Flora Kərimova

Bir axşam, taksidən düşüb payıza...

252
(Yenilənib 23:29 22.07.2018)
1941-ci il iyulun 23-də tanınmış müğənni, xalq artisti Flora Ələkbər qızı Kərimova anadan olub

BAKI, 23 iyul — Sputnik. 1941-ci il iyulun 23-də tanınmış müğənni, xalq artisti Flora Ələkbər qızı Kərimova anadan olub.

Bir çox bəstəkar mahnıları məhz onun ifasında populyarlıq qazanıb. "Qanun naminə" (1968) filmində (Züleyxa) çəkilib. "Alma almaya bənzər", "Gün keçdi", "Həyat bizi sınayır", "Onun bəlalı sevgisi" və s. filmlərdə, televiziya tamaşalarında ("Səni axtarıram") mahnıların ifaçısı olub.

1964-cü ildә Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu, 1971-ci ildә Azərbaycan Dövlət Tibb İnstitutunu, 1977-ci ildә isə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 14 yaşından bədii özfəaliyyət kollektivlərində, Azərbaycan Dövlət Tibb İnstitutunun Çinar ansamblında, 1960-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasında çıxış edib. 1983-cü ildən Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir.

Klassik Avropa operası (nümunə üçün Qaynana filmində Dilbərin ariyası), Milli Opera janrı (doqquz dəfə Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasında Leyli), xalq mahnıları, bəstəkar mahnılarının Klassik Art-Estrada (sovet estradası) janrlarının ustad sənətkarıdır. Azərbaycan Klassik Art-Estrada janrının banisidir (ona qədərki sənətkarlar — Rəşid Behbudov və Mirzə Babayev daha çox milli çalarlı estrada bəstəkar mahnıları ifa edirdilər), bəstəkar Elza İbrahimova, xüsusi olaraq Flora Kərimovanın səsi üçün "Afət" operasını bəstələyib.

Repertuarında Azərbaycan bəstəkarlarının (Tofiq Quliyev, Emin Sabitoğlu, Elza İbrahimova, Oqtay Rəcəbov, Ramiz Mirişli, Mobil Babayev, Şəfiqə Axundova, Oqtay Kazımov, Elçin İmanov, Eldar Mansurov, İmruzə Hüseynova, Ətiqə Ələkbərova, Faiq Sücəddinov, Rauf Hacıyev, Fikrət Əmirov və b.) mahnıları başlıca yer tutur. Şairlərdən Ramiz Rövşən, Vaqif Səmədoğlu, Baba Vəziroğlu, Məmməd Araz, Vahid Əziz, Fikrət Qoca, Nəriman Həsənzadə və digərlərinin ən sevimli müğənnisi olan Flora Kərimovanın, onlarla həm də ailəvi dostluğu olub. Azərbaycan Dövlət Opera və Balet Teatrında Leyli (Leyli və Məcnun (opera)|"Leyli və Məcnun", Üzeyir Hacıbəyov) partiyasında çıxış edib (1966), "Qanun naminə" (1968) bədii filmində çəkilib.

Əsrarəngiz səsi, bəşər tarixində, yeganə dörd (4-cü) oktavanı aşan müğənnilərdəndir. Bu baxımdan Flora Kərimovanın digər belə fantastik səsə malik müğənnilərdən fərqi ondadır ki, o nəinki 4-cü oktavada vokaliz ifa edir, hətta bu yüksəklikdə oxuya da bilir. Ən qəribəsi budur ki, onun səsi bütövlüklə 4 oktavanı əhatə edir — yəni bütün notları əhatə edir (istər aşağı, istərsə zil və eləcə də orta yüksəklikdə olan).

252
Teqlər:
Flora Kərimova, müğənni, doğum günü, xalq artisti