Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Yeni mövsümə start verilir

© Sputnik / Murad OrujovKukla teatrı
Kukla teatrı - Sputnik Azərbaycan
Abunə olmaq
Tamaşaçılar mövsümün açılışı günündə repertuardakı maraqlı nümunələrdən olan (saat 16:00) “Şəngülüm, Məngülüm”ü də izləyəcəklər.

BAKI, 11 sentyabr — Sputnik. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı yeni mövsümün açılışına hazırlaşır. Teatrın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 87-ci mövsümdə də teatrsevərlərə yeni, maraqlı və zəngin sənət nümunələri vəd edən yaradıcı kollektiv tamaşaçılarını sentyabrın 15-də qarşılayacaq.

Həmin gün izləyicilər teatrın ən uğurlu tamaşalarından birinə – “Min bir gecə” nağıllarından tanıdığımız “Əlibaba və qırx quldur”a tamaşa edəcəklər. Tamaşa iki seans olmaqla (12:00 və 14:00) nümayiş olunacaq tamaşanın səhnələşdirmə və quruluşu teatrın istedadlı rejissoru Anar Məmmədova məxsusdur. Atrıq tamah və pula, vara, şan-şöhrətə hərislik kimi mənfi xüsusiyyətlərin tənqid hədəfinə çevrildiyi tamaşada balaca izləyicilərə dürüstlük və mənəvi zənginliyin daha vacib olduğu təlqin olunur.Tamaşanın quruluşçu rəssamı teatrınn baş rəssamı İqbal Əliyevdir. Tamaşanın musiqi tərtibatı dahi Fikrət Əmirovun dünya şöhrətli “Min bir gecə” baleti əsasında qurulub. Tamaşada rolları Rəhim Rəhimov, Cavid İbrahimov, Samirə Nəcəfova, Araz Həsənli, Elnur Xəlilov, Aygül Ağayeva, Elmira Hüseynova və Adil Dəmirov ifa edirlər.

Tamaşaçılar mövsümün açılışı günündə repertuardakı maraqlı nümunələrdən olan (saat 16:00) “Şəngülüm, Məngülüm”ü də izləyəcəklər. “Şəngülüm, Şüngülüm və Məngülüm” mənzum nağılı əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar artist Elza Seyidcahandır. Mono kukla tamaşasının ifaçısı Ülviyyə Əliyevadır.

Xəbər lenti
0