Ömründə bir əsərini satmayan 66 yaşlı rəssam: Minlərlə manat pulu geri qaytarıb

17429
(Yenilənib 14:59 15.08.2018)
  • Ağacoyma ustası, rəssam Nizami Abbasovun emalatxanasından reportaj

"Sənətkar ki, pula qaçdı sənət ölür, yalnız çalışır pul qazansın, nəticədə alverçi olur"

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 15 avqust — Sputnik. İnsanlar var ki, böyük sənətlə məşğul olub, qiymətsiz əsərlər yaratsalar da, heç vaxt şan-şöhrət arxasınca qaçmayıblar. Daim öz üzərilərində işləyərək inkişaf etmək, yeni əsərlər yaratmaq haqqında fikirləşiblər. Hətta yaratdıqları əsərləri öz övladları kimi sevərək heç birini satmayıblar. Təklif edilən minlərlə manat pul müqabilində belə.

Gəncə şəhərində yaşayıb-yaradan, bədii ağacoyma ustası, rəssam Nizami Abbasov da belə sənətkarlardandır. Sputnik Azərbaycan-ın bölgə müxbiri 66 yaşlı rəssamla görüşərək söhbət edib.

İşsizlik və imkansızlıqla üz-üzə qalmış sənətkar
© Sputnik / Ilham Mustafa

N.Abbasov bu sənətə gəlişini belə nəql edir: “İbtidai sinif müəllimimiz əsəbi adam idi, uşaqları tez-tez nar çubuğu ilə döyürdü. 2-ci sinifdə oxuyanda onun karikaturasını çəkdim. Ayaqlarını uzun, əyri, eybəcər formada təsvir etmişdim. Görüb özünə oxşatdı. Çubuğu qaldırdı, amma vurmadı. Tənəffüsdə məni sinifdə saxlayıb dedi ki, "Nizami bala, Allah sənə xüsusi istedad verib, valideynlərinə de, səni rəssamlıq məktəbinə qoysunlar". Özü də valideynlərimlə söhbət etdi, ondan sonra rəssamlıq dərnəyinə getməyə başladım. Beləcə bu sənətə başladım". 

Gəncə Rəssamlıq Texnikumunu bitirdikdən sonra uzun müddət doğulduğu şəhərdə hərbi rəssam kimi fəaliyyət göstərən N.Abbasov nümunəvi işinə görə 1982-ci ildə Almaniya Demokratik Respublikasına göndərilib və Almaniya birləşənədək orada işləyib. Bir daha 1996-cı ildə Almaniyaya gedən sənətkar orada dekorativ sənət nümunələrinin sirlərinə yiyələnib, hazırda yaradıcılığını ən çox bu istiqamətə yönəldib. Almaniyada iki böyük müsəlman məscidinin — Əbdülqadir Geylani və Süleyman şah məscidlərinin dekorativ işləri və naxış işləmələri onun adı ilə bağlıdır.

Yeddi il əvvəl vətənə dönən rəssam hazırda sənətini evinin bir hissəsində qurduğu kiçik emalatxanasında davam etdirir. Əsərlərinin hazırlanma prosesindən danışan sənətkar ilk olaraq hazırlayacağı əsərin mövzusunu tapır və kompozisiyasını qurur. Bunun üçün həmin şəxsiyyətlərin həyat və yaradıcılığından bəhs edən kitablar mütaliə edir. Sonra təxəyyülündə canlandırdığı hər bir şeyi eskiz üzərinə köçürür.

Qabığı soyulmuş kötüklər, yaxud budaqların üzərinə köçürülən təsvirin yonulması ilə işin daha bir məsuliyyətli hissəsi başlayır. Beləcə, günlər, aylar ötdükcə kötükdən yonulan hər bir yonqardan sonra əl işi formaya düşür və bitkin sənət əsəri alınır. Sonda isə həmin əsərlər hamarlanır və laklanır. Bütün işləri mükəmməl əsər olan sənətkar hər əsərinə 2-3 aydan 1-2 ilədək vaxt sərf etdiyini deyir. 

N.Abbasov rəssamın daim öz üzərində işləməli, özündən əvvəlkiləri təkrarlamamalı olduğunu bildirir. Elə buna görə də o, hər bir əsərini hazırlamaq üçün onlarla kitab və məqalələr oxuyur, yaratdığı personajı xarakteristikasını çıxardıqdan sonra işə başlayır.

