Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin ev-muzeyi

Bəxtiyar Vahabzadənin ev-muzeyinin açılışı olacaq

83
(Yenilənib 14:34 28.08.2018)
Muzeyin ekspozisiyası 70 kvadratmetr təşkil edir və 3 otaqdan ibarətdir

BAKI, 28 avqust — Sputnik. Avqustun 31-də Şəki şəhərində Xalq şairi, görkəmli dramaturq, ədəbiyyatşünas alim, ictimai xadim Bəxtiyar Vahabzadənin ev-muzeyinin təntənəli açılış mərasimi keçiriləcək. Bu barədə Sputnik Azərbaycan-a Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 27 oktyabr 2015-ci il tarixdə "Şəki şəhərində Bəxtiyar Vahabzadənin ev muzeyinin yaradılması və yaşadığı binaya xatirə lövhəsinin vurulması haqqında" sərəncam imzalayıb. Sərəncamın icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən ədibin anadan olduğu Şəki şəhəri Ə.Haqverdiyev küçəsi, 73 ünvanında Bəxtiyar Vahabzadənin ev-muzeyi yaradılıb.

2017-2018-ci illərdə muzeydə təmir, bərpa və bədii tərtibat işləri aparılıb. Muzeyin ekspozisiyası 70 kvadratmetr təşkil edir və 3 otaqdan (inzibati və fond otaqları) ibarətdir. Ekspozisiyada şairin ailəsi tərəfindən təqdim edilmiş müxtəlif sənədlər, kitab, əlyazma, foto və arxiv sənədləri, şəxsi əşyalar – ümumilikdə 735 eksponat nümayiş olunur.

83
Teqlər:
ev-muzey, Bəxtiyar Vahabzadə, açılış, xalq şairi
Əlaqədar
Bəxtiyar Vahabzadə adına liseyin direktoru rəqs etdiyinə görə cəzalandırıldı