Президент Азербайджана Ильхам Алиев

Prezident məşhur mədəniyyət xadimini təltif edib

153
Arif Cahangir oğlu Məlikov "Şöhrət" ordeni ilə təltif edib

BAKI, 13 sentyabr — Sputnik. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Arif Cahangir oğlu Məlikov "Şöhrət" ordeni ilə təltif edib.

Sputnik Azərbaycan xəbər verir ki, prezident İlham Əliyev həmçinin Arif Məlikova təbrik məktubu ünvanlayıb. Təbrik mətnində deyilir:

"Hörmətli Arif müəllim!

Sizi – Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsini 85 illiyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə cansağlığı və işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

Sizin geniş diapazonlu rəngarəng yaradıcılığınız müasir musiqi mədəniyyətimizin parlaq hadisələrindəndir. Qara Qarayev məktəbinin layiqli davamçısı kimi xalq musiqisi ənənələri və dünya klassik irsini müasir musiqi formaları ilə uğurlu şəkildə birləşdirərək meydana gətirdiyiniz çoxsaylı sənət nümunələri ilə musiqi salnaməmizin daha da zənginləşməsində və ölkə mədəniyyətinin inkişafında müstəsna xidmətləriniz vardır. Özünəməxsus əlvan musiqi çalarları, dərin koloriti və yüksək bədiiliyi ilə seçilən əsərləriniz professionallığın zirvələri olub, musiqisevərlərin daim rəğbətini qazanmışdır. Fəlsəfi düşüncələr və bəşəri duyğularla aşılanmış ecazkar musiqiniz mənəvi kamilliyə can atmaqda insanlara yaxından kömək edir. Zamanın yüksək sənət qarşısında irəli sürdüyü tələblərə cavab verən qiymətli əsərləriniz ölkəmizin hüdudlarından kənarda, dünyanın ən məşhur teatrlarında uğurlu səhnə təcəssümünü tapmışdır.

Siz, eyni zamanda, gənclərin hamisi və mahir pedaqoq olaraq Bakı Musiqi Akademiyasının professoru və bəstəkarlıq kafedrasının müdiri kimi zəngin təcrübənizdən bəhrələnən istedadlı musiqiçilər nəslinin yetişdirilməsində uzun illərdən bəri böyük xidmətlər göstərirsiniz. İctimai-siyasi həyatımızda cərəyan edən mühüm hadisələrə və taleyüklü məsələlərə münasibətdə Siz həmişə əsl vətəndaşlıq mövqeyi nümayiş etdirmiş, vətənpərvər və aydın düşüncəli ziyalı kimi də xalqımızın hörmətini qazanmısınız.

Səmərəli, məhsuldar və mənalı həyat yolunuz sənətə sonsuz bağlılığın və xalqa xidmətin bariz nümunəsidir. Yaradıcılığınız dövlət tərəfindən daim lazımınca qiymətləndirilmişdir. Siz müstəqil Azərbaycan Respublikasının ən ali təltiflərinə – Heydər Əliyev mükafatına, "Heydər Əliyev" və "İstiqlal" ordenlərinə layiq görülmüsünüz.

Əminəm ki, Siz bundan sonra da bütün qüvvə və bacarığınızı Azərbaycan mədəniyyətinin inkişafı naminə sərf edəcəksiniz.

Dərin ehtiram və xoş arzularla".

153
Kadir Doğulu və Neslihan Atagül

"Səfirin qızı" rolunun ifaçısı serialdan ayrılıb

2
(Yenilənib 06:58 26.01.2021)
Neslihan Atagülun son durumu "Instagram" izləyicilərini məyus edib və onlar aktrisaya şəfa diləyiblər.

BAKI, 26 yanvar — Sputnik. Səhhətində ciddi problemlər yarandığı üçün "Sefirin Kızı" serialından ayrılan Neslihan Atagül ilə bağlı yeni xəbər var.

Sputnik Azərbaycan xəbər verir ki, aktrisanın xəstəxanadan görüntüsü yayılıb. Onun bu halı "Instagram" izləyicilərini məyus edib və onlar aktrisaya şəfa diləyiblər. Aktrisa xəstəxanadan video çəkərək hazırda vəziyyətinin yaxşı olduğunu, müalicənin davam edəcəyini bildirib.

Məlumat üçün bildirək ki, gənc aktrisa bağırsaq sızması sindromundan əziyyət çəkir. Bu səbəbdən sürətlə arıqlayan Neslihan hətta çəkilişlərə son verib və "Sefirin kızı" serialından ayrılıb.

2

İncəsənət sərhəd tanımır: azərbaycanlı ustalar qurama sənətini necə dirçəldir - video

13
(Yenilənib 20:14 25.01.2021)
Bakı qəsəbələrindən birində usta xanımlar Azərbaycanın qədim sənət növü olan quramaya yenidən həyat verirlər. Bunu necə etdiklərini videomuzda izləyin.

Azərbaycanda belə bir qədim ənənə olub: insanlar toylarda, ailə məclislərində bir-birinə müxtəlif parçalar hədiyyə edirdilər ki, sonradan onlardan libas tikilsin. Həmin parçaların artıq qalan hissələrini isə atmır, evdə toplayırdılar ki, onlardan al-əlvan sənət nümunələri yaratsınlar.

Mozaika prinsipi əsasında parça hissələrindən hazırlanan qurama sənəti hazırda unudulmaq üzrədir, lakin Qalada yaşayan usta xanımlar bu sənəti nəsildən-nəslə ötürərək yaşatmağa çalışırlar.

Bundan başqa, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin təşəbbüsü ilə Qala kəndində qədim sənət növlərindən biri olan quramanın dirçəldilməsi üçün layihə həyata keçirilir.

“Layihə çərçivəsində kəndin yeddi sakini yüksək səviyyəli avadanlıqla təmin olunub. Onlara bizim muzeyimizdə öz məhsullarını yaratmaq üçün yer ayrılıb. Gələcəkdə bu işlərin xüsusi ticarət markası altında satılması planlaşdırılır”, – “İçərişəhər” Muzey Mərkəzinin direktoru Əminə Məlikova belə deyir.

Onun sözlərinə görə, nənələrimiz qurama sənəti ilə lap qədimdən məşğul olublar və bu, yorğan, örtük kimi adi məişət əşyalarının hazırlanmasında onların karına gəlib.   

"Bu sərhəd tanımayan sənət növü Azərbaycan xalqının məişət tərzi ilə əlaqədar olaraq ortaya çıxıb. XVIII-XIX əsrlərdə bir qadın vaxtının çox hissəsini evdə keçirir və nadir hallarda çölə-bayıra çıxırmış. Odur ki boş vaxtında hər hansı bir işlə məşğul olmaq istəyirmiş. Azərbaycan qadınları evlərini gözəl əşyalarla bəzəməyi çox sevirlər. Beləliklə, ev sahibəsi qurama vasitəsilə öz daxili aləmini ifadə etmək imkanı tapır”, – deyə Məlikova öz fikirlərini bizimlə bölüşür.

Hazırda bu əl sənəti hər evdə özünə yer tapa biləcək qədər gözəl, orijinal əsərlər yaratmağa imkan verir.

13