Onun yaratdığı şah əsərlərindən biri isə evinin giriş qapısının üzərində işlədiyi miniatür kompozisiyasıdır. Ağ şam ağacından hazırlanan qapının hər iki üzündə dahi şair Nizami Gəncəvinin əsərlərinin məzmununu əks etdirən oyma miniatürlər əks edilib. Qapı üzərində kompozisiyanın eskizinin hazırlanması 6 ay əmək sayəsində başa gəlib, 2 il gərgin işdən sonra isə tamamlanıb.

Hazırda sənətkar evin digər qapısında Cavad xanın fəaliyyəti ilə bağlı miniatürlər üzərində işləyir.

Çəkdiyi bütün əziyyətlərə baxmayaraq, sənətkar indiyədək hələ heç bir əsərini satmayıb. Hətta ona minlərlə manat pul təklif edilsə belə, buna razı olmayıb. Əl işlərini görənlər ona nə əcəb indiyədək əməkdar, yaxud xalq rəssamı adı verilmədiyini soruşsalar da, heç vaxt buna can atmadığı cavabını verir. 

Hazırladığı qapının bir tayının bir xalq rəssamının diplom işindən daha böyük əsər olduğunu bildirir. Qazancını isə hərbidən aldığı təqaüdlə və bağ-bağça becərərək çıxarır.

"Mənə deyirlər ki, əsərlərini satsan, indi milyonçu olardın. Onlara başa salmağa çalışıram ki, mənə pul lazım deyil. Mən pul üçün işləsəm, sənətim ölər, axıra kimi davam edə bilmərəm. Yaradıcı insan ki, pula qaçdı sənət ölür. Həmişə çalışıb pul qazanmaq istəyir, o işdən bu qədər pul əldə edim, ordan bunu qazanım deyə fikirləşir. Beləliklə də sənətkardan alverçiyə çevrilir", – deyə bildirir müsahibimiz.

Sənətkar fərdi sərgisini təşkil etmək, indiyədək hazırladığı əsərlərini sərgiyə çıxarmaq, daha sonra isə onların satışı haqda düşünmək istəyir.

17429
  • Ağacoyma ustası, rəssam Nizami Abbasovun emalatxanasından reportaj
    © Sputnik / Ilham Mustafa

    Ağacoyma ustası, rəssam Nizami Abbasovun emalatxanasından reportaj

Teqlər:
Nizami Abbasov, Gəncə Rəssamlıq Texnikumu, rəssam, sənətkar
Əlaqədar
Azərbaycanlı rəssam Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki seçilib
Məşhur rəssamı qəbirdən çıxaracaqlar
Öz "dahi" əsəri ilə dünyanı barmağına dolamış rəssam
Azərbaycanlı sürrealist rəssam
Bakı neftçilərini dünyaya tanıdan rəssam
Aida Mahmudovanın PASTPRESENTFUTURE sərgisi

Azərbaycanlı rəssamın ABŞ-da ikinci fərdi sərgisi açılıb

4
(Yenilənib 21:11 15.01.2021)
Fevralın 16-dək davam edəcək "Aida Mahmudova: PASTPRESENTFUTURE" sərgisi "Sapar Contemporary" inkubatorunun təşkilatçılığı ilə reallaşır.

BAKI, 15 yanvar — Sputnik. Tanınmış azərbaycanlı rəssam Aida Mahmudovanın Amerika Birləşmiş Ştatlarında ikinci fərdi sərgisi açılıb.

Sputnik Azərbaycan xəbər verir ki, fevralın 16-dək davam edəcək "Aida Mahmudova: PASTPRESENTFUTURE" sərgisi "Sapar Contemporary" inkubatorunun təşkilatçılığı ilə reallaşır.

"Sapar Contemporary" inkubatoru varlığın fraqmentar təbiətini zamanla və landşaftda təhrif olunmuş xatirələr vasitəsilə tədqiq edən yeni "Aida Mahmudova: PASTPRESENTFUTURE" seriyasını təqdim edib. Qalereyanın Mərkəzi Asiya və Qafqazda fəaliyyət göstərən nüfuzlu qadın rəssamlara dəstək istiqamətində fasiləsiz səyləri çərçivəsində təşkil edilən "PASTPRESENTFUTURE" rəssamın Amerika Birləşmiş Ştatlarında ikinci fərdi sərgisidir.

