Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkası

Azərbaycan beynəlxalq sərgidə iştirak edir

23
(Yenilənib 15:17 06.09.2018)
Müxtəlif nəşriyyatların və təşkilatların nümayəndələri də stendimizə maraq göstərirlər

BAKI, 6 sentyabr — Sputnik. 5 sentyabr 2018-ci il tarixində Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkası işə başlayıb. AR Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ölkəmiz də sərgidə təmsil olunur. 

Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkası
© Photo : MN-nin mətbuat xidməti
Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkası

Rusiya Federasiyasından 300-dən çox, həmçinin 30-dan çox ölkədən 150-ə yaxın nəşriyyat-poliqrafiya müəssisəsi, eləcə də digər aidiyyatı qurumların iştirak etdiyi sərgidə ölkəmizin tarixi, dövlətçiliyi, mədəniyyəti, elmi, Qarabağ həqiqətləri haqqında 150 addan çox nəşr məhsulunun təqdim edildiyi Azərbaycan stendi ilk gündən ziyarətçilərin diqqətini cəlb edib. Çoxsaylı kitabsevərlə yanaşı, müxtəlif nəşriyyatların və təşkilatların nümayəndələri də stendimizə maraq göstərir, onlarla görüş zamanı gələcək əməkdaşlıq imkanları müzakirə olunur.

Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkası
© Photo : MN-nin mətbuat xidməti
Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkası

2019-cu ildə Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində təşkili nəzərdə tutulan Avrasiya Ədəbiyyat Festivalı ilə bağlı danışıqların aparılması məqsədilə festivalın təşkilatçısı Avrasiya Xalqları Assambleyasının Ədəbiyyat Şurasının sədri Marqarita Viktorovna Almuxametova ilə görüş keçirilib. Görüşdə festivalın təşkili imkanları, tərəflərin üstünə düşən vəzifələrin dəqiqləşdirilməsi və digər təşkilati məsələlərin müzakirəsi aparılıb. Məsələ ilə bağlı daha bir görüşün 8 sentyabr tarixində Assambleyanın Baş Katibliyinin sədr müavini — Layihələr Departamentinin rəhbəri Tatyana Fyodorova ilə keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, sərgi sentyabrın 9-na kimi davam edəcək.

23
Teqlər:
Beynəlxalq Kitab Sərgi-Yarmarkası, kitab, Moskva, Azərbaycan
Əlaqədar
Bütün dünyanın axtardığı kitab Adnan Oktarın evindən tapılıb
“Davranış kitabçası” imzalanıb, heç kim heç kimin haqqını yeyə bilməyəcək
Nə kitablar var, nə də müəllimlər: Gürcüstanda Azərbaycan dilində təhsil batır
Əmək kitabçaları müəmmasına aydınlıq gətirildi
Əli Həsənovun kitabı Tacikistanda çap olunub