəyanat imzalandıqdan sonra Azərbaycan ərazisində qəsdən adamöldürmə, işgəncə, terrorçuluq və digər cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərdir. Əlbəttə, Azərbaycanın həm beynəlxalq hüquq, o cümlədən 1949-cu il Cenevrə konvensiyaları, muzdluların cəlb edilməsi, istifadəsi, maliyyələşdirilməsi və təliminə qarşı beynəlxalq Konvensiya, həm də yerli qanunvericiliyə əsasən bu şəxsləri məsuliyyətə cəlb etməyə həm hüququ, həm də beynəlxalq öhdəliyi var".

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan XİN-in müvafiq bəyanatına dair şərhində yer alıb.

"Hazırda Azərbaycan tərəfində saxlanılan və istintaqa cəlb olunan ermənilərə gəldikdə, Ermənistan XİN-ə xatırladırıq ki, bu şəxslərdən bir qrupu 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat imzalandıqdan sonra Azərbaycan ərazisinə daxil olan terrorçu qrupun üzvləridir və bu qrupun təxribatçı fəaliyyəti nəticəsində Azərbaycanın 4 hərbi qulluqçusu öldürülüb, bir mülki şəxs isə ağır yaralanıb. İttiham olunan erməni əsilli Livan vətəndaşı əcnəbi muzdlu qismində pul qarşılığında 44 günlük müharibə zamanı azərbaycanlı hərbçi və mülki şəxslərə qarşı döyüşlərdə iştirak edib. Digər iki erməni vətəndaşı isə hələ Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlı mülki şəxslərə və hərbçilərə işgəncə verməkdə ittiham olunan şəxslərdir.

Vurğulamaq istərdik ki, Azərbaycanda saxlanılan ermənilərin yerinin gizli saxlanılması ilə bağlı deyilən fikirlər tamamilə yalandır. Rəsmi açıqlamalarda artıq bildirildiyi kimi, Azərbaycan bu şəxslərin saxlanılma vəziyyəti ilə bağlı olan bütün tələbləri yerinə yetirib. Hətta Beynəlxalq Qırmızı Xaç Komitəsi, insan hüquqları üzrə müvəkkilin (ombudsman) saxlanılan şəxslərlə mütəmadi görüşləri təşkil edilib və bu şəxslərin səhhəti barədə tibbi sənədlər belə təqdim edilib.

Azərbaycan humanizm prinsiplərindən çıxış edərək bu günədək saxlanılan ermənilərin bir hissəsini Ermənistana təhvil verib.

Bunun qarşılığında isə Ermənistan tərəfinin addımları göz qabağındadır. Yalnız Ağdam üzrə mina xəritələrini Azərbaycana təhvil verən Ermənistan bu ölkənin yüksəksəviyyəli rəsmiləri tərəfindən açıq şəkildə etiraf edildiyi kimi, çoxsaylı mina xəritələrini gizlədir, Azərbaycana verməkdən imtina edir. Hələ Birinci Qarabağ müharibəsində itkin düşən 4 minədək azərbaycanlının taleyi barədə bu günədək heç bir məlumat verilməyib. Ərazilərimiz işğaldan azad olunduqdan sonra Kəlbəcər rayonunun Başlıbel kəndi ərazisində aşkar edilmiş kütləvi məzarlıq Ermənistan tərəfindən törədilən müharibə cinayətlərinin və Ermənistanın itkin düşmüş azərbaycanlılar barədə məlumatı gizlətdiyinin bariz sübutudur.

Ermənistan XİN-i beynəlxalq hüquq pozuntularından danışmağa başlamadan əvvəl Ermənistan Respublikasının 30 ilə yaxın müddət ərzində beynəlxalq hüquq prinsiplərini, xüsusilə də suverenlik və ərazi bütövlüyünə hörmətlə yanaşılması prinsipini tapdaladığını, bir milyonadək azərbaycanlının fundamental hüquqlarının kobud şəkildə pozduğunu göz önünə gətirməlidir"-, məlumatda qeyd olunub.

4