Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Emin və rusiyalı ulduzlar Azərbaycan üçün birləşdilər

Abunə olmaq
Mahnının yazılmasında Artik&Asti, Aleks Malinovski, Emil Kadırov, Qlükoza, Aleksandr Panayotov, Timur Rodriqez və Bahh Tee iştirak ediblər

BAKI, 1 sentyabr — Sputnik. Azərbaycanın Xalq artisti Emin Ağalarov yeni mahnısını təqdim edib. Sputnik Azərbaycan-ın məlumatına görə, müğənni yeni mahnısını Instagram sosial şəbəkəsindəki səhifəsində paylaşıb.

Mahnı “Azərbaycan” adlanır və Emin onu rusiyalı ulduzlarla bir yerdə ifa edir.

Ağalarov səhifəsində yazıb: “Ən böyük ürəkli insanların yaşadığı, ən qonaqpərvər ölkə barədə “Azərbaycan” mahnısının təqdimatı. Mahnı xüsusi olaraq “Jara” festivalı üçün yaradılıb və qızmar yay, yaradıcılıq sevgisi və hər il layihə çərçivəsində unudulmaz günlər keçirmək üçün Xəzər dənizi sahillərinə toplaşan dostlara həsr edilib”.

Müğənni qeyd edib ki, mahnının yazılmasında Artik&Asti, Aleks Malinovski, Emil Kadırov, Qlükoza, Aleksandr Panayotov, Timur Rodriqez və Bahh Tee iştirak ediblər.

A post shared by eminofficial (@eminofficial) on Aug 31, 2018 at 5:53am PDT

Emin Ağalarov World Music Awards, "Azərbaycandan olan ən yaxşı ifaçı", "Qızıl qrammafon", "MUZ-TV Mükafatı" və bir çox digər beynəlxalq mükafatların laureatıdır. Müxtəlif ölkələrdə konsertlərlə çıxış edir. Müğənninin musiqi daxılında doqquz ingilisdilli albom, Warner Music və Sony ATV Music Publishing kimi aparıcı şirkətlərlə müqavilə var.

Xəbər lenti
0