Bir dəfə Jarada filminin çəkilişləri

Sputnik Azərbaycan-ın əməkdaşı Emin Ağalarovun filmində çəkilib - VİDEO

125
(Yenilənib 15:26 26.07.2018)
Filmdə Azərbaycan və rusiyalı tanınmışlar rol alıblar

BAKI, 26 iyul — Sputnik. İyulun ortalarında Bakıda Rusiya artistlərinin iştirakı ilə "Bir dəfə Jarada" filminin çəkilişlərinə start verilib. Bakıda "Jara" beynəlxalq musiqi festivalında nələrin baş verdiyindən bəhs edən bu romantik komediyanı fanatlardan tutmuş Rusiya estradasının ulduzlarına qədər hər kəs həyəcanla gözləyir.

Filmdə azərbaycanlı və rusiyalı məşhurlar yer alıb. Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun multumedia jurnalisti Kamilla Əliyeva da bu filmdə öz peşəsini canlandırıb. O, çəkiliş meydançasında jurnalist obrazını ifa edib. Burada jurnalist Bakı aeroportunda qarşılaşdığı filmin baş qəhrəmanı Artyoma (Sergey Çirkov) sual verir.

Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun multumedia jurnalisti Kamilla Əliyeva çəkiliş meydançası
© Photo : Kamilla Əliyevanın şəxsi arxivindən
Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun multumedia jurnalisti Kamilla Əliyeva çəkiliş meydançası

Rusiya-Azərbaycan filmi olan "Bir dəfə Jarada"nın baş prodüseri iş adamı və müğənni Emin Ağalarov (EMİN), prodüseri Teymur Cəfərov, quruluşçu rejissoru Dina Şturmanova, quruluşçu operatoru Vasili Rıjov, quruluşçu rəssamı isə Maksim Alipçenkodur.

125
Teqlər:
"Bir dəfə Jarada" filmi, çəkiliş, Bakı, Rusiya
Əlaqədar
Emin həyat yoldaşı ilə Bakıya gəlir: Bal ayını burada keçirəcək
Gözlənilən toy baş tutdu: Emin model sevgilisi ilə evləndi
Emin Ağalarov gürcüləri valeh edib
Bakıda Zəfər paradı

Ərdoğan Qarabağ Zəfəri Xocalı qətliamı haqqında serial çəkilməsi barədə tapşırıq verib

66
(Yenilənib 16:38 02.03.2021)
Mədəniyyət naziri Anar Kərimov bildirib ki, Qarabağ Zəfəri, Qafqaz İslam Ordusu və Xocalı qətliamı kimi tarixi hadisələr haqqında film və serialların çəkilməsi Azərbaycan və Türkiyə dostluq və qardaşlığının simvolu olacaq.

BAKI, 2 mart — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağ Zəfəri və Xocalı qətliamı haqqında serial çəkilməsi barədə tapşırıq verib.

"Cənab Prezidentimizin tapşırığı ilə Qarabağ Zəfəri ilə yanaşı, Qafqaz İslam Ordusu və Xocalı qətliamı kimi tarixi hadisələr haqqında Türkiyə və Azərbaycan birgə serial və film layihələri həyata keçirəcək".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altun söyləyib.

O bildirib ki, bu cür layihələrin həm milli, həm də dünya miqyasında mətbuat və rəqəmsal platformalarda yer alması təmin ediləcək: "Həmin layihələrdə tarix və ideallarımızın birliyini ən güclü şəkildə vurğulayacağıq. Serial və film sektorlarımızın birlikdə işləməsi və təcrübələrini paylaşması çox önəmlidir".

Mədəniyyət naziri Anar Kərimov bildirib ki, Qarabağ Zəfəri, Qafqaz İslam Ordusu və Xocalı qətliamı kimi tarixi hadisələr haqqında film və serialların çəkilməsi Azərbaycan və Türkiyə dostluq və qardaşlığın simvolu olacaq.

66
Səmra Rəhimli

Səmra açıq-saçıq klipi fotossesiyası ilə gündəmi zəbt edib - VİDEO/FOTO

17
(Yenilənib 15:42 02.03.2021)
"Hərdən mənə elə gəlir ki, əvvəl səhifəm dini səhifə və izləyicilərim isə dindarlar olub. Dini məsləhətlər vermişəm, bu gün də qəfil artist olmağa qərar vermişəm, izləyicilərim çaş-baş qalıblar" - Səmra Rəhimli

BAKI, 2 mart — Sputnik. Müğənni Səmra Rəhimli "Göz" adlı yeni klipini təqdim edib. Sputnik Azərbaycan xəbər verir ki, layihənin rəhbəri və rejissoru sənətçinin anası İlahə Baxşıyevadır. "Youtube" video hostinqində və "instagram" hesabında paylaşılan klip açıq-saçıq görüntülərinə görə müzakirə olunub. S.Rəhimli isə müzakirələrə səbəb olan klipi haqda bu sözləri yazıb:

Посмотреть эту публикацию в Instagram

Публикация от QUEEN SAMRA (@samraeurovision)

"Hərdən mənə elə gəlir ki, əvvəl səhifəm dini səhifə və izləyicilərim isə dindarlar olub. Dini məsləhətlər vermişəm, bu gün də qəfil artist olmağa qərar vermişəm, izləyicilərim çaş-baş qalıblar".

Посмотреть эту публикацию в Instagram

Публикация от QUEEN SAMRA (@samraeurovision)

Qeyd edək ki, mahnının söz və musiqisi Clavisə məxsusdur. Müğənni bundan başqa, fərqli fotosessiyası ilə hər kəsi təəccübləndirib.

17
Teqlər:
video, Səmra Rəhimli, klip
Hərbçi

Qarabağda xidmət edən hərbçilərin maaşına 100 faiz əlavə edilib

5
İşğaldan azad edilmiş və hazırda infrastruktur qurulmayan ərazilərdə hərbi xidmət keçən hərbçilərin vəzifə maaşlarına isə 50 faiz həcmində müddətli əlavələr təyin olunub.

BAKI, 2 mart — Sputnik. "Post-müharibə dövrünün bir sıra təhdidlərini, xidmətin xüsusiyyətlərini, qulluq və sosial-məişət şəraitinin mürəkkəbliyini nəzərə alaraq müdafiə nazirinin müvafiq əmrinə əsasən hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələr müəyyən edilib".

Bu barədə Sputnik Azərbaycan-nın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən məlumat verilib.

"Əmrə əsasən Azərbaycan Ordusunun Ermənistanla dövlət sərhədində və Azərbaycanın Qarabağ bölgəsində Rusiya Federasiyası sülhməramlı kontingentinin yerləşdirildiyi zonaya bitişik ərazilərdə hərbi xidmət keçən hərbi qulluqçuların vəzifə maaşlarına 100 faiz həcmində müddətli əlavələr təyin edilib.

İşğaldan azad edilmiş və hazırda infrastruktur qurulmayan ərazilərdə hərbi xidmət keçən hərbçilərin vəzifə maaşlarına isə 50 faiz həcmində müddətli əlavələr təyin olunub. Qeyd edək ki, əmr cari ilin yanvar və fevral ayları üçün ödəniləcək pul təminatına da şamil edilir", - məlumatda qeyd olunub.

5