İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Azərbaycanda telekanal rəhbəri təltif edildi

241
(Yenilənib 00:45 02.08.2018)
Prezident İlham Əliyevin sərəncamı ilə "Space" telekanalının rəhbəri Vaqif Mustafayev "Şərəf" ordeni, İTV-nin keçmiş rəhbəri Cəmil Quliyev isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif ediliblər

BAKI, 1 avqust — Sputnik. Bu gün prezident Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə bir qrup şəxsi təltif etdib.

Sputnik Azərbaycan bildirir ki, bununla bağlı verilən sərəncama əsasən, aşağıdakı kino xadimlərinə Azərbaycan Respublikasının fəxri adları verilib:

“Xalq artisti”

Həsənov Ənvər Cəfər oğlu

İsmayılov Qurban İbrahim oğlu

Mahmudov Abduləhəd Əlisa oğlu

Məmmədrzayev Pərviz Müzəffər oğlu

Zəki Mehriban Mürvət qızı

“Əməkdar incəsənət xadimi”

Abbasov Adil Möhsün oğlu

Rəfiyev Bağır Cəbrayıl oğlu

“Əməkdar artist”

Hadıyev Cavanşir Rüfət oğlu

Kərimov Elnur Umbay oğlu

“Əməkdar mədəniyyət işçisi”

Əliyev Orman Çingiz oğlu

Həsənov Müsəllim Qaman oğlu

Məlikova Almaz Cavanşir qızı

Məmmədov Cahangir Tokay oğlu

Məmmədov Nəriman Kamileviç

Rəcəbli Aysel Emil qızı

Şeydayev Elman Dadaş oğlu.

Prezidentin digər sərəncamı ilə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:

“Şərəf” ordeni ilə

Balayev Rasim Əhməd oğlu

Mustafayev Vaqif Behbud oğlu

“Şöhrət” ordeni ilə

Əzizbəyli Ramiz Hacı Ağa oğlu

Quliyev Rafiq Səfər oğlu

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Quliyev Cəmil Elşad oğlu

“Tərəqqi” medalı ilə

Abbasov Şirvan Veyis oğlu

Ağalarov Vaqif Mamo oğlu

Babayev Tərlan Adil oğlu

Bağırzadə Suğra Sadıq qızı

Əliyev Şamil Yavər oğlu

İbrahimov Emin Rəşid oğlu

Məmmədov Pərviz Məlikməmməd oğlu

Murtuzov Zəfər Nəbi oğlu

Mustafayev Akif Məcid oğlu

Mürvətov Elşad Əlibala oğlu

Nuriyev Rəşad Möhübbət oğlu

Rəsulova Ruhiyyə Hacı qızı

Şahməmmədov Oruc Vəli oğlu.

Prezidentin digər sərəncamı ilə Azərbaycan kino sənəti sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib:

Əbluç Ənvər Abasqulu oğlu

Qəmbərov Rəfail Əliyeviç

Məmmədov Böyükağa Zeynal oğlu.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamlardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

241
Əlaqədar
İlham Əliyev rusiyalı milyarderin həyat yoldaşı barədə sərəncam imzaladı
Prezident yüksək posta təyinat barədə sərəncam imzaladı
Sərt tədbirlər gəlir: Borcluların bank hesabına sərəncam qoyulacaq
İlham Əliyev Azərbaycan dili ilə bağlı vacib sərəncam imzaladı
Xınalıq kəndi, arxiv şəkli

“Xınalıq” üçün çalışırlar, bəhrəsini bir il sonra biləcəyik

5
(Yenilənib 15:41 03.07.2020)
Qoruqları İdarəetmə Mərkəzi, həmçinin bir ildən sonra qoruğun Dünya İrs Siyahısına namizədliyi üçün nominasiya prosesinə başlamağı planlaşdırır.

BAKI, 3 iyul — Sputnik. Dövlət Turizm Agentliyinin tabeliyində olan “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu UNESCO-nun Dünya İrs Komitəsinin İlkin Siyahısına daxil edilib.

Agentlikdən Sputnik Azərbaycan-a verilən məlumatga görə, qurumun Qoruqları İdarəetmə Mərkəzi qoruğun Dünya İrs Siyahısına namizədliyi üçün İlkin Siyahıya salınması məqsədilə uyğun sənədləri Dünya İrs Komitəsinə təqdim edib.

UNESCO-nun Azərbaycan üzrə Milli Komitəsi və Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyinin vasitəçiliyi ilə təşkilata təqdim olunan sənəddə “Xınalıq” qoruğu Dünya İrs Komitəsinin irəli sürdüyü ümumdünya meyarları əsasında qiymətləndirilib, əsaslandırmalar və qoruğun Dünya İrs Siyahısına salınmasını təsbit edən məlumatlar əksini tapıb.

Qoruqları İdarəetmə Mərkəzi, həmçinin bir ildən sonra qoruğun Dünya İrs Siyahısına namizədliyi üçün nominasiya prosesinə başlamağı planlaşdırır.

