Emil Məmmədov

Azərbaycanlı idmançı "Comedy Club"da aparıcılara dərs keçdi

9540
(Yenilənib 18:22 17.09.2018)
Azərbaycanlı idmançı Emil Məmmədov Rusiyanın yumoristik televiziya şousu Comedy Club-ın qonağı olub və layihənin aparıcılarına kikboks dərsi keçib

BAKI, 17 sentyabr — Sputnik. Azərbaycanlı idmançı Emil Məmmədov Rusiyanın yumoristik televiziya şousu "Comedy Club"ın qonağı olub. O, layihənin aparıcıları Qarik Xarlamov və Pavel Volyaya məşğul olduğu idman növü üzrə bir necə üsul öyrədib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Məmmədov "Instagram" səhifəsində qonağı olduğu verlişdən fraqmentlər paylaşıb. Efirdə aparıcı ondan kikboksçuların döyüş zamanı istifadə etdikləri bir necə zərbə üsulunu onlara da öyrətməyi xahiş edib.

"Bu gün "Comedy Club"ın son buraxılışlarından birinə aid videoçarxa rast gəldim. Məni bu möhtəşəm şouya dəvət etdiklərində, düzünü deyim ki, çox sevindim. TNT kanalı və ümumiyyətlə, oradakı bütün uşaqlara mənə göstərdikləri maraq üçün minnətdaram. Mən ilk dəfə deyildi ki, "Comedy Club"da olurdum. Lakin bu dəfə mən artıq hadisələrin mərkəzində idim" — deyə Məmmədov paylaşdığı videoçarxı şərh edib.

https://www.instagram.com/p/BnyGQj1Hoxx/?taken-by=emilio_mammadov

Emil Məmmədov artıq uzun illərdir Rusiyada yaşayır. Lakin tez-tez Azərbaycana öz doğmalarının və dostlarının yanına gəlir. O, kikboksinq üzrə beynəlxalq turnirlərin dəfələrlə qalibi və "Kumite Fight" versiyası üzrə ikiqat dünya çempionudur.

"Comedy Club" — Rusiyanın yumoristik televiziya şousudur. Bu şou 23 aprel 2005-ci ildən etibarən TNT-də yayımlanır. Onun qurucuları keçmiş ŞHK komandalarının iştirakçılarıdır. Proqramın müəllifləri erməni gülüş ustaları Qarik Martirosyan (həm də verlişin prodüsseridir) və Artaşes Sarkisyandır.

9540
Əlaqədar
Azərbaycanlı idmançı Avropa çempionu oldu
Sevgi sərhəd tanımır: Azərbaycanlı idmançı rusiyalı biznesmenə ərə getdi
İdmançı polislərimizin böyük uğuru
İdmançı 426 kilo ağırlığı qaldırdı və... ölümdən döndü – VİDEO
Azərbaycanlı idmançı inanılmazı bacardı: Sınıq əllə...