Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

ABŞ hərbçiləri yeni filmdə "Rusiya prezidenti"ni xilas edəcək – VİDEO

© Sputnik / Aleksey Danichev / Mediabanka keçidКинозал, фото из архива
Кинозал, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Filmdə baş rolları Gerard Batler və Harri Oldmen oynayır

BAKI, 28 iyul — Sputnik. "Lionsgate Movies" şirkətinin "Youtube" kanalında yeni "Ovçu-qatil" filminin treyleri yayımlanıb. Sputnik Azərbaycan xəbər verir ki, filmin ssenarisinə əsasən ABŞ sualtı gəmisinin ekipajı Rusiya prezidentini xilas edərək Üçüncü Dünya müharibəsinin başlanmasının qarşısını alırlar.

Film Şimal Buzlu Okeanda olan sualtı gəminin ekipajından bəhs edir. Onlar tapşırıq yerinə yetirdiyi zaman məlum olur ki, Rusiyada müdafiə naziri hərbi çevriliş etməyi planlaşdırıb. Bu isə dünya düzəninin pozulması və geniş miqyaslı müharibənin başlanması ilə nəticələnə bilər. Bunun qarşısını almaq üçün sualtı gəminin heyəti Rusiya prezidentinin xilas edilməsi üzrə əməliyyat keçirməyə qərar verir.

Filmdə baş rolları Gerard Batler və Harri Oldmen oynayır. Filmdə Rusiya prezidentini isə rusiyalı aktyor Aleksandr Dayçenko canlandırıb. Filmin rejissoru Donovan Marşdır.

Film 25 oktyabr 2018-ci ildə ekranlara çıxacaq.

Xəbər lenti
0