Rəssam yeni əsərində yaradıcılıq prosesinin sırf emosional və instinktiv tərəfini önə çəkmək üçün xarici məhdudiyyətlərdən (ideoloji, siyasi və ya dini) kənarda mövcud olan əsərlər yaratmaq məqsədilə keçmişi, bu günü və gələcəyi vəhdət halında birləşdirir. Nəticədə birbaşa olaraq rəssamla rəsm texnikası arasındakı əlaqədən ilhamlanan və məfhumları çılpaq şəkildə göstərən güclü əsərlər yaradılır.

Ot və quru bitkilərdən istifadə edilərək və rəssamın impressionist toxunuşları nəticəsində ərsəyə gələn "Roots" (2020) kimi əsərlər rəssamın vətəni Azərbaycanda rast gəlinən landşaftın canlandırıcı detallarını üzə çıxarır. Yer kürəsinin səthi ilə bağlı reallıqlara baş vuran Aida Mahmudovanın təsvir etdiyi bu proses təbiəti xatirələri oyadan nostalji hissi ilə doldurur. Təbəqələrin yaradılması və ya onların bir-birindən ayrılması, habelə quru bitkilər, keramika, mis də daxil olmaqla müxtəlif materialların qarışdırılması prosesi rəssam üçün fiziki olaraq böyümə və emosional şəfa tapma məqsədilə edilən məşğələyə çevrilir.

Azərbaycanın paytaxtı Bakıda yaşayıb fəaliyyət göstərən Aida Mahmudovanın rəsm əsərləri onun seçdiyi materialların fiziki təbiəti və üstünlük verdiyi dünyəvi palitrası ilə ahəngdar şəkildə uzlaşır. Onun olduqca intuitiv xarakter daşıyan axtarışları xarici sədlərdən yan keçən sevgi, itki, yaddaş və istək kimi universal insan hisslərinin bütün spektri üzrə inkişaf etməyə davam edir. Rəssamın sözlərinə görə, "cəmiyyətin bir hissəsi olaraq, biz varlığın təbiətini, başqaları ilə qarşılıqlı münasibətlərimizi müəyyən dərəcədə məhdudlaşdırırıq və bununla da ibtidai ünsiyyət kanallarını itiririk. Mənim üçün incəsənətin heç bir sərhədi yoxdur - o, ünsiyyətin istənilən forması üçün açıqdır, yaradıcılıq prosesi isə insan tərəfindən yaradılmış və buna görə də olduqca kövrək olan fundamental prinsipləri bu və ya digər dərəcədə məhv edir".

4
Leyla Məcnun serialı

"Netflix" ilk dəfə Azərbaycanda film çəkdi - VİDEO

31
(Yenilənib 14:17 15.01.2021)
"Netflix Indonesia" tərəfindən lentə alınan layihədə Leyla və Samirin sevgi həyatından bəhs edilir. Çəkilişlər İndoneziya və Bakıda baş tutub. Filmin baş qəhrəmanlarını aktrisa Aça Septriasa və aktyor Reza Rahadian canlandırıblar.

BAKI, 15 yanvar — Sputnik. Dünyaca məşhur "Netflix" platforması ilk dəfə Azərbaycanla bağlı film çəkib.

Sputnik Azərbaycan xəbər verir ki, ekran işi məşhur yazıçımız Nizami Gəncəvinin "Leyli və Məcnun" poeması əsasında ərsəyə gətirilib.

"Netflix Indonesia" tərəfindən lentə alınan layihədə Leyla və Samirin sevgi həyatından bəhs edilir. Çəkilişlər İndoneziya və Bakıda baş tutub. Filmin baş qəhrəmanlarını aktrisa Aça Septriasa və aktyor Reza Rahadian canlandırıblar.

"Layla və Majnun"un premyerası fevralın 11-də baş tutacaq.

31
Teqlər:
Netflix şirkəti

İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib

0
İclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

BAKI, 15 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Baş naziri, İqtisadi Şuranın sədri Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, iclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

0