Məlumat üçün qeyd edək ki, UNESCO-nun Dünya İrs Komitəsi tərəfindən təyin olunmuş qaydalarına uyğun olaraq istənilən tarixi-mədəni abidənin Dünya İrs Siyahısına namizədliyini nəzərdən keçirmək üçün həmin abidənin mütləq şəkildə ən azı bir il öncədən İlkin Siyahıya salınması tələb olunur. İlkin Siyahı hər bir üzv dövlətin Dünya İrs Siyahısına namizədliyini irəli sürmək üçün nəzərdən keçirmək istədiyi abidələrin siyahısıdır. Bu siyahı Dünya İrs Mərkəzi tərəfindən təşkilatın rəsmi internet səhifəsində və uyğun iş sənədlərində dərc olunur.

Qaydaya əsasən, Dünya İrs Komitəsi öncə dövlətin İlkin Siyahısına daxil edilməyən abidənin Dünya İrs Siyahısına namizədliyini nəzərdən keçirə bilməz.

5
Mövzu:
Azərbaycanın görməli yerləri, turizm obyektləri
Əlaqədar
Xaricilər Azərbaycanın üç kəndinə "göz qoyublar"
Dağ başında, amma fəlakətdən uzaq: onları əcdadlarının sümükləri qoruyur
Xınalığın inkişaf konsepsiyası hazırlanır - Yeniliklər olacaq
Qızıldan qiymətli peyin, yaxud üstü bəzək, altı təzək
Emil Qədirov, arxiv şəkli

Dünyanın hər yerində yaşayan azərbaycanlılar Moskvada keçiriləcək müsabiqəyə dəvət edilir

1853
Gənc azərbaycanlı müğənnilər çəkilişlərinə sentyabrda Moskvada start veriləcək beynəlxalq layihənin iştirakçısı ola bilərlər. Münsiflərdən biri Emil Qədirovdur.

BAKI, 2 iyul — Sputnik, Kəmalə Əliyeva. Azərbaycan əsilli rusiyalı ifaçı Emil Qədirov münsiflər heyətinin üzvü olduğu “Vo ves qolos” (Bütün səsi ilə) Beynəlxalq musiqi layihəsində iştirak etmək üçün gənc istedadlı həmyerlilərinin axtarışına çıxıb. Bu barədə Sputnik Azərbaycan-a müğənninin özü məlumat verib.

Müsabiqənin təşkilatçıları qismində "Uşaqlar uşaqlara kömək edir" regional ictimai xeyriyyə fondu, Müstəqil Dövlətlər Birliyinin işləri üzrə Federal Agentliyi yanında “Otrajeniye” Mədəniyyətin İnkişafı Fondu və xaricdə yaşayan həmvətənlər çıxış edir. Müsabiqədə doqquz ölkədən - Azərbaycan, Rusiya, Qazaxıstan, Moldova, Ermənistan, Belarus, Tacikistan, Almaniya və İsraildən gənc ifaçılar iştirak edirlər.

Kadırov bu layihənin yarandığı ilk gündən münsiflər heyətinin tərkibinə daxildir. Müsabiqənin dördüncü mövsümü üçün kastinqlər artıq başlayıb. Buna görə də müğənni gənc həmkarlarının axtarışındadır.

"Bu layihədə 12 yaşdan 17 yaşadək olan həmvətənlərim iştirak edə bilərlər. Fərqi yoxdur, onlar Azərbaycanda, Rusiyada, yaxud başqa ölkədə yaşayırlar. İştirak etmək istəyənlər video yaza və özləri haqqında məlumatlarla birlikdə mənə məktub şəklində gadirov-music@mail.ru ünvanına göndərə bilərlər. Mən özüm onların arasından ən istedadlıları seçəcəyəm", - Kadırov qeyd edib.

Layihənin çəkilişləri 2020-ci ilin sentyabr ayına planlaşdırılır.

Xatırladaq ki, "Vo ves qolos" 2017-ci ildən Moskvada keçirilir. Müsabiqə səkkiz konsertdən ibarət olacaq. Layihə boyunca tamaşaçılar həm xalq musiqilərini, həm də öz qəyyumların öz yetirmələrinə səhnədə ifa üçün seçəcəyi estrada hitlərini eşidəcəklər.

1853
 İranda epdimioloji vəziyyət

İranda bir gündə 150-dən çox şəxs koronavirusdan öldü

0
(Yenilənib 00:14 04.07.2020)
Son 24 saat ərzində koronavirusa 2566 yoluxma halı qeydə alınıb ki, bununla da ölkədə virusa yoluxanların sayı 235429-a çatıb

BAKI, 4 iyul — Sputnik. İranda koronavirusa yoluxanların sayı bir gün ərzində 2566 nəfər artıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Sima Sədat Lari bildirib.

Hospitalda koronavirus xəstəsinin yoxlanılması
© Sputnik / Vladimir Astapkovich

"Son 24 saat ərzində koronavirusa 2566 yoluxma halı qeydə alınıb ki, bununla da ölkədə virusa yoluxanların sayı 235429-a çatıb. Bir gün ərzində 154 nəfər virusdan ölüb, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 11260-a çatıb", - deyə məlumatda bildirilib.

O həmçinin qeyd edib ki, virusa yoluxan 235429 şəxsdən 196,5 mindən çoxu sağalıb.

Xatırladaq ki, SARS-CoV-2 koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 10,8 milyonu keçib, 521 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0
Mövzu:
Dünyanı cənginə almış bəla