Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Mənəvi dəyərlərin təbliği üçün böyük addım atıldı

145
(Yenilənib 23:58 11.09.2018)
Prezident Mənəvi Dəyərlərin Təbliği Fonduna 400 min manat ayırıb

BAKI, 12 sentyabr — Sputnik. Prezident İlham Əliyev Azərbaycanda dini icmaların maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sərəncamla Azərbaycanda dini icmaların maddi-texniki təchizatının yaxşılaşdırılması məqsədi ilə 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fonduna 400 min manